Təqsirləndirilən: “Çovdarovun məndən pulu Eldar Mahmudova məxsus olan şirkətinə olan borcuma görə tələb edib”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Prosesdə “BakTel” şirkətinin keçmiş rəhbəri Zaur İbrahimovun ərizəsi üzrə baxılan epizod çərçivəsində şahid Xəyal Şərifzadə verib.
Məlumat üçün bildirək ki, zərərçəkmiş Zaur İbrahimov təqsirləndirilən Akif Çovdarovun ondan 525 min dollar aldığını
deyib. Həmin pul “BakTel”in bir əməkdaşının keçmiş MTN şefi Eldar Mahmudova məxsus olduğu bildirilən “AyTel” şirkətinə olan borcuna görə tələb olunub.
Xəyal Şərifzadə bildirib ki, Zaur İbrahimov 1994-cü ildən tanıyır və aralarında dostluq münasibətləri var: “Zaurla həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat-uçotu və audit fakultəsində 1994-1998-ci illərdə biryerdə təhsil almışıq. 2009-cu ilin yay aylarında Zaur İbrahimov mobil telefon nömrəmə hazırda xatırlamadığım mobil telefon nömrəsindən zəng edib. Telefon nömrəsini xatırlamadığıma görə səbəb var. Çünki həmin vaxtlarda Zaur ibrahimovun istifadəsində bir neçə mobil telefon nömrəsi olub. Həmin vaxt Zaur telefonda mənimlə görüşmək istədiyini dedi”.
Şahidin sözlərinə görə, görüşmək barədə razılıq verdikdən sonra Zaur İbrahimov həmin vaxt Bakı şəhəri, Hüseynqulu Sarabski küçəsi 657 ünvanda yerləşən “Qarant Holdinq”də işlədiyi yerə gəlib: “Zaur İbrahimov mənə hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı probleminin olduğunu bildirdi. Ondan həmin nazirliyin əməkdaşına vermək üçün borca 30.000 manat pul istədi. Zaur İbrahimov dostum olduğu üçün 30.000 manat borc pul verdim. Lakin problemin nədən ibarət olduğunu, sonuncudan nə qədər pul istənildiyini və nazirliyin hansı işçisinə həmin pulu verəcəyini soruşmamışam. Zaur İbrahimov bu barədə ona hər hansı məlumat verməyib. Hazırda da Zaur İbrahimovun mənə 30.000 manat borcu qalıb. Lakin aramızda dostluq münasibətləri olduğu üçün və Zaurun hazırkı maliyyə vəziyyətini nəzərə alaraq o, Zaur İbrahimova borcunu maliyyə vəziyyəti yaxşılaşdıqdan sonra qaytarmasını demişəm”.
Daha sonra Akif Çovdarov çıxış edib. O, səhhətinin ağır olduğunu deyib. Qeyd edib ki, həbsdə olan, hazırda istintaq ı davam edən
MTN-nin əks-kəşfiyyat şöbəsinin rəisi Mirəziz Əsgərov insult və ağır ürək çatışmazlığından əziyyət çəkdiyi üçün fevralın 14-də, gecə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssiəsinə aparılıb.
Akif Çovdarovun sözlərinə görə, Mirəziz dəfələrlə müayinə və müalicə tələb etdiyi halda ona heç bir ixtisaslı həkim-koordioloq tərəfindən yardım göstərilməyib.
Təqsirləndirilən bildirib ki, təcridxanada özünü asan İlqar Əliyev də belə gedib: “Indi Mirəziz Əsgərov belə vəziyyətdədir, daha sonra növbə məndədir. Mənimdə vəziyyətim Mirəziz Əsgərovla eyni durumdadır. Xəstəlikdən çox əziyyət çəkirəm”.
Akif Çovdarov bir sıra mesajlar göndərib, həmçinin deyib ki, danışmağa başlayacaq, onu susmaqla hədləyirlər, öldürmək istəyirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?