GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan Qarabağ üçün yenə qara bağlayır - savaş alovlanır - FOTO - VİDEO

Azərbaycan Qarabağ üçün yenə qara bağlayır - savaş alovlanır - FOTO - VİDEO

Tarix: 1-03-2017, 14:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 727
Azərbaycan Qarabağ üçün yenə qara bağlayır - savaş alovlanır - FOTO - VİDEO

Ordumuz erməni terrorçularının təxribatçı hücumlarını dəf edir, düşmən hərbçiləri məhv edilir, dünya danışığa çağırır
90-cı illərdə işğal olunmuş torpaqlarımız uğrunda 90-larda doğulan uşaqlar şəhid olur, əsgərlərimiz əl-ələ verib savaşır; Eynulla Fətullayev isə ermənilərlə əl-ələ verib işləyir
Fevralın 24-dən 25-nə keçən gecə erməni terrorçu birləşmələri cəbhə xəttində növbəti hərbi təxribatını həyata keçirib. Fizuli-Xankəndi istiqamətindən hücuma keçən düşmən ordusu ağır itki verərək geri çəkilib.
“Gündəm-Xəbər”in məlumatına görə, bu toqquşmalarda hər iki tərəf itki verib. Erməni silahlı qüvvələrinin Xocalı soyqırımının 25 illiyi ərəfəsində öz xain xislətini yenidən göstərməsi təəccüb doğurmur.
Xocalıda körpələri süngüyə keçirmiş keçmiş səhra komandiri Serj Sərkisyanın qanlı rejiminin idarə etdiyi ölkənin silahlı qüvvələri məhz onun simasının göstəricisidir. Ordumuz isə düşmənin hücumlarını dəf edərək müxtəlif mövqelərdən cavab atəşilə susdurub.
Cəbhə gərginliyin Serjin Ermənistanda parlament seçkiləri ərəfəsində aprel döyüşlərində geri alınan ərazilərimizi təkrar işğal etmək istəməsi ilə seçicilərin səsini almaq niyyəti olduğu bildirilir. Eyni zamanda Ermənistanın siyasi həyatında itirilmiş nüfuzunu bərpa etməyə çalışır.
Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribat xarakterli hücumlarının qarşısını alarkən itkilər verib və Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqlayıb.
Beynəlxalq Böhran Qrupu bildirir ki, diplomatik cəhdlər olmasa, 2017-ci ildə Qarabağda döyüşlərin qızışacaq və bundan daha çox dinc əhalinin əziyyət çəkəcək, düşmənçilik tələfatla, insanlar öz ev-eşiklərini tərk etməli olacaq.
Analitiklərin fikrincə, Bakı da, İrəvan da, döyüşlərə başlasalar, güclü regional təzyiqlə üzləşəcəklərini bilirlər. Amma hər iki tərəf düşmənçiliyin öz xeyrinə olacağını düşünər.
Bakı diplomatik səylərin nəticə vermədiyini görərsə, durumu dəyişməyə yenidən can ata, İrəvan isə aprel döyüşlərindəki uğursuzluğun başlanğıc olmadığını nümayiş etdirməyə çalışa bilər.
Qarabağ məsələsinin yeganə həlli yolu güzəştli danışıqlardır. Lakin hər iki tərəfdə müharibə ritorikasının üstünlük təşkil etməsi, ən başlıcası isə, hər iki ölkədə bir-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi, yəni xalqlar arasında ünsiyyətin olmaması sülhün əsas əngəlləridir.
Qarabağda müharibəyə beynəlxalq reaksiyalar səngimir. “Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.
Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib.
B. Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan əsgərlərinə rəhmət diləyib: “Azərbaycan xalqının acısını paylaşırıq.
Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”.
Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ilk növbədə insan həyatını qorumaq, habelə danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq və atəşkəs rejiminə əməl etmək vacibdir:
“Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir və hərbi əməliyyatlar davam edir, nizamlama prosesində irəliləyişə nail olmaq çətindir.
Ümid edirəm ki, prezidentlər görüşməyə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş müşahidə olunacaq. Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər var idi”.
C. Uorlik bildirib ki, bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb: “Ötən ilin aprelində biz çoxsaylı itkilərin şahidi olduq.
Mən hələ bu gün də əmin deyiləm ki, biz dəqiq qurbanların sayını bilirik. Artıq sülhün vaxtı gəlib çatıb. Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək”.
Bu arada Azərbaycan Mətbuat Şurası son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müraciət yayıb və medianı həssas davranmağa çağırıb: Bu il fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu.
Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı.
Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır.
Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir. Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var.
Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq “məqsədi” güdürdülər”.
Beləliklə, Azərbaycan-Ermənistan arasında müharibə təkcə səngərdə deyil, siyasi-diplomatik müstəvidə, informasiya arsenalında, təbliğat işində də aparılır.
Ancaq vaxtilə Xocalı sakinlərini təhqir etdiyi üçün rəhbəri olduğu qəzetin redaksiyası qarşısında aksiyalar keçirilmiş Eynulla Fətullayev Bakıya qayıtmış erməniləri başına toplayır. E.Fətullayev məhz xocalıları təhqir etdiyinə görə həbs olunmuşdu.
Bu gün də ermənipərəst simasını gizlətməyən “nahaqqın.az” saytının baş redaktoru Bakıya gələn ermənilərə qucaq açıb. Ordumuz cəbhədə şəhid verir, əsgərlərimiz əl-ələ döyüşərkən həlak olur, E.Fətullayev isə ermənilərlə əl-ələ verib bir redaksiyada işləyir.
Bu həmin adamdır ki, ona-buna böhtan atıb şərləyən biridir. Gah jurnalist Fikrət Fərəməzoğlunu, gah jurnalist Şirin Cəfərini Eldar Mahmudovun agenti kimi təqdim edir.
Onun işi-peşəsi karyerası boyunca avantürist və uydurma fikirləri cəmiyyətə həqiqət, analitik təfəkkürün məhsulu kimi yeritmək olub.
E.Fətullayev məhz Mir Şahinin çəkdiyi tarixi “Bədbəxt adam” filmindəki jurnalist kimi yaddaşlarda qalacaq. Onun atdığı çirkab, ləkə və şər-böhtan heç zaman yapışmayıb.
Çünki onun ermənilərə və azərbaycanlılara münasibəti də bəllidir, Xocalı faciəsinə və Qarabağ müharibəsinə baxışı da göz qabağındadır.
Əsgərlərimiz erməni terrorçuları ilə savaşda canını torpaqlarımızın müdafiəsi uğrunda fəda edərkən, “nahaqqın.az” saytının baş redaktoru Ermənistandan qaçıb gəlmiş Ciqaryanlarla işləyir. Haqqın az olanda ədalətin də virtual olar. Bundan sonra nə şər, böhtan desən, həmin ünvandan gözləmək mümkündür.
2005-2006-cı illərdə baş redaktoru olduğu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərində çalışan kollektiv onun həbsdə olduğu müddətdə hüquqlarının müdafiəsi uğrunda bütün məhrumiyyətlərə dözərək əzmlə mübarizə aparsalar da, Eynulla
Fətullayev həbsdən çıxan kimi bu insanlara şükranlıq etmək əvəzinə, onların düşməninə çevrildi. İndi hər iki qəzetin sabiq əməkdaşları və Eynulla Fətullayev arasında düşmənçilik ruhu hökm sürməkdədir.
Çünki bu adam üçün heç bir dəyər, heç bir xətt yoxdur. Öz işçilərindən üz döndərən, onlar haqda artıq-əskik danışan, həbsdə olduğu dövrdə əməkdaşları tərəfindən ona hər bir dəstək
verilməsinə baxmayaraq azadlıqda onları aşağılayan adamın Ş.Cəfərini, F.Fərəməzoğlunu MTN agenti adlandırması, erməniləri başına toplayıb bir yerdə işləməsi təəccüb doğurmamalıdır.
Azərbaycan ordusu isə Ali Baş Komandanın rəhbərliyi və xalqımızın iradəsi ilə birlikdə Qarabağ uğrundan işğala son qoyulan günə qədər mübarizə aparacaq.
Azərbaycan xalqı Qarabağ üçün həmişə qan verib, can verib, bir addım geri çəkilməyib. Bu gün də ordumuz rəşadətlə döyüşür.
Serj Sərkisyanın belindən gələn ciqaryanlar, motivasyanlar isə əsla tolerant və kosmopolit ola bilməz. Onlar xalqımızın qanına susamış, Xocalıda körpələrin gözünü çıxarmış melkonyanların nəslidir.
Sonda qeyd edək ki, fransalı vəkil Oliviyer Perdo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib.
Petisiyada deyilir: “Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir”.
BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda qoşunların təmas xəttində toqquşmaların baş verməsi ilə bağlı son xəbərlərdən narahatlığını bildirib.
Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu Yorkda keçirdiyi mətbuat konfransında məlumat verib.
O, baş katibin ATƏT-in Minsk qrupunun həmsədrlərinin gərginliyin azaldılması və dərinləşməsinin qarşısının alınması istiqamətində səylərini dəstəklədiyini diqqətə çatdırıb.
“BMT-nin baş katibi tərəfləri atəşkəs rejiminə əməl etməyə və münaqişənin tezliklə həllinə nail olmaq üçün substantiv danışıqları bərpa etməyə çağırır”, - S.Düjarrik vurğulayıb.



Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgərlərimiz erməni postunu belə ələ keçirdi - VİDEO

    Əsgərlərimiz erməni postunu belə ələ keçirdi - ...

    4-04-2016, 23:04

  • 
  • MN: Ordumuz şəhid verdi

    MN: Ordumuz şəhid verdi ...

    25-07-2015, 10:59

  • 
  • "Ermənilər buna cəhd etsələr..." - General Rzayev

    "Ermənilər buna cəhd etsələr..." - ...

    5-04-2016, 13:45

  • 
  • Qarabağda bir erməni hərbçi məhv edilib

    Qarabağda bir erməni hərbçi məhv edilib ...

    1-05-2016, 12:08

  • 
  • Qarabağda erməni tankları PARTLADI: ekipaj məhv oldu

    Qarabağda erməni tankları PARTLADI: ekipaj məhv ...

    22-07-2016, 14:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu