GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”...

Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”...

Tarix: 2-06-2016, 01:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Lənkəran Dövlət Universitetində “rüşvət rüzgarı”...

Rektor əvəzi Nizami Yusifov xələfinin yaratdığı mühiti daha da çiçəkləndirir, sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən isə nəticə çıxarmır

Artıq yay mövsümü açıq elan olunub və tələbələrə “5” 150 manata yazılır; Prezident Administrasiyasına anonim məktublar ünvanlanıb

Ölkənin iki aparıcı şəhərində ali məktəblər Yusifovlar istibdadı altında inildəyir. Gəncə Dövlət Universitetində rektor Yusif Yusifov və komandası bu təhsil müəssisəsini nə kökə salıbsa, Lənkəran Dövlət Universitetində də rektoru əvəzləyən Nizami Yusifov analoji vəziyyət yaradıb.

Rektor əvəzi sanki postunun əvəzedici olduğunu hiss etdiyi üçün bu fürsəti qaçırmaq istəmir. N.Yusifovun yaratdığı mühit Asəf İsgəndərova rəhmət oxutdurur. Tələbələrin dərisini soyan universitetin tədris işləri üzrə prorektor Nizami Yusifov deyəsən sabiq həmkarı Qorxmaz Ağayevin taleyindən nəticə çıxarmayıb.

Hər halda “Gündəm-xəbər”ə ünvanlanan müraciət və şikayətlərdən belə qənaətə gəlmək olar ki, LDU-də dəyişən heç nə yoxdur, varsa da rüşvətin məbləğinin qalxmasıdır. LDU rəhbərliyi devalvasiya və digər xərcləri bəhanə edərək tələbələr üçün semestr imtahanlarında yeni tariflər müəyyən edib.

Bu haqq-hesabın ödənilməsində nə rektor, nə dekanlar iştirak edir. Müəllimləri bu işə səfərbər edən LDU rəhbərliyi yekunda onların tələbələrdən topladığı rüşvətin paket şəklində böyük bir faizini tələb edir.

Təbii ki, illərdir davam edən bu vəziyyət hər yeni gələn tələbə üçün ilk vaxtlarda təəccüblü görünsə də, bir qədər sonra vərdiş edirlər. Məşhur reklamdakı bir devizə düzəliş etsək beəl alınar: rüşvətin dəyişməz ünvanı - Lənkəran Dövlət Universiteti.

N.Yusifovdan təhsil nazirinə və Prezident Administrasiyasına da anonim məktublar ünvanlanıb. PA-ya çatan müraciətlərdə N.Yusifovun əməlləri de-şifrə olunur, rektor vəzifəsinə uyğun olmadığı deyilir.

Onun LDU-nu daha da fəlakətə aparacağı iddia olunur. Rüşvət aldığı yerdən yaxalanarkən pulları qusan prorektor olayı əslində, bu ali məktəbi xeyli dərəcədə gözdən salıb. Artıq təhsil ocağında rəhbərliyə etimad qalmayıb. Odur ki, bu məktublar Yusifovun işini daha da çətinləşdirir.

“Gündəm-xəbər”ə gələn məlumatlarda bildirilir ki, artıq yay mövsümü da açıq elan olunub və tələbələrdən sezon rüşvəti alınmasına start verilib. Rektorun “sərəncamına” əsasən “3” qiymət 40 manat, “4” qiymət 80-90 manat, “5” üçün isə 150 manat tələb edilir.

Təbii ki, rüşvət üzərində qurulan təhsil keyfiyyətsiz və yararsız materiala bənzəyər. Bəli, bu gün Lənkəran Dövlət Universiteti acınacaqlı günlərini yaşayır. 3 min manatı olan istənilən şəxs universitetdə lobarant işi ilə təmin edilə bilər.

Məlumatlarda o da vurğulanır ki, illərlə universitetdə çalışmış müəllim kollektivi işdən azad olunaraq yerlərinə əslən Lerik rayonundan olan müəllimlər sifariş edilir.

Universitetin daxilindən sızan məlumatlara inansaq A. İsgəndərov “təqdirəlayiq” işlərini bir neçə müəllimə həvalə edib. Dekan Məlahət müəllimə (bioloq), Kamran Kazımov (fioloq) və Rəşad müəllim (coğrafiyaşı) olduğu bildirilir.

Asəf İsgəndərov prezidentin müvafiq qərarı ilə daşıdığı vəzifəsindən azad olunsa da, onun təhsil sahəsindəki səmərəli fəaliyyəti unudulmadı. Ancaq etirazlar başlanıb və LDU rəhbərliyi bu dəfə tərəddüdlə davranır. Üstəlik, cəbhə bölgəsində baş verən son hadisələr zamanı Lənkəran şəhərinə ilk olaraq üç şəhid göndərilir ki, həmin gün Yusifov tələbələri şəhidlərin dəfninə buraxmır.

Bu detal ciddi üsyan həddinə çatdırıb. Belə bir yanaşma dövlət başçısından tutmuş sıravi vətandaşadək hər kəs tərəfindən nümayiş etdirildiyi halda, görəsən Nizami Yusifovun bu cür yanaşması üzücü haldır.

Hətta Nizami Yusifov ayrı-ayrılıqda görüşlərdə bildirib ki, “mən rektor təsdiq olunana qədər hər bir addım şəffaf olacaq, sonra isə hər iş “öz axarı ilə gedəcək”. O, başqa bir açıqlamasında da bildirib ki, “Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Universitetin daxili işlərinə olduqca müdaxilələr edir, bu da heç cür yolverilməz haldır.

Bütün bunlardan əlavə o, qeyri- rəsmi kluarlarda vurğulayıb ki, “11 aprel 2016-cı il tarixdə təhsil naziri cənab Mikayıl Cabbarovla görüşüm olacaq və görüş zamanı rektor təyin olunmağım əsas müzakirə mövzusuna çevriləcək.

Düzdür, mən Lənkəran Dövlət Universitetinə yox, Azərbaycan Texniki Universitetinə rektor təyin olunmaq istəyirəm. Amma, Lənkərandan olduğum üçün, nazir məni bu təhsil ocağına rektor təyin etmək istəyir”.

Nizami Yusifov müəllimlərlə görüşündə isə bildirir ki, “mən rektor təyin olunduqdan sonra, bu universitetdə ancaq lənkəranlılar dərs deyə biləcəklər, digər bölgələrdən olan müəllimlər indidən özləri üçün tədbir görsünlər.

Lənkəran Dövlət Universitetində açıq bazar elan olunub. Keçən il prorektor Qorxmaz Ağayevin rüşvətə görə həbs olunmasından sonra universitetdə pul yığımına son qoyulmuşdu.

Düzdür buna baxmayaraq, müəllimlər gizli də olsa rüşvət alırdılar. İndi Universitet əvvəlki vəziyyətinə geri dönür. Yəni universitetdə yığılan rüşvət rektor, prorektor, dekan və müəllimlər arasında bölünür.

Bu universiteti tez-tez “elm ocağı” adlandırırlar. Lənkəran Dövlət Universitetində təhsillə bağlı heç bir iş görülmür. Burada yalnız rüşvət yığmağın qaydaları öyrədilir.

Xatırladaq ki, sözügedən universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən rüşvət alan yerdə həbs edilmişdi.

Bundan bir neçə il öncə - 2011-ci ilin avqust ayında isə Lənkəran Dövlət Universitetinin rektor köməkçisi Emin Şəhzadə fırıldaqçılıqla məşğul olduğuna görə həbs olunmuşdu.

Saxlanılan şəxs ayrı-ayrı vətəndaşları Lənkəran Dövlət Universitetinə və digər dövlət qurumlarına işə düzəltmək adı ilə 16 min manat pul alaraq aldatmışdı. Ümumilikdə 2007-ci ildən dəfələrlə universitetdəki rüşvət halları ilə bağlı mətbuatda silsilə yazılar dərc olunur.

Bütün bu hallara baxmayaraq LDU-da vəziyyət dəyişmək bilmir. Təbii ki, məktəb rəhbərliyi konkret şikayətçi və ya müraciət olarsa araşdırmağa hazır olduğunu bəyan edir. Amma reallıq budur ki, hər hansı tələbə açıq şəkildə şikayət mətni ilə çıxış edə bilməz.

Pərviz Əzimov nümunəsi yetərlidir ki, yekunda nə baş verdiyini xatırlayasan. Hansısa tələbənin şikayət etməsi onun təzyiqlə üzləşməsi deməkdir. Bu baxımdan ümumi şikayətlər ünvanlanır və media da bu anonimliyi qorumalı olur.

P.Əzimovun sözlərinə görə o qış imtahan sessiyası ərəfəsində, 25 yanvar 2009-cu il tarixində universitetdə mövcud vəziyyət haqda “Alma” qəzetinə və “Qaynar info” ya yazdığı məqaləyə (\"Lənkəran Dövlət Universitetində Korrupsiya qalmaqalı\") görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb:

“Təhsilimlə ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi mənə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirərək guya universitet daxilində dava saldığını əsas gətirərək məni universitetdən xaric ediblər.

Belə ki, universitetin iqtisadiyyat fakültəsinin dekanı Vəlixan Bədəlov məni universitetdən azad etmək üçün bu işi təşkil edib. Həmin fakültənin tələbələrdən birini Elnur Rüstəmovu mənimlə mübahisə etmək üçün göndərib.

O məni itələdiyi halda, aktlaşdırıblar ki, guya mən Elnuru döymüşəm. Bunu əsas gətirərək də məni universitetdən azad etdilər. Elnur səhvini başa düşüb mənim onu vurduğuma dair yazdığı izahatı geri götürüb, ancaq buna heç kim baxmır.

Universitetin rektoru Asəf İsgəndərov mənə deyir ki, əmrin yazılıb qovulmalısan. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinə də getdik, araşdırdılar, ancaq rektor qərarın dəyişmədi”.

Ancaq Əzimovun jurnalist olması və məsələnin böyüməsi nəticəsində onu yenidən universitetə bərpa etdilər. Bu faktı görən hansı tələbəyə cürət edər ki, rektorla münaqişəyə girsin?!

Beləliklə, özbaşınalıqlar nəticəsində bu universitetdə təhsilin səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü bildirilir. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi.

Mənbə bildirir ki, dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər. Çünki onlara əvvəlki dövrdə belə açıq bazar açmağa imkan verilməyib.

Burda hər kəs bilirdi ki, prorektor Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin rüşvət generalı idi, xəzinədarı idi, rektorun kassiri idi, çirkin pulları yuyan idi...

Cürbəcür adları var idi onun. Lakin nə onun həbsi, nə də yeni təhsil nazirinin təyin edilməsi heş bir şeyi dəyişdirmədi. İmtahan sessiyası gedir. Yenə də tələbələrin evdən gətirdiyi bir qarın çörək pulu, ev kirayəsi pulu, yol pulu əlindən alınır. Hər şey əvvəlki qaydada, köhnə üsullarla.

Prorektor tutulandan sonra korrupsiya ilə mübarizə idarəsindən çoxlu adamlar gəlib, bir dünya suallar verdilər. Adlar, məbləğlər, pulun yığılma yollarını öyrəndilər ve getdilər. Bu qədər... Demək belə çıxır ki, bu işləri bir tutulan prorektor görürmüş və onu da tutandan sonra görüləcək başqa iş qalmadı, bütün problemlər də həll olundu... Nəticə - yenə “Köhnə hamam, köhnə tas”.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Universitet rəhbərindən məntiqsiz açıqlamalar

    Universitet rəhbərindən məntiqsiz açıqlamalar ...

    25-04-2016, 15:13

  • 
  • LDU-da milli ayrıseçkilik niyə qabardılır?

    LDU-da milli ayrıseçkilik niyə qabardılır? ...

    18-06-2016, 17:18

  • 
  • Prorektor rektorun möhürünü alıb, özünü də istefaya göndərib...

    Prorektor rektorun möhürünü alıb, özünü də ...

    23-12-2013, 12:11

  • 
  • Gəncə Dövlət Universitetində rüşvət faktı

    Gəncə Dövlət Universitetində rüşvət faktı ...

    19-03-2020, 15:33

  • 
  • Daha bir təhsil müəssisəsində QƏRİBƏ QADAĞA - Rektor: Gedin, “narmalnı” şeylərdən yazın"

    Daha bir təhsil müəssisəsində QƏRİBƏ QADAĞA - ...

    10-11-2018, 14:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu