GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ölkənin siyasi rəhbərliyinə şok müraciət

Ölkənin siyasi rəhbərliyinə şok müraciət

Tarix: 26-03-2017, 22:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 839
Ölkənin siyasi rəhbərliyinə şok müraciət

Məmurların korrupsiya əməllərinin qurbanına çevrilmiş bir qrup vətəndaşlar tərəfindən
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənablarına və
Azərbaycan Respublikasının I Vitse-prezidenti
I Xanım Mehriban Əliyevaya
“Gündəm Xəbər” qəzeti vasitəsi ilə A Ç I Q M Ə K T U B ünvanlanmasını xahiş ediblər. Həmin müraciəti olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:
Hörmətli İlham Əliyev Cənabları və I Xanım Mehriban Əliyeva!
Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə həyata keçirilən mütəşəkkil korrupsiya və dələduzluq nəticəsində sosial vəziyyətləri çətin olan (kasıb) ailələrə mənzil verilməsi adı ilə Respublikanın müxtəlif bölgələrindən 160-a yaxın sosial vəziyyətləri çətin olan ailənin (yəni bizlərin) 8 (səkkiz) milyon manat məbləğində pulları mənimsənilmişdir. Bu günə qədər pullarımızın qaytarılmasından imtina edilir və bununla bağlı:
• hakimiyyətdə təmsil olunan məmurlar şəbəkə halında birləşərək korrupsiya və məmur dələduzluğunu inkar edirlər;
• prokurorluq bu faktlar üzrə araşdırma aparmır;
• polis korrupsiya qurbanlarını təhdid edir, korrupsioner və dələduz məmurları qoruyur;
• korrupsioner və dələduz məmurlar korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırır;
• korrupsiya «qanun», korrupsioner «ədalətli» hökmdardır;
• korrupsiya qurbanları acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulur, intihar vəziyyətinə çatdırılır və s. korrupsionerlərin naminə həyatla vidalaşır.
Sual: Budurmu, canımız, qanımız bahasına qoruduğumuz AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ?
QANUNUN ALİLİYİNİN və ƏDALƏTİN bərpa olunması barədə cavab gözləyirik.

Bu mütəşəkkil korrupsiya və dələduzluq “PİRAMİDA” formasında təşkil olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Az.GƏC-in sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları və s. olmuşlar. Sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün isə “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilmişdir. Məzahir Nəsibovun da bu məsələ üzrə maklerləri olmuşdur.
Bu şəxslər sosial vəziyyətləri çətin olan ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi” adı ilə aşağıda göstərilən tələblər çərçivəsində Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət etmişlər.
Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləmiş olmuşdur.
Beləliklə, Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus ərazidə - F.Yusifov küçəsi, 40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsindən bazarla müqayisədə ucuz qiymətlərə mənzil verilməsi adı ilə binanın inşasına başlanan tarixdən 20.02.2016-cı il tarixinədək olan dövrdə Respublikanın müxtəlif regionlarında yaşayan 160 nəfər civarında kasıb ailədən (yəni bizlərdən) onlar tərəfindən müəyyənləşdirilmiş tələblər çərçivəsində təqribən 8 (səkkiz) milyon manat məbləğində pul aldılar (bizlərdən alınan pulların sənədləri mənzilin sənədi ilə birlikdə verilməli idi) və bizlərə, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən AGƏC-yə məxsus yataqxanaya qeydiyyata alınmaqla mənzil növbəsinə götürülməyimiz barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının surətini və yeni şəxsiyyət vəsiqəsi verdilər. Bu dövlət sənədləri “işıq sürətilə” – 1- 5 gün ərzində hazırlanırdı. Bəzi hallarda pul ödənişinin “sığortası” məqsədi ilə pul verənlə birbaşa pulu alan “makler” arasında borc müqaviləsi də mövcud olmuşdur.
Sonradan bizə məlum olmuşdur ki, əksəriyyəti bizim kimi sosial vəziyyətləri çətin olan insanların 8 (səkkiz) milyon manat məbləğində pullarının mənimsənilməsi üçün Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-in prezidenti Səmyar Abdullayevin təşkilatçılığı və birbaşa icraçılığı ilə müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən dövlət qulluğu vəzifələrindən sui-istifadə edilərək Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla saxta dövlət sənədləri hazırlanmış və bizlər qanunsuz olaraq, qeydiyyata və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə sağlam insanlar olduğumuz halda əlil kimi mənzil növbəsinə götürülmüşük. Belə ki:
aşkarlanan qanunsuzluqlar
• respublikanın müxtəlif regionlarından olan 160-a yaxın gözdən əlil olmayan ailə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, hətta Az.GƏC-in yataqxanasının yaşayış sahəsinin imkan verməməsinə baxmayaraq yataqxanaya qeydiyyata alınmışdır;
• 160-a yaxın əlil olmayan hər bir şəxsin mənzil növbəliliyinə götürülməsi üçün Az.GƏC tərəfindən forma №2 arayışlar tərtib təqdim olunmuşdur;
• kütləvi olaraq bizlərin mənzil növbəliliyinə götürülməyimiz barədə nəinki tələb olunan sənədlər, hətta ərizəmiz olmadan, yalnız şəxsiyyət vəsiqəsi əsasında sərəncamlar verilmişdir;
• bizlərin ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimiz barədə verilmış sərəncamlarla onun əsaslarını təşkil edən sənədlər arasında ziddiyyətlər mövcud olmuşdur;
 sərəncamlarda ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməyimizə baxmayaraq, sonradan sərəncamların əsası kimi sənədlər imtiyazlı mənzil növbəsi üçün hazırlanmışdır;
 ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülən vətəndaşlardan 7 il daimi qeydiyyat müddəti tələb olunduğu halda, sərəncamlarda bu müddət nəzərə alınmamışdır. Bu baxımdan qanunvericilikdə müddət nəzərə alınmamaqla mənzil növbəsinə götürülməsi imtiyazlı vətəndaşlara (o cümlədən əlillərə) şamil olunur (faktiki müddət 1-5 gün olmuşdur);
• bizlərin mənzil növbəliliyinə götürülməyimiz barədə verilmiş qanunsuz sərəncamlardan sonrakı tarixlərdə məmurların özləri tərəfindən sərəncamların əsası kimi kütləvi olaraq saxta sənədlər hazırlanmışdır:
 əlil olmayan 160-a yaxın hər bir şəxs ev növbəsi üçün məmurların özləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla hazırlanan sənədlərdə qanunsuz olaraq müxtəlif formalarda əlil kimi gösərilmişdir. Məsələn, nümunə kimi göstərilən Nərimanov RİH başçısı Abdin Fərzəliyevin müraciətinə (06.12.2012-ci il tarixli 1/1189 saylı məktub) Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılıq məktubundan (27.12.2012-ci il tarixli 7-6093/7 saylı məktub) nümunə:
 Məmmədov Kamran Valeh oğlu (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;
 Abdulrəhimova Zəmanə Sabir qızı (saxta əlil) – II qrup Qarabağ müharibəsi əlili;
 Yusifov Nəbi Məmməd oğlu (saxta əlil) – III qrup gözdən əlil;
 Yusifova Şahnaz Qənbər qızı (saxta əlil) – III qrup gözdən əlil;
 Hacıyeva Dürdanə Sərdar qızı (saxta əlil) – III qrup gözdən əlil;
 Abdullayeva Şövkət Sərhadağa qızı (saxta əlil) – III qrup gözdən əlil;
 Quliyeva Ürfət Əhəd qızı (saxta əlil) – III qrup gözdən əlil;
 Nağıyeva Sevil Məsim qızı (saxta əlil) – III qrup gözdən əlil;
 Müseyibli Rəşad Əlixan oğlu (saxta əlil) – III qrup gözdən əlil;
 Əliyev Seyid Rüstəm Mirsalam oğlu (saxta əlil) – III qrup gözdən əlil;
 Məsimov Cavanşir Həsən oğlu (saxta əlil) – III qrup gözdən əlil və s..
 mənzil növbəsinə götürülmək barədə sərəncamlar mənzil növbəsinə götürülmək barədə Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubundan əvvəl verilmişdir. Məsələn, Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu 27.12.2012-ci il tarixdə olduğu halda (bax: Qoşma 2, faktları nümunə kimi bir məktub üzrə göstəririk) aşağıdakı sərəncamlar ondan əvvəlki tarixlərdə verilmişdir:
 Məmmədov Kamran Valeh oğlu barədə 04.10.2012-ci il tarixdə;
 Abdulrəhimova Zəmanə Sabir qızı barədə 23.10.2012-ci il tarixdə;
 Yusifov Nəbi Məmməd oğlu barədə 07.11.2012-ci il tarixdə;
 Yusifova Şahnaz Qənbər qızı barədə 07.11.2012-ci il tarixdə;
 Hacıyeva Dürdanə Sərdar qızı barədə 07.11.2012-ci il tarixdə;
 Abdullayeva Şövkət Sərhadağa qızı barədə 06.12.2012-ci il tarixdə;
 Nağıyeva Sevil Məsim qızı barədə 24.12.2012-ci il tarixdə;
 Müseyibli Rəşad Əlixan oğlu barədə 06.12.2012-ci il tarixdə;
 Əliyev Seyid Rüstəm Mirsalam oğlu barədə 16.12.2012-ci il tarixdə;
 Məsimov Cavanşir Həsən oğlu barədə 27.11.2012-ci il tarixdə;
 Əliyev İlqar Kərəm oğlu barədə 06.12.2012-ci il tarixdə və s..
 sərəncamlar 2012-ci ildən etibarən verilməsinə baxmayaraq, mənzil növbəsinə götürülən şəxslərin adına mənzil və yaxud mənzil tikintisi üçün torpaq sahəsinin olmaması barədə arayışlar 2015-ci ilin payızında təqdim olunmuşdur, bəzi hallarda isə təqdim olunmamışdır və s..
• korrupsiya əməlləri aşkarlandıqdan sonra Abdin Fərzəliyev özünün və korrupsiyanın gücünün nümayiş etdirmək üçün bizə məlumat verilmədən və əvvəlki qeydiyyatlarımız bərpa olunmadan Az.GƏC-in yataqxanasından vətəndaşlıq qeydiyyatlarımızı ləğv etdirmişdir və s.
Bununla da bizlərə təqdim olunmuş şəxsiyyət vəsiqələri və sərəncamlar yalnız və yalnız bizim kimi imkansız şəxslərin pullarına sahib olmaq məqsədi daşımışdır.
Bu cinayətkar dövlət məmurlarının bizlərə qarşı mütəşəkkil korrupsiya və dələduzluq halları tərəfimizdən aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi üçün bizlər barəsində hazırlanmış bütün sənədləri, o cümlədən vətəndaşlıq qeydiyyatlarımızı ləğv etmiş, ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan "işbaz"ları Məzahir Nəsibovu təzyiq nəticəsində Almaniyada səfil həyatı yaşamağa məcbur etmişlər, Azəbaycandakı mülkiyyətlərini qanunsuz olaraq zəbt etdirmişlər (məqsəd: şahidi yox etmək).
Hal-hazırda Nərimanov RİH-in başçısı Abidin Fərzəliyev və Az.GƏC-in sədri Səmyar Abdullayev ideoloqu, təşkilatçısı və birbaşa icraçısı olduqları mütəşəkkil korrupsiya və dələduzluq əməllərini, özlərinin "işbaz"ı Məzahir Nəsibovun üzərinə yönəltməklə bizdən mənimsədikləri külli miqdarda pullarımıza tam sahib olmaq məqsədilə Məzahir Nəsibovun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin dələduzluq maddəsi ilə cinayət işi açdırmışlar.
Baş vermiş cinayətə müvafiq cinayət işinin açılmadığı barədə çoxlu sayda yazılı və şifahi müraciətlərimizə baxılmır, hətta dələduzluq maddəsi ilə açılmış cinayət işi üzrə də heç bir iş aparılmır. Baş prokurorluq isə bizim və bizim müraciətlərimizlə bağlı səlahiyyətli dövlət orqanlarının müraciətlərinə nəinki göz yumur, hətta Nərimanov rayon prokurorluğunun və RPİ-in qeyri obyektivliyini və fəaliyyətsizliyini müdafiə etməklə adı çəkilən korrupsiya əməlinə və korrupsionerlərin fəaliyyətlərinə rəvac verir.
Bu qeyd olunanlarla əlaqədar sual olunur:
 dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi və sonradan bu sənədlərin özləri tərəfindən ləğv edilməsi dövlət məmurlarının qanunsuz və saxtakarlığını bir daha təsdiq etmirmi?
 dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil bizim pullarımızın mənimsənilməsi, yəni korrupsiya amili deyilmi?
 bütün yuxarıda göstərilən bu və ya bu kimi faktlar 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat pula tam sahib olmaq məqsədi daşımırmı?
Bu baxımdan hesab edirik ki, yuxarıda göstərilənlərə hər hansı məmur səviyyəsində yox, səlahiyyətli hüquq mühafizə orqanı tərəfindən qanuni, obyektiv qiymət verilməlidir.
Hal-hazırda evlərini, torpaqlarını satıb, banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istərkən Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-nin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmiş bizim ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında, kirayələrdə yaşayır, acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulmuş, intihar vəziyyətlərinə çatdırılmış, XXI əsrdə hüquqsuz və müdafiəsiz insanlara çevrilmişik. Hətta öz dövlətimizdə vətəndaşlıq qeydiyyatımızı da ləğv etdikləri üçün öz dövlətimizdə diri ikən səsvermə hüququndan, öləriksə dəfn olunmaqdan məhrum olmuşuq.
Bu göstərilənlər barədə 500-dən çox Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin rəhbərliyinə və onun müvafiq struktur bölmələrinə, deputat blokunun hər bir üzvünə, ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarının rəhbərlərinə və onların müvafiq struktur bölmələrinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), olan müraciətlərimizə, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasinda müxtəlif qəbullarda (dəfələrlə), Bakı şəhər İcra Hakimiyyəyinin Başçısının və Prokurorunun qəbullarında, Nərimanov rayon İcra Hakimiyyəyində, prokuror və polis idarələrində (dəfələrlə) olmağımıza, Prezident Administrasiyasının, Baş prokurorluğun və Milli Məslisin qarşısında keçirdiyimiz qısamüddətli mədəni piketlərə, 30-a qədər internet TV-lərdə, saytlarda və qəzedlərdə işıqlandırmağımıza baxmayaraq, hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx əlaqələri olduğu üçün bu günə qədər heç bir tədbir görülməmişdir. Əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən məmurlara yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan bizim kimi insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur, bizlərə qarşı isə şər-böhtan kompaniyası təşkil olunur.
Belə davam edərsə, biz ən azı hüquqlarımızın bərpası, o cümlədən korrupsiyanın bizi saldığı səfil həyatından qurtarmaq üçün Azərbaycanda peşəkar və mütəşəkkil formada korrupsiyalaşmış dövlət məmurlarına qarşı daha geniş məfhumda və miqyasda xarici ölkələrdə etirazımızı davam etdirmək məcburiyyətindəyik.
Hörmətli İlham Əliyev Cənabları və I Xanım Mehriban Əliyeva! Hal-hazırda bütün bu ortalıqda qalan ailələrin Sizlərə inamı və böyük ehtiyacı var. Sizdən xahiş edirik ki, dövlət məmurlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri, bu cür qanunsuz hərəkətlərin ört-basdır edilməsində bir-birlərinə yardım edən, şəbəkə halında korrupsiyalaşmış dövlət məmurları barədə tədbir görəsiniz, bizim hüquqlarımızın bərpasına və bizə vurulmuş zərərin ödənilməsinə köməklik göstərəsiniz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

    Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri ...

    2-03-2017, 14:58

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    24-12-2015, 15:24

  • 
  • Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır

    Nərimanovda vəzifə sahiblərinin fırıldaq ...

    2-03-2017, 15:49

  • 
  • Abdin Fərzəliyevin səkkiz milyonluq “haqq-hesab”ının müəmmalı taleyi

    Abdin Fərzəliyevin səkkiz milyonluq ...

    13-03-2017, 23:09

  • 
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu