GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Samir Şərifov özünü sığortalamaq metodunu kəşf edib - Şok iddialar

Samir Şərifov özünü sığortalamaq metodunu kəşf edib - Şok iddialar

Tarix: 2-02-2017, 20:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 625
Samir Şərifov özünü sığortalamaq metodunu kəşf edib - Şok iddialar

Adı MTN işinə qədər qarışmış maliyyə naziri media emissarları hesabına mətbuatın gündəmindən çıxmaqdadır

Nazir manatın qatili, “atkat” sistemi, faiz maxinasiyaları, dolların qara bazarda at oynatmasının səbəbkarı və üç ölkənin casusu ittihamını mediada necə gizlədir?

Maliyyə naziri Samir Şərifov özünü sığortalamağın yeni metodunu kəşf edib. Nazir bəzi media emissarları hesabına mətbuatın gündəmindən çıxmaqdadır.

Onun barəsində yazılanları ört-basdır etmək və müəyyən maddi kampaniya təşkil etməklə hədəfdən yayındırmaq kursu götürülüb.

İqtidara xəyanət

Nazir həm manatın qatili, həm dolların qara bazarda at oynatmasının səbəbkarı, üç ölkənin casusu ittihamını mətbuatın gündəmindən çıxarmağın yolunu tapıb. İddialara görə, Samir Şərifov mediada özünə dostlar tapıb.

Onun çevrəsinə yaxın kadrlar mətbuatla danışıqlar aparır, elektron və yazılı mediada maliyyə nazirindən gedən materialların qabağını almağa cəhd edir. Bu haqda “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir.

S.Şərifov bu azmış kimi, kredit borclarına güzəşt olunması, 10 min manata qədər borcların silinməsi təkliflərinə dair açıqlamalarında məsələni kökündən baltalayıb.

Nazir bu cür güzəştlərin olmayacağını qeyd edib. Əslində, “manat çevrilişi”nin müəlliflərindən biri olan S.Şərifovdan bu sayaq çıxışlar gözlənilən idi. Manatın kursunun qorunmasına məsul şəxslərdən biri olan S.Şərifov hakimiyyət çevrələrində ən çox tənqid olunan nazirlərdən biridir.

Kəskin devalvasiya təklifini də S.Şərifov verib. Təkcə manatın kursunun qorunmasına görə yox, ölkənin maliyyə sisteminin bərbad gündə olmasına görə S.Şərifov məsuliyyət daşıyır.

Ümumiyyətlə isə, manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə də yetərincə məlumatlar var idi. İndi S.Şərifovun nəzarəti altında olan banklarda gözlənilməz dəyişikliklər də bu məlumatların əsassız olmadığını ortaya çıxarır.

Onun tətbiq etdiyi “atkat” sistemi bütün dövlət sifarişlərindən 3-5 faiz “şapka” alınması pul köçürmələrində ağılasığmaz maxinasiyalar ölkənin maliyyə sistemini bərbad vəziyyətə gətirib. Bu da ikinci faktordur ki maliyyə nazirinin üçün mənfi hal kimi qiymətləndirilib.

İqtidardakı dayaqlarını və etimadını itirmiş nazir media emissarlarının hesabına bu məsələni gündəmdən çıxarmağa çalışır. Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı.

Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov “zərərsizləşdirildi”. Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi.

Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir. Üstəlik, manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti var.

Nazirin mediaya işi düşüb

“Gündəm-Xəbər”ə verilən məlumata görə, maliyyə naziri iqtidar rəhbərliyinin gözündən elə düşüb ki, hər an vəzifəsini itirmək təhlükəsi var. Buna görə də işi mediaya düşüb.

Fakt isə ondan ibarətdir ki, maliyyə naziri hakimiyyətdə yüksəlişini təmin etmək üçün Qərb dairələri ilə razılaşmalar aparıb. Sonunda proje iflas edib və nazir faş olub. Buna görə də nazir mediada barəsində gedən materialları dayandırmaq niyyətindədir.

Adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var.

Bundan başqa, nazirliyin regionlarda fəaliyyətdə olan maliyyə şöbələri maxinasiyalar yuvasına çevrilib. İstənilən rayon maliyyə şöbəsi icra hakimiyyəti strukturu ilə əlbir olaraq dövlət büdcəsinin idarə olunmasında müxtəlif mənimsəmələri həyata keçirir.

İqtisadi böhran isə hökuməti qənaət rejiminə keçməyə vadar edib və büdcə pullarının istifadəsinə nəzarət gücləndirilir. Dünənə kimi maliyyə şöbələrinin rəisləri icra başçıları ilə birlikdə hansısa MMC-ni tenderdə qalib elan edərək vəsaitləri talan edirdisə, indi mümkün olmayacaq.

Çünki dotasiyalar kəsilir, nəzarət artırılır, struktur islahatlarına başlanır. Belə demək olarsa, Samir Şərifova sarsıdıcı bir zərbə endirilir.

Şərifovun adı MTN işində

“Gündəm-Xəbər”ə verilən məlumata görə, maliyyə naziri Samir Şərifov üçün “əcəl zəngi” çalınır. Bu “zəng”in qulaq batıran səsləri eşidilməkdədir.

İqtidarın ən yuxarı eşelonunda “qələmi qırılan” nazir üçün çox ağır bir sınaq dövrü başlanır. Samir Şərifovun vəziyyətinin ciddiliyi Daşkəsənin icra hakimi Əhəd Abıyevin qəfil çıxışı ilə müşayiət olunur.

İcra başçısı gözlənilmədən açıqlama verir ki, MTN-də ondan maliyyə naziri əleyhinə danışmaq tələb olunub. İlin-günün bu vaxtında icra başçısının naziri “baqaja” qoyan çıxışı nəyə lazım idi?! Əlbəttə ki, Ə.Abıyevin təmsil olunduğu siyasi klanın təlimatı da ola bilər.

Amma Daşkəsənin rəhbəri əsasən mərkəzin tapşırıqlarından qırağa çıxmır. S.Şərifovla Ə.Abıyevin indiyədək kəsişən nöqtəsi olmayıb. O baxımdan icra başçısının maliyyə nazirinin

əleyhinə açıqlaması S.Şərifovun barəsində MTN-də kompromat materialların mövcudluğuna işarə idi.

Hakimiyyət nazirə xəbərdarlıq edir ki, həmin dosye artq əlimizdədir və büdcə vəsaitlərinin mənimsənilməsi haqda faktları istənilən an üzə çıxarmaq mümkündür. Bu, bir növ Samir Şərifovu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yanına göndərmək ismarıcıdır.

Cahangir Hacıyevin məhkəmədi dövründə Samir Şərifov qorunsa da, bankirin ayağına verilməsə də, bu o demək deyildi ki, onunla haqq-hesab çürüdülməyəcək. İndi həmin an yetişib və Hacıyevin “sən də yanımda əyləşməlisən” sözünün təftişi aparılır. Hakimiyyət heç də maliyyə “boss”unu əfv etməyib.

Ə.Abıyev S.Şərifov haqda istintaqa bunları açıqlayıb: “Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”.

Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər. Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib.

Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:

“Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi.

Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib. Bu istintaq materialının meydana çıxması böyük bir planın tərkib hissəsidir.

Nazirliyin Qazprom əməliyyatı

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, maliyyə naziri Samir Şərifov üçün qaranlıq tunelin sonu görünməyə başlanıb. Nnazirin karyerasını bitirəcək üç mühüm faktor icraya yönələ bilər.

Samir Şərifov uzun müddətdir Azərbaycan hökumətində qərbpərəst, amerikapərəst mövqeli nazir kimi tanınır.

Onun adı baş nazir Artur Rəsi-zadənin uğurlu xələfi kimi də zaman-zaman mediada hallanıb. Bu ittihamların tirajlanması maliyyə nazirin reputasiyasını kifayət qədər zərbə altında qoyub. Ölkə rəhbərliyi S.Şərifovun adının qarşısında “minus” işarələyib.

Nazir barəsindəki qovluqda “quş”ların sayı getdikcə artmağa başlayıb. sonuncu əsas amil Beynəlxalq Bank məsələsində də S.Şərifovun məsuliyyət payının olmasıdır. ABB-nin həbdə olan sabiq sədri Cahangir Hacıyev ilk məhkəmə çıxışından son sözünə qədər S.Şərifovu ittiham etdi.

Beynəlxalq Bankdan izsiz-tozsuz çıxarılaraq mənimsənilən səkkiz milyard manatla bağlı günahkar axtarışı isə davam edir. Doğrudanmı, Maliyyə Nazirliyi, həmçinin Beynəlxalq Bank rəhbərliyi bundan xəbərsiz olub?

Mənimsənilən milyonlardan istənilən halda Maliyyə Nazirliyi və nazir xəbərdar olmalı idi: “Çünki Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olub.

Müəyyən məbləğdən yuxarı olan kreditlərin verilməsinə qanuna görə Müşahidə Şurasının qərarı lazımdır. Maliyyə nazirinin burada məsuliyyəti var.

Hacıyevdən sitat: “Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir". Bütün bunlara baxmayaraq istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində də irəliləyişlər oldu.

Bu, dövlət başçıları səviyyəsində müzakirə olunan məsələ idi. Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi və bankın menecmeti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı”.

“Metanom” zavodu ilə bağlı da Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparılmışdı. “Ölkəyə 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı“.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifovun tənqidinə həsr edilən yazılar sayt lardan niyə silinir? – Bunda kim maraqlıdır…

    Samir Şərifovun tənqidinə həsr edilən yazılar ...

    26-01-2017, 21:06

  • 
  • Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir addım yaxınlaşdırdı...

    Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir ...

    27-05-2016, 01:13

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35

  • 
  • DOLLAR QALMAQALI BÖYÜYÜR

    DOLLAR QALMAQALI BÖYÜYÜR ...

    12-12-2016, 21:32

  • 
  • Nazirlə baş bankir Azərbaycan manatını “basdırır”

    Nazirlə baş bankir Azərbaycan manatını “basdırır” ...

    22-11-2016, 02:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu