Düşmən cəbhədə ağır itki verib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazisində hərbi təlimlər keçirən separatçı rejimin iki tankı minaya düşüb.
gundemxeber.az atv.az-a istinadən bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində ölüb, digər tankın ekipaj üzvləri isə ağır yaralanıb.
Qeyd edək ki, erməni bloggerlər sosial şəbəkələrdə hadisənin videogörüntülərini yayıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?