GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generaldan sərt və qalmaqallı açıqlamalar

Generaldan sərt və qalmaqallı açıqlamalar

Tarix: 2-02-2017, 20:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 512
Generaldan sərt və qalmaqallı açıqlamalar

Akif Çovdarov: “MTN-ə Mübarizi general kimi dəvət etməmişəm”

“Bu respublikada məni aldatmağa heç kimin duxu çatmaz”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.

Növbəti prosesdə zərərçəkmiş Mübariz Məmmədovun iddiası üzrə ötən iclasdan yarımçıq qalmış epizoda baxılıb. Son iclasda zərərçəkmiş Mübariz Məmmədov ittiham aktındakı ifadəsini təsdiqləyib.

“Huşumu itirərək yerə yıxılmışam”

Vəkillərin suallarına cavab verən Mübariz Məmmədov bildirib ki, 18 sotluq torpaq sahəsini Səbail rayon İcra Hakimiyyətindən 1990-cı illərin ortalarında icra başçısının imzaladığı sərəncam əsasında alıb: “Sonradan həmin torpaq sahəsində Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti tikinti işləri aparmağa başlayıb”.

Torpaq üzərində keçərli mülkiyyət hüququ haqqında sənədi olmayan zərərşəkmiş məhkəməyə müraciət edib, sərəncamla ona

verilmiş sahəni kadastra daxil etməyə müvəffəq olub: “Elə bu vaxt Rafiq Tağıyev adlı şəxs mənə 300 min manat beh verərək, 1 milyon 265 min manat qiymət qoyulmuş torpaq sahəsini almaq istədiyini bildirdi. Bir müddət sonra toprağa görə pulun yerdə qalan hissəsini tələb etdim. Bundan sonra məsələyə Akif Çovdarov qoşuldu”.

Zərərçəkmiş suallara cavabında bildirdi ki, MTN-ə dəvət olunduğu günlərin birində general Akif Çovdarov öz iş otağında ona yaxınlaşaraq sinəsinə yumruqla iki dəfə zərbə endirib: “Bu səbəbdən huşumu itirərək yerə yıxılmışam”.

Mübariz Məmmədovun sözlərinə görə, bundan 3-4 gün əvvəl o, ürəyində cərrahiyyə əməliyyatı keçiribmiş. Özünə gətiriləndən sonra zərərçəkmiş xəstəxanaya aparılıb.

“Görürdüm ki, ortada yalan var”

Akif Çovdarov Mübariz Məmmədovun ifadəsi ilə bağlı izahat verib: “Mübarizi çoxdan tanıyıram. Evimin yanında ofisi var idi. Aramızda 30 metr ancaq olardı. Bir vaxtlar bu Mübariz elə pullar qazanırdı ki, o pulları heç bu məhkəmə binasına yığıb-yığışdırmaq olmazdı. Amma özü və qardaşları o pulları yaxşı idarə edə bilmədilər. Həmin torpaq sahəsinin problemli olduğunu bilirdim. Rafiqə də dedim ki, almasın. Amma sonradan eşitdim ki, danışıblar, beh də verilib. MTN-ə Mübarizi general kimi dəvət etməmişəm, Akif kimi çağırmışam söhbət edək. Çünki görürdüm ki, ortada yalan var, mənə yalan deyilir. Bu respublikada məni aldatmağa heç kimin duxu çatmaz. Əslində, Mübariz bu işdə sadəcə pul qazanıb. Adına olmayan torpağı adına saldırmışıq, özünə də pul vermişik. Torpaq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdi. Birincisi, Akif kimi qonşusunu MTN-ə dəvət edən general onunla elə evinin qarşısında, yaxud evinə çağıraraq, 30 metr aralıda olan Mübariz Məmmədovun ofisinə gedərək

söhbət edə bilməzdimi? İkincisi, aldatmağa heç kimin “duxu” çatmayan Akif Çovdarov kiminsə əli ilə torpaq alırdısa, onu niyə Mübariz Məmmədovun adına keçirib, sonradan həmin adama xeyli məbləğdə “xeyir” verirdi? Elə birbaşa Bakı Şəhər İcra Hakimiyyətindən ala bilməzdimi? Bu suallar məhkəmədə səslənmədi”.

“Mübariz Məmmədov ürəyində ağrılar olduğunu bildirdi”

Daha sonra şahid qismində dindirilən Sevda Əzimovanın sözlərinə görə, 2013-cü ilin sonlarından 2015-ci ilin fevral ayına kimi “Gömrük” Hospitalında həkim-kardioloq işləyib: “2015-ci ilin fevral ayından indiyənə kimi “Qrand” Hospitalda həkim-kardioloq işləyirəm. 2014-cü ilin oktyabr ayının 14-də “Gömrük” Hospitalında həkim-kardioloq növbətçi olmuşam. Mübariz Məmmədov 14 oktyabr 2014-cü il tarixdə, saat 20.30 radələrində “Gömrük” Hospitalının təcili yardım şöbəsinə ürəyində olan ağrılarla müraciət edib. Həmin vaxt təcili yardım şöbəsində növbətçi həkim olan Cavad Cabbarov mənə məlumat verdikdə təcili yardım şöbəsinə Mübariz Məmmədov müraciət edərək ürəyində ağrılar olduğunu, qısa müddət əvvəl ürəyinin damarlarına stent qoyulduğunu bildirib. Dərhal təcili yardım şöbəsinin yanında yerləşən otaqda Mübariz Məmmədovun EXO kardioqrafiq və EKQ müayinəsini keçirtdim. Müayinəyə əsasən xəstədə kəskin kardioloji patologiya aşkar edilmədi. Mübariz Məmmədova hər hansı müalicəni yazıb-yazmadığını xatırlamıram. Qeyd edilən müayinələri keçirtdikdən sonra Mübariz Məmmədov evə buraxılıb”.

Şahid bildirib ki, Mübariz Məmmədovun 14 oktyabr 2014-cü il tarixdə müayinə edərkən, sonuncu ona ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə aparılması ilə bağlı heç bir məlumat verməyib: “Mübarizin sinə nahiyəsinədə hər hansı xəsarətin olub-

olmamasını, həmçinin əynində olan paltarların səliqəsinin pozulub-pozulmamasını xatırlamıram”.

“Ürəyinin damarlarına stent qoyulduğunu dedi”

Digər şahid Cavad Cabarov qeyd edib ki, 2009-cu ilin sentyabr ayından indiyədək “Mərkəzi Gömrük Hospitalda” təcili yardım həkimi işləyir: “Mübariz Məmmədovu tanıyıram. 2014-cü ilin oktyabr ayının 14-də “Gömrük” Hospitalında təcili yardım şöbəsində növbətçi olmuşam. Mübariz Məmmədov həmin gün, saat 20.30 radələrində “Gömrük” Hospitalının təcili yardım şöbəsinə sinəsində olan ağrılarla müraciət edib. Mübarizi qəbul etdikdə sonuncu qısa müddət əvvəl ürəyinin damarlarına stent qoyulduğunu dedi. Dərhal növbətçi kardioloq-həkim Sevda Əzimovaya məlumat vermişəm, bir neçə dəqiqə sonra Sevda gələrək Mübariz Məmmədovun EXO kardioqrafiq və EKQ müayinəsini keçirib. Müayinəyə əsasən xəstədə kəskin kardioloji patologiya aşkar edilməyib”.

“Mübariz 2 gün hospitalda qalıb”

Şahid Samir Mustafayevin sözlərinə görə, 2011-ci ildən “Gömrük” Hospitalında həkim-kardioloq işləyir: “8 oktyabr 2014-cü il tarixdə Mübariz Məmmədov təngənəfəslik və halsızlıqla bağlı hospitala müraciət edib. Mübarizin ürəyinin tac damarlarının angioqrafik müayinəsi aparılıb və sol ön enən arteryanın orta seqmentində ciddi darlıq aşkarlanıb. Ona görə də, bir ədəd dərman örtüklü stent implantı olunub, əməliyyatı həkim Ülvi Mirzoyev həyata keçirib. Mübariz 2 gün hospitalda qalıb və sonuncunun müalicə həkimi olmuşam. 10 oktyabr 2014-cü il tarixdə Mübariz evə buraxılıb”.

“Bu vəzifəni əməliyyat heyəti həyata keçirib”

Daha sonra prosesdə ləğv edilmiş MTN-nin sabiq əməkdaşları Mübariz Məmmədovun epizodu üzrə ifadə veriblər. Şahid qismində dindirilən Bəhruz Orucov qeyd edib ki, 2009-cu ildən Milli Təhlükəsizlik Nazirliyində işləyir: “2009-cu ildən 2011-ci ilə kimi ilk olaraq MTN-in Qax rayon şöbəsində əməliyyat müvəkkili, 2011-ci ildən 2013-cü ilə kimi ləğv olunmuş MTN-in 6-cı Baş İdarəsinin 1-ci idarəsinin, 2-ci şöbəsində, 2013-cü ildən 2016-cı ilin yanvar ayına kimi ləğv olunmuş MTN-in 6-cı Baş İdarəsinin 3-ci idarəsinin, 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişəm. 2016-cı ilin yanvar ayından DTX-nın 4-cü baş idarəsinin, 2-ci idarəsinin, 2-ci şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyirəm. Mübariz Məmmədovu tanımıram. Onun MTN-in əsas inzibati binasına sabiq baş idarə rəisi Akif Çovdarovun qəbuluna aparmağını xatırlamıram. Ümumiyyətlə Akif Çovdarovun qəbuluna gələn qonaqlarını, eləcə də digər şəxsləri nəzarət-buraxılış məntəqəsindən sonuncunun qəbul otağına gətirilməsi üçün hər hansı bir ştat nəzərdə tutulmadığından bu vəzifəni əməliyyat heyəti həyata keçirib. Ola bilsin ki, Mübariz Məmmədovu Akif Çovdarovun qəbuluna qədər müşayiət etmişəm. Lakin, onun hansı məqsədlə Akif Çovdarovun yanına çağırılmasından məlumatım yoxdur”.

Şahid qismində ifadə verən Elşən Bəyalıyevin sözlərinə görə, 20 iyun 2006-cı ildən Milli Təhlükəsizlik Nazirliyində işləyib: “İlk vəzifəm 3-cü baş idarənin əməliyyat müvəkkili vəzifəsi olub, sonradan MTN-in Akademiyasına dinləyici kimi getmişəm, 2008-ci ildə kursdan qayıtdıqdan sonra MTN-in IV baş idarəsinin 1-ci idarəsinin 1-ci şöbəsinin 2-ci bölməsinin əməliyyat müvəkkili işləmişəm. 2009-cu ildən VI baş idarə IV baş idarədən ayrılıb. Bundan sonra öz vəzifəmdə qaldığım üçün avtomatik olaraq VI baş idarənin 2-ci idarəsinin 2-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləməyə davam etmişəm. İdarə rəisi Akif Əliyev, şöbə rəisi isə Orxan Məmmədov olub. Bölmələr isə ləğv olunub. Bu

vəzifədə 7 il işləmişəm, 2016-cı ilin yanvar ayında tərxis olunmuşam. Hafiz Abekarovu tanımıram, onu keçmiş MTN-in əsas inzibati binasına sabiq baş idarə rəisi Akif Çovdarovun qəbuluna aparmağım yadına düşmür. Bir neçə dəfə Akif Çovdarovun yanına gələn şəxsləri nazirliyin giriş qapısından müşayiət edərək aparmışam. Ola bilsin Hafiz Abekarov da müşayiət etmişəm, lakin Hafisin hansı məqsədlə Akif Çovdarovun yanına çağırılmasından məlumatım olmayıb. Hafiz adlı şəxsin MTN-ə keçirilərək Akif Çovdarovun yanına aparılması ilə bağlı göstərişi kimin verdiyini xatırlamıram”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarov vəkillərindən niyə imtina edirdi?

    Akif Çovdarov vəkillərindən niyə imtina edirdi? ...

    18-11-2016, 23:42

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu