Natiq İbrahimov Azərbaycan elmini “neçəyə” məhv edir? Universitetin şok “qiymət cədvəli”
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?! Ölməz Sabirin bu misraları yazdığı dövrdən azı 100 il vaxt keçib. Çox şeylər dəyişib, əsrlər və qərinələr bir-birini əvəz edib. Azərbaycanda iki müstəqil dövlət yaranıb, alimlər, ziyalılar nəsli formalaşıb. Amma, təəssüf ki, hələ də libasını dəyişsə də ruhən rüşvətin, korrupsiyanın dərin bataqlığında boğulan şəxslər qalmaqdadır. Ən faciəsi ondadır ki,onlar Azərbaycanda elmin,təhsilin gələcəyini müəyyənləşdirən sahələrə rəhbərlik edirlər. Yəni ki, bizim gələcəyimiz məhz onların “əllərindən” gəlib keçir. Diqqətli oxucular yəqin ki, qəzetimizdə Lənkəran Dövlət Universiteti haqqında gedən tənqidi yazıları xatırlayırlar. Biz gələcəyimizə burada vurulan zərbələrdən, rüşvətin, korrupsiyanın təhsilimizi məhv etdiyindən söz açmışdıq. Məramımız təbii ki, aydındır-söhbət bir xalqın, bir dövlətin gələcəyindən gedir. Gözləyirdik ki, universitetin rektoru Natiq İbrahimov deyilənləri nəzərə alacaq, qış imtahan sesiyasında şəffaflığın, obyektivliyin təmin olunmasına şərait yaradacaq. Biz gözləyirdik ki, Natiq İbrahimov bildirəcək ki, LDU-da rüşvətsiz bir mühit formalaşdırılıb, müəllimlərdən imtahanlara görə faiz tələb olunmur. Gözləyirdik ki, bizə məlumat verəcəklər ki, daha tələbələr əllərində pul kafedraların qarşısında süründürünmürlər. Elə bilirdik ki, bizə deyəcəklər ki, daha LDU-də tapşırılmayan tələbələr də biliyinə görə qiymət ala bilrlər. Burada savad, bilik əsas meyarlardır. Amma eşitdik ki, universitetin qapılarını rektor tələbələrə o qədər möhkəm bağlayıb ki, təhsilə nifrət hissi yaratdığının fərqində deyil, tələbələrin qürurunu-şərəfini göndərdiyi müəlimlərin necə alçaltdıqlarından guya xəbəri belə yoxdur. “Gündəm Xəbər”ə daxil olan məlumata görə, tələbələrdən alınması üçün müəyyən olunmuş pulun miqdarı isə heç də düşündüyünüz qədər az deyil. 3 qiyməti - 40Azn (30 Azn) 4 qiyməti - 50Azn (40 Azn) 5 qiyməti - Qrup nümayəndəsi və "DayDay"ı olanlar... Lakin, necə deyərlər, sən saydığını say, gör Natiq İbrahimov nə sayır. Rektor, tənqidlərdən nəticə çıxarmaq, Azərbaycan elminin gələcəyini məhv etmək siyasətindən əl çəkmək əvəzinə daha da irəli gedərək azad sözə, medyaya qarşı hücuma keçib. Sanki, LDU-də rüşvətxorluğun, korrupsiyanın günahkarı bizikmiş kimi üzərimizə hücuma keçməkdən, hər cürə çamur atmaqdan çəkinmir. Görəsən, tələbələrdən pul yığan, imtahanları bazara çevirən bizikmi, yoxsa Natiq İbrahimovun yarıtmaz idarəçilik sistemimidir? Universitetdə elmi ayaqlar altına atan, hər şeyi pulla ölçən bizik, yoxsa N. İbrahimovdur? Sonda LDU rəhbərliyinə bildiririk ki, günah həqiqəti demək deyil. Günah tələbələri dilənçi gününə salıb rüşvət almaqdır, dövlətinə, millətinə xəyanət edib korrupsiyaya qurşanmaqdır. Günah elmin gur işığını söndürüb rüşvətin zülmət qaranlığında öz xanimanlığını sürdürməkdir. Həqiqətin köpəyi olmaq, yalanın aslanı olmaqdan daha şərəflidir !
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?