GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Akif Çovdarovun işçiləri məni və oğlumu tuatacaqlarını dedi”

“Akif Çovdarovun işçiləri məni və oğlumu tuatacaqlarını dedi”

Tarix: 7-03-2017, 19:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 695
“Akif Çovdarovun işçiləri məni və oğlumu tuatacaqlarını dedi”

Arif Həsənov: “MTN zabiti mənə 1 gün vaxt verdi, 400 min manat gətirməyimi tələb etdi”

“MTN əməkdaşları evimə gələndə həyat yoldaşım və 14 yaşlı qızım çox qorxmuşdu”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Arif Həsənov bildirib ki, 1996-ci ildə gəmi təmiri ilə məşğul olan “Techmarine LTD” MMC-ni təsis edib və Səhrab Allahverdiyevi birlikdə işləməyə dəvət edib: “Şirkətdə 50 faiz pay verərək Səhrab Allahverdiyevi özümə müavin təyin etdim”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2013-cü ilin axırlarından şirkətin bağladığı müqavilələr üzrə sənədlərin yoxlanılmasını keçirib: “Səhrab razılığım və xəbəri olmadan şirkət tərəfindən görülmüş işlərə görə külli miqdarda pul vəsaitlərini Estoniya və Latviyada yerləşən banklara offşor şirkətlərin hesablarına köçürdüyünü, göstərilən məbləğdə şirkətə vurulmuş ziyan tam şəkildə ilkin sənədlərlə təsdiq olunduğunu müəyyən etdim. Səhrab Allahverdiyevdən pulları geri qaytararaq dövlətə vergi verilməli olduğumu bildirdib. O, hədə-qorxu gələrək məni və oğlumu tutduracağını dedi”.
“Cinayət əməli barədə məluat verdim”
Arif Həsənov qeyd edib ki, Səhrab Allahverdiyevin hərəkətləri barədə 2014-cü ilin dekabr ayında Qaradağ rayonunda yerləşən “Neftmaşınqayırma” MMC-nın direktoru Asif Bədəlovun məsləhəti ilə MTN-nə müraciət etdim. 2015-ci ilin yanvar ayının əvvələrində Asif mənə telefonla MTN-nin yaxınlığında yerləşən “Sultan” kafesində MTN-nın əməkdaşları ilə birlikdə olduğunu dedi, məni də oraya dəvət etdi. Saat 12-13 radələrində həmin kafeyə gəldim”.
Zərərçəkmiş bildirib ki, Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov adlı MTN-nın əməkdaşları və Asif Bədəlovla görüşüb: “Onlara Səhrabin cinayət əməlləri barədə məlumat verdim. Həmin şəxslər sənədləri təqdim etməli olduğumu bildirdilər. Sonrakı günlərdə 4-5 dəfə həmin kafedə həmin şəxslərə a görüşdüm. Onlara sənədləri və şikayət ərizəsini təqdim etdim”.
“MTN zabiti mənə 1 gün vaxt verdi”
Arif Həsənovun sözlərinə görə, yanvar ayının ortalarında Fizuli ilə “Sultan” kafesində görüşüb: “Füzuli bütün günah məndə olduğunu, məni və oğlumu tutacaqlarını dedi. MTN zabiti mənə 1 gün vaxt verdi, 400 min manat gətirməyimi tələb etdi. Səhəri gün axşam vaxtında “Techmarine LTD” MMC-nin ofisinə Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov, kompyuter mütəxəssisi Hacıağa adlı əməkdaş, Akif Çovdarovun idarəsinin əməkdaşı Akif Əliyev və digər tanımadığım MTN əməkdaşları daxil oldu. Fizuli Əliyevin göstərişi ilə Hacıağa ofisdə olan kompyuterləri serverdən açaraq, baş mühasibin kompyuterini götürdü, digər kompyuterlərdə olan bütün məlumatları köçürdü. Digərləri isə ofisdlə axtarış aparmaqla MMC-nın çek kitabçasını və digər maliyyə sənədlərini götürdü. Həmçinin Hacıağa Fizuli Əliyevin göstərişi ilə ofisdə quraşdırılmış müşahidə kamerasını və kameranın serverıni açdı”.
“Mənə mənəvi təziyiq göstərildi”
Zərərçəkmişin ifadəsinə görə, sonra onu, oğlunu, Səhrab Allahverdiyevi, iş icraçısı Əlizamin Rzayevi, texnoloq Ramin Əkbərovu MTN-ə aparıblar: “MTN-nın buraxılış-nəzarət məntəqəsinin 2-ci mərtəbəsində məni saat 02 radələrinə kimi, işçilərimi isə saat 23 radələrinə saxladılar. Fizuli Əliyev mənə oğlumun həbs ediləcəyi ilə hədə-qorxu gələrək kulli miqdarda pul tələb etdi. Fizuli Əliyev mənimlə söhbət etdikdən sonra, Natiq Alıyev, Zaur Məmmədov, Akif Əliyev söhbəti davam etdi. Mənə çox böyük mənəvi təziyiq göstərildi. Həmin gün saxlanıldığım otaqdan buraxılmamışam, məcbur olaraq qorxduğumdan evdə olan şəxsi vəsaitimdən Fizuli Əliyev istədiyi 400.000 manat pulu götürdüm və təxminən 16 yanvar tarixində “Sultan” kafesində ona verdim. Pulu verdiyim zaman Fizuli bankda nə qədər pulum olduğunu soruşdu. Ona Beynəlxalq Bankın Qaradağ filialında 100.000 manat mənim, “Azəriqazbank”da da arvadım Məhsirə Həsənovanın 100.000 ABŞ dolları depozit hesablarında olduğunu bildirdim. Daha sonra Fizuli Əliyev dedi ki, gözlə burda, gələcəklər onlarla danışarsan. Sonra Fizuli getdi”.
“Oğluma 5 il iş verəcəklərini bildirdi”
Arif Həsənov bildirib ki, 15-20 dəqiqədən sonra Akif Əliyev gələrək bankdan pulları çıxarmasını və ona verməsini tələb edib: “Buna etiraz etdim. Lakin Akif Əliyev səhəri gün oğlum Həsənlə birlikdə MTN-ə gəlməyimi tapşırdı. Səhəri gün saat 09 radələrində oğlum ilə birlikdə nazirliyə gəldim. Bizi nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsində Fizuli, Akif, Zaur, Natiq və Səhrab olan otağa gətirdilər. Səhrab MTN-nin əməkdaşlarına evimdə kameralar quraşdırıldığını dedi. Fizuli və Akif buna görə oğluma 5 il iş verəcəklərini bildirdi. Akif Əliyev bizi yanvar ayının 22-ə qədər hər gün nazirliyə çağıraraq pul tələb etdi. Həmçinin şirkətin balansında olan ofisi və əlavə olaraq 130.000 manatı Səhraba verməyi tələb etdi. Bununla
əlaqədar yanvarın 24-də “Azərbaycan İnternational Consalting Company” şirkətinə gəlməyimi tapşırdı”.
“İşləməyiməzə imkan vermədilər”
Arif Həsənovun sözlərinə görə, yanvarın 23-də məcbur olaraq hər iki bankdan 100.000 manat və 100.000 ABŞ dolları məlbəğində pulları çıxarıb: “Həmin vəsaiti saat 15 radələrində “Sultan” kafesinin yanında Akifə verdim. Yanvarın 24-də Akif dediyi şirkətə getdim. Səhrab və Natiq Alıyevin orada olduğunu gördüm. Şirkətin müdiri Natiq Abdullayevin iştirakı və diktəsi ilə “Techmarine LTD” MMC-nın ofisinin Səhrabin adına keçməsi və güya 130.000 manat borcunun ödənilməsinə dair müqavilə tərtib olundu. Bu əməliyyatların notariat qaydasında təsdiq edilməsindən ötrü Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində fəaliyyət göstərən dövlət notariusu çağırıldı. Lakin bundan sonra da Akif Əliyev və Fizuli Əliyev mənə MMC-nin əsas fəaliyyəti ilə məşgul olmağa imkan vermədi, müxtəlif gəmilərin təmir işlərini həyata keçirilməsi ilə bağlı müqavilə bağladığım zaman sonuncular sifarişçini MTN-ə dəvət etməklə rəhbərlik etdiyim şirkətlə əməkdaşlığa son qoymasını tələb etdi. Bizə verilməli sifarişlər Səhrab Allahverdiyevin “Delta ASM” şirkətinə verildi”.
“Atamı MTN-ə apardılar”
Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən “Techmarine LTD” MMC-nın baş texniki menecerı Həsən Həsənov bildirib ki, atası Arif Həsənov 2015-ci ilin yanvar ayında saat 18 radələrində zəng vurmaqla şirkətin ofisinə MTN-nin əməkdaşları gəlmələrini barədə məlumat verib: “Bu səbəbdən məndə şirkətin ofisinə gəldim. 5-10 dəqiqədən sonra ofisə əvvəllər tanımadığım Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və daha bir-iki MTN işçiləri daxil oldu. Fizuli Əliyev kompyuter mütəxəssisi Hacıağaya kompyuterlərdə olan bütün məlumatları fləş-karta köçürmək barədə göstəriş verdi.
MTN-nin əməkdaşları ofisdə olduğu 2 saat ərzində maliyyə və təsərrüfat sənədlərinə baxdım. Baş mühasibin xidməti otağından bir neçə maliyyə sənədini, ofisdə quraşdırılmış videokameranın sistem blokunu götürdü. Atamı, Səhrab Əlləhverdiyevi, İndira Bədəlovanı, Ramin Əkbərovu və Əlizamin Rzayevi MTN-ə apardılar. Saat 24 radələrində onları buraxdılar”.
“MTN əməkdaşları evimə basqın etdi”
Zərərçəkmişin sözlərinə görə, bundan sonra Fizuli Əliyevin göstərişi ilə 6-7 gün ərzində atam ilə MTN-ə səhər gəlirdik: “Hər gün MTN-də saat 21-22 radələrinə kimi qalmışıq. Atam ilə dəfələrlə Fizuli Əliyev və Akif Əliyev söhbət etmişik. Mənimlə digər işçilər müəyyən söhbətlər apararaq şirkətin fəaliyyəti barədə ətraflı məlumat almağa çalışıb. Lakin söhbətlərin nəticələri heç vaxt sənədləşdirilməyib. Bir neçə gündən sonra MTN-də olduğumuz zaman Səhrab Allahverdiyevin təklifi ilə MTN-nin əməkdaşları yaşadığım ünvana gəldi və qanunsuz axtarış apararaq evimdə quraşdırılmış videokameraları götürdülər”.
Zərərçəkmiş qeyd edib ki, MTN işçisi evində olan bütün kameraları sındırıblar və DVR qurğusunu sökərək, özləri ilə aparıblar: “Halbuki, həmin qurğu çoxdan işləmirdi. Bundan başqa evdəki bütün diskləri, yaddaş kartlarını, hətta içərisində ailə fotoşəkillərinin olduğu kartları da paketə toplayaraq MTN-ə apardılar. Həmin vaxt həyat yoldaşım və 14 yaşlı qızım çox qorxmuşdu, özüm bir müddət sonra insult keçirmişdim”.
Həmçinin bu epizod üzrə “Techmarine LTD” MMC-nin iş icraçısı Əlizamin Rzayev zərərçəkmiş qismində ifadə verib. O, bildirib ki, 2015-ci ilin yanvar ayında şirkətin müdiri Arif Həsənov ona zəng vurub və MTN tərəfindən şirkətdə yoxlama aparılmasını bildirib: “Saat 19 radələrində ofisə gələrkən orada MTN-nın 4-5 əməkdaşlarını gördüm. Onların şirkətin mühasibat və maliyyə sənədlərini götürdülər. Onları böyük
çantalara qoydular. Həmçinin şirkətin kompyuterlərindən noutbuk tipli kompyuteri götürdülər. Bundan sonra Arif Həsənovu, müdir müavini Səhrab Allahverdiyevi, şirkətin baş mühasibi Mətanət Allahverdiyevanı və mühasib İndira Bədəlovanı MTN-nın binasına aparıldılar. Həmçinin MTN əməkdaşlarının göstərişi ilə mən və şirkətin mühəndisi Ramin Əkbərov nazirliyə gəldik. Nazirliyin binasının 2-ci mərtəbəsində Arif Həsənovu və Səhrab Allahverdiyevi gördük. Yarım saatdan sonra Akif Əliyev və Fizuli Əliyev məni otağa çağırdılar. Onlar gəmi təmiri ilə bağlı mənə suallar verdilər. Lakin mənim onların suallarına verdiyim cavabları qeyd edilmədi. Orada məni saat 23 radələrinə kimi saxladıəlar. Məni və Ramil Əkbərovu saat 23 radələrində buraxdılar. Həmin vaxt Arif Həsənov və Səhrab Allahverdiyevin orada qaldılar”.
Bu epizod üzrə “Techmarine LTD” MMC-nin təchizatçısı Elşən Nəcəfov da zərərçəkmiş şəxs qismində tanınıb. O, bildirib ki, 2015-ci ilin yanvar ayında saat 19.30 radələrində Arif Həsənov ona zəng vurub və ofisə çağırıb: “Mən də ofisə gəldikdə orada MTN-nın əməkdaşlarını gördüm. Həmin şəxslər şirkətin işçiləri Mətanət Allahverdiyevanı, İndira Bədəlovanı, Ramin Əkbərovu, Əlizamin Rzayevi, Səhrab Allahverdiyevi apardılar. Mən isə öz avtomaşınım ilə Arif Həsənovu MTN-nın binasının yaxınlığına gətirdim”.
“MTN-nin problemlər yaratdığını bildirdi”
Elşən Nəcəfov qeyd edib ki, yanvarın 20-də MTN-dən tanımadığı şəxs zəng vurmaqla onu nazirliyə çağırıb: “MTN-nın nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsində Fizuli Əliyev, Akitf Əliyev, Natiq Alıyev və bir nəfər tanımadığım bir şəxs olan otaqda Fizuli Əliyev şirkətinin fəaliyyətinə dair bir nəçə sual verdi. Sonra Natiq Alıyevə mənimlə birlikdə “Techmarin LTD” MMC-nın ofisinə gedərək kompyuterimdən bütün məlumatları götürmək göstərişi verildi. Natiq Alıyevin avtomaşını ilə ofisə gəldik. Onun yanında olan kompyuter
mütəxəssisi öz fləş-kartına kompyuterində olan məlumatları götürdü. Sonra məni buraxaraq səhəri gün MTN-ə gəlməyimi tələb etdi. Əvvəlki qaydada 2-ci mərtəbədə Fizuli Əliyev, Akif Əliyev və daha bir neçə əməkdaş olan otağa çağırıldım. Orada həmçinin Səhrab Allahverdiyevi gördüm. Fizuli Əliyev yenidən şirkətin fəaliyyətinə dair suallar verdi, orada olduğum zaman Həsən Həsənovun evindən videokameranın çıxarılması barədə göstəriş verilməsini eşitdim. Təxminən 3-4 saat qaldıqdan sonra Fizuli Əliyev məni buraxdı. 20 və 21 yanvar 2015-ci il tarixlərdə MTN-də olduğum zaman orada Arif Həsənovu və sonuncunun oğlu Həsəni, şirkətin iş icraçısı Cümşüdü görmüşəm. Bundan sonra MTN-ə Arif Həsənovu təxminən 4-5 dəfə aparıblar. Arif Həsənov şirkətin fəaliyyətinin davam edilməsində MTN tərəfindən müəyyən problemlərin yaradılması barədə bildirib”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun məhkəməsində MTN şefinin adı çəkildi

    Akif Çovdarovun məhkəməsində MTN şefinin adı ...

    18-02-2017, 13:25

  • 
  • Akif Çovdarovun məhkəməsində MTN şefinin adı çəkildi

    Akif Çovdarovun məhkəməsində MTN şefinin adı ...

    18-02-2017, 13:25

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu