GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezident başçılara barmaq silkələdi, Mərdan Camalov aranı qatdı - Təfsilat

Prezident başçılara barmaq silkələdi, Mərdan Camalov aranı qatdı - Təfsilat

Tarix: 4-02-2017, 20:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 523
Prezident başçılara barmaq silkələdi, Mərdan Camalov aranı qatdı - Təfsilat

Dövlət başçısının “onların cəzası veriləcək” mesajının ertəsi Şirvanın icra başçısı baş həkimi “devirdi”, onu xəstəxanalıq etdi, yerinə alverçi tapdı

Nazir qardaşının xəstəxanada və digər dövlət binalarında tender əməliyyatlarının şok dosyesi “Gündəm-Xəbər”də...

Bu həftənin gündəminə çoxdandır ki, görünməyən Şirvan şəhər icra hakimi Mərdan Camalov möhrünü vurdu.

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Şirvanın baş həkimini hirsləndirib koma vəziyyətinə çatdırması xəbəri ilə mətbuatın diqqət mərkəzinə gəldi.

“Paket” davası böyüdü

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, ölkə mediası M.Camalovun baş həkim Fərhad Səfərovla mübahisəsindən danışır.

Sosial şəbəkələrdə və elektron mediada gedən müzakirələrdə qeyd olunur ki, Şirvanın icra başçısının şəhər Mərkəzi Xəstəxanasında “çevrilişi” səs-küyə səbəb olub.

İcra hakiminin baş həkimdən əvvəlki qaydada “paket”i çatdırması tələbi və iqtisadi böhranı nəzərə almaması qovğa yaradıb.

Mübahisə zaman stress keçirən F.Səfərov evə qayıtdıqdan sonra halı pisləşib və xəstəxanaya yatırılıb. Lakin şəkər xəstəsi olan baş həkimin durumunun ağırlaşmasına görə Bakıya çatdırılıb. Onun 1 həftə Bakı Sağlamlıq Klinikasında müalicə aldığı haqda mətbuatda xəbərlər yayılıb.

Onunla bağlı Şura iclasının çağırılması qərara alınıb. Hətta məsələ mətbuata çıxandan sonra icra başçısı humanitar məsələlər üzrə müavini Elmira Ağayevanı xəstəxanaya göndərib.

E.Ağayeva Şirvan mərkəzi xəstəxanasında işlərə nəzarət edir və RİH mediada olayı ört-basdır etməyə çalışır. Hazırda M.Camalov onun başına bu işi açan E.Ağayeva qarşısında tələb qoyub ki, məsələni həll etsin.

Çünki başçı müavini xəstəxanada baş həkimin əvəzindən göstəriş və tapşırıqlar verir. Ümumiyyətlə Elmira Ağayeva Şirvan şəhəri üçün bir böyük bəlaya çevrilib.

Deyilənə görə, M.Camalov baş həkimə ötən ilki aylarda olan aylıq pulun azaldılmamasını bildirib. Baş həkim Fərhad Səfərov isə bu ilki büdcənin məlum iqtisadi böhran ucbatından kəsildiyini və əvvəlki illərin qazancının olmadığını desə də, icra başçısı qəbul etməyib.

İcra başçısı baş həkimi əlavə qazancı səhiyyə naziri Oqtay Şirəliyevə çatdırmaqda ittiham edib. Bu mübahisə böyüyüb və baş həkim evinə gələrək ciddi əsəb keçirtdiyindən şəkəri qalxıb, komaya düşüb. Bütün bunlardan sonra qalmaqal səngiməyib.

Başçının namizədi - poliklinika müdiri

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Mərdan Camalov baş həkimlə arasında olan konfiliktin mediaya sızmasından bərk narahat olub.

Prezident İlham Əliyevin müşavirədə icra başçılarına xəbərdalıq etməsi ilə paralel ictimailəşməsi Mərdan Camalovun “qara siyahı”ya düşməsinə səbəb ola bilər.

İddialara görə, Mərdan Camalov xəstəxananın baş həkimi postuna kadr da müəyyənləşdirib. Mərdan Camalovun ən yaxın adamı olan həmin şəxs hazırda Şirvan poliklinikasının müdiri Şakir Qədirovdur.

Bu adamı Mərdan Camalovun təkidi ilə poliklinkaya müdir təyin ediblər. Şakir Qədirov ixtisasca cərrahdır. Təkbaşına heç vaxt əməliyyata girməyib. Akif, Namizəd və digər cərrahlarla əməliyyatda olub. Amma Şirvanda hamı Şakir Qədirovu alverçi kimi tanıyır.

Mərdan Camalovun dayısı kollec direktoru Balamirzə Məmmədovla Şakir Qədirov Türkiyədən Şirvana paltar gətirib satırdılar.

Şakir Qədirov Mərdan Camalova o qədər yaxındır ki, yol polisi işləyən oğlu Eminin toyunun dəvətnaməsini ona yazdırırdı. İndi məqam yetişib Şakir Qədirov artıq baş həkim olmağa iddialıdır.

Maraqlısı odur ki, xəstəxanada bütün məsələlər Mərdan Camalovun müavini Elmira Ağayevanın iradəsi ilə həll olunur. Xəstəxanaya adicə xadiməni Elmira Ağayeva götürürdi. Beləliklə, Səhiyyə Nazirliyindən daha çox, Şirvan şəhər rəhbərliyi bu xəstəxanaya nəzarət edir.

Onu da deyək ki, mətbuatda bu məsələlər üzə çıxsa da, ŞİH tərəfindən heç bir açıqlama verilməyib. Nə xəstəxanadan, nə nazirlikdən, nə də Şirvan şəhər rəsmilərindən kimsə bu xəbəri təkzib, ya da təsdiq edib.

Bu susqunluq bəlli olmasa da, M.Camalovun media emissarları sayəsində minnətçi düşdüyü, məsələni körükləməməyi xahiş etdiyi, mətbuatda ört-basdır etməyə çalışdığı iddia olunur. Hərçənd, rəsmi bir bəyanat ya da press-reliz olmalıydı.

Başçının xəstəxanada tender əməliyyatı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2015-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının digər satınalmaları da çox maraq doğurur.

Belə ki, xəstəxana “Elem-5” MMC-dən həm məişət avadanlıqları(29520 manatlıq), həm də Avtonəqliyyat vasitələri üçün ehtiyat hissələri(9070 manatlıq) alıb. Nə hikmətdirsə, bu MMC Şirvan Müalicə Diaqnostika Mərkəzinə də ərzaq məhsulları tədarük edib – 28 000 manatlıq.

Şirvan Mərkəzi Xəstəxanası camaşırların yuyulması işini 2 il dalbadal eyni şirkətə - “Şahin-1” MMC-yə həvalə edib.

2015-ci ildə bunun üçün MMC-yə 26520 manat, 2016-cı ildə isə 27359,5 manat ödənilib. Bundan əlavə, həmin MMC xəstəxanadan 2015-ci ildə cari təmir işləri üçün 7807 manatlıq sifariş də alıb.

Xəstəxana 2015-ci ildə blank və dəftərxana ləvazimatları üçün "Progress" MMC-yə 66 979 manat, Təsərrüfat malları və materialları üçün “Aynur-M” MMC-yə 23 570 manat verib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının 2015-ci ildə 187 min 543 manatlıq ərzaq və çörək məhsulları tədarük etdiyi MMC-nin adı tender siyahısında “Aran kompani MMC” kimi qeyd olunub.

Vergilər Nazirliyinin sistemində bu adda MMC tapılmadı. Bu ada daha yaxın olan və Şirvanda qeydiyyatdan keçən şirkət "ARANKOMPLEKS-TTQT" MMC-dir.

Siyahıdakı MMC-nin məhz "ARANKOMPLEKS-TTQT" olduğunu qəti söyləmək mümkün olmasa da, onun qanuni təmsilçisinin Həsənov Həsən Bayram oğlu olması bu ehtimalı gücləndirir.

Belə ki, H.Həsənov Şirvan şəhər dövlət strukturlarından irihəcmli sifarişlərə sahiblənən “Xidmət+Təchizat” MMC-nin də qanuni təmsilçiliyini həyata keçirir.

Şirvanın baş bəlası - Elmira Ağayeva

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, iş təkcə baş həkimlə bitmir. Şəhər icra hakimiyyətinə ayrılan dotasiyalar kəsilib. Hökumət qənaət rejiminə keçib və prezident hər bir rayonun öz resursları hesabına özünü saxlamalı olduğunu vurğulayıb.

Mənbələr qeyd edir ki, uşaq bağçalarında boş yataq yerinin siyahısı M.Camalovun stolunun üstündədir. Bağçaya qəbul edilən uşaqlara M.Camalov müavini Elmira Ağayevanın əliylə nəzarət edir.

Uşaq bağçalarına qida məhsullarını yalnız Əliheydər alıb verməlidir. Bağça uşaqları yalnız Əliheydərin aldığı ərzaq məhsullarını yeyirlər. Səbəbini M.Camalov hamıdan yaxşı bilir.

M.Camalovun humanitar məsələlər üzrə müavini Elmira Ağayevaya kurasiyasında olan orta məktəblərə, məktəbə qədər müəssisələrə, uşaq baxçalarına, xəstəxanaya, müalicə diaqnostika mərkəzinə, mədəniyyət şöbəsinə yüksək peşəkarlıqla nəzarət edir.

Bu müəssisələrə işə qəbul olunmaq istəyən şəxs yalnız Elmira Ağayevanın qəbuluna gəlib razılıq və xeyir dua almalıdırlar. Sual verən yoxdur ki, E.Ağayeva bu müəssisələrin kadrlar idarəsinin rəisidirmi? E.Ağayevanın qarşısında kimsə səsini çıxarda bilməz.

Kimsə cəsarət tapsa dərhal Ağayevanın diqtəsi ilə Camalovun qəzəbinə tuş gələr. Şirvan sakinləri, eləcə də adını qeyd etdiyimiz müəssisələrin rəhbərləri E.Ağayevanın əlindən cana doyublar.

Xəbərdə o da deyilir ki, köhnə telestudiyanın yanındakı ağ qum karyeri M.Camalova məxsusdur. Karyerdən yük maşınlarının həcmindən asılı olaraq hər maşına 20- 30 manat qum doldurulur və satılır.

Karyerə Mərdan Camalovun ən etibarlı kadrı olan Su Kanal idarəsinin müdiri Hamlet Hüseynov rəhbərlik edir. M.Camalovun ən gəlirli sahəsi isə ağac biznesidir. 1 ağaca maşın toxunsa hər ağaca 1000 manat pul ödəməlisən.

Bütün bunlar azmış kimi, böyük pullar silməkdə mahir olan Şirvan rəhbərliyi barədə faktlar var. Mətbuatda bunların bir qismi yayılıb. Belə aydın olur ki, icra başçısı dövlətin pullarını külə döndərib. Bu faktları təqdim edirik:

Silinən dövlət pulları - Faktlar

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, tender qalibi olan şirkətlərin əksəriyyəti ya eyni hüquqi ünvanda yerləşir, ya qanuni təmsilçisi eyni və ya bir ailənin üzvləridir, ya da qeydiyyat günləri eynidir.

Yəni, rayonda heç bir qurumun büdə xərcləmələri rayon icra hakimiyyətinin “xeyir-duası” olmadan həyata keçirilə bilməz. Bu baxımdan aşağıda qeyd edəcəyimiz pozuntu faktlarının hamısında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun “payı”nın olmasına şübhə yoxdur.

Şirvan şəhər İcra Hakimiyyətindən 2015-ci ildə Abadlaşdırılma və asfaltlaşdırma işlərinə 821 973 manat, 2016-cı ildə isə şəhər yollarının təmiri işlərinə 821383,84 manat – üst-üstə 1 milyon 643 min 356,84 manat alan Müstəqil Çoxsahəli “Muğan-1” firmasının imici kifayət qədər mənfidir.

Belə ki, 2013-cü ildən bəri Hacıqabul rayon İcra Hakimiyyətindən yol çəkilişi və təmiri, digər tikinti-təmir işləri üçün milyonlarla manata vəsait alan bu firmanın gördüyü işlərin keyfiyyətsizliyinə, firmanın rəhbəri olan İlham Əzizli ilə Hacıqabul RİH-in başçısı Əhməd Muxtarov arasında qaranlıq sövdələşmələrin olmasına dair KİV-də saysız-hesabsız məlumatlar yer alıb. Bütün bu iddia və ittihamlarla bağlı M.Camalovdan müsahibə almağa, mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvan icra başçısı baş həkimi komaya saldı

    Şirvan icra başçısı baş həkimi komaya saldı ...

    31-01-2017, 23:47

  • 
  • Şirvan icra başçısının oğlunun törətdiyi qəza gizlədilir

    Şirvan icra başçısının oğlunun törətdiyi qəza ...

    24-08-2014, 13:48

  • 
  • Mərdan Camalov Vidadi Zeynalovun məhkəməsində

    Mərdan Camalov Vidadi Zeynalovun məhkəməsində ...

    26-11-2016, 00:26

  • 
  • Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Müdafiə Sənayesi Naziri Yavər Camalov tərəfindən mənim məhkəməyə verilməyim barədə sifariş verilib.

    Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan ...

    29-04-2015, 12:53

  • 
  • İki icra başçısının bir bazarlığı

    İki icra başçısının bir bazarlığı ...

    12-08-2013, 11:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu