GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

Tarix: 2-03-2017, 14:58 Bölmə :Ölkə Baxış: 1 648
Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

Sosial vəziyyətləri çətin durumda olan insanlardan pulların alınması üçün, ilk öncə “işbaz” olaraq Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilir

2005-ci ilin dekabr ayından Abdin Fərzəliyevin icra başçısı olduğu Nərimanov rayonunda yaşanan və həddi-hüdudu bilinməyən çoxsaylı problemlərin varlığı, təkcə bu gün deyil, hələ ötən illər ərzində də müzakirə olunan məsələlər olub. Problemin əmələ gəlməsinə müəyyən hallarda həyata keçirilən yarıtmaz idarəçilik səbəb olubsa, əksər hallarda isə, rəhbərliyin ayrı-ayrı vəzifə sahibləri ilə qurduğu işbirliyi və qol qoyduğu çoxsaylı qanunsuzluqlar əsas rol oynayıb. Bu gün rayon ərazisində yaşanan və çoxsaylı sakinlərin aldadılması ilə nəticələnən addım da, məhz Abdin Fərzəliyevin və digər vəzifə sahiblərinin adları ilə bağlanan fırıldaq əməlidir. Belə ki, “Gündəm Xəbər”in redaksiyasına üz tutan Mübariz Hacıyev adlı şəxs, təqribən 107 nəfər sakinin imzaladığı müraciəti redaksiyamıza təqdim edərək bildirdi ki, “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyevin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə, müxtəlif təbəqələrdən olan korrupsiyalaşmış dövlət məmurları tərəfindən mütəşəkkil korrupsiya və dələduzluq yolu ilə, respublikanın ayrı-ayrı regionlarından 160-a yaxın sosial vəziyyətləri çətin durumda olan ailələrin (yəni bizlərin) 8 (səkkiz) milyon manat məbləğində pulları mənimsənilmişdir.

Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

Baş verən korrupsiya və dələduzluq “PİRAMİDA” formasında təşkil olunmuş və “PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Az.GƏC-in sədri və GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısı aparatının müvafiq qurumları və s. olmuşlar. Dələduzluq əməllərinə qol qoyanlar sosial vəziyyətləri çətin olan ailələr üzərində korrupsiya və dələduzluq əməllərini həyata keçirmək üçün, “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” və “Sosial vəziyyətləri çətin olan ailələrin mənzillə təmin edilməsi” adı altında, təqribən 160-a yaxın ailəni Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Az.GƏC-nə məxsus yataqxanaya qeydiyyata almış və Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamları ilə, aldadılan şəxslər mənzil növbəsinə də götürmüşlər. Belə bir çirkin əməllərini həyata keçirmək üçün, Nərimanov rayonu ərazisində gözdən əlillərə məxsus ərazidə-F.Yusifov küçəsi-40 ünvanında yeni tikilən 12 mərtəbəli 132 mənzilli binanı alət etmişlər. Bu məqsədlə sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün, ilk öncə “işbaz” olaraq Məzahir Nəsibov adlı şəxs müəyyənləşdirilir və adı çəkilən şəxs də, bu məsələ üzrə onların “makler”ləri olmuşdur. Sonradan məlum olmuşdur ki, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və GƏC-in sədri Səmyar Abdullayevin təşkilatçılığı və birbaşa icraçılığı ilə müxtəlif təbəqələrdən olan dövlət məmurları tərəfindən, dövlət qulluğu vəzifələrindən sui-istifadə edilərək, Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla, saxta dövlət sənədləri hazırlanmış və bizlər qanunsuz olaraq qeydiyyata və Bakı şəhər İcra Hakimiyyətinin başçısı aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə sağlam insanlar olduğumuz halda, əlil kimi mənzil növbəsinə götürülmüşük. Belə ki, ilk öncə onlar qeyd olunan addımlarını atmışlar.

Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA
Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

• Respublikanın müxtəlif regionlarından olan 160-a yaxın sağlam insanlar yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, GƏC-in yataqxanasına qeydiyyata alınmış və yataqxananın yaşayış sahəsinin imkan vermədiyi də nəzərə alınmamışdır.

• Bizim kütləvi olaraq mənzil növbəliliyinə götürülməyimiz barədə nəinki tələb olunan sənədlər, hətta ərizəmiz olmadan belə, yalnız şəxsiyyət vəsiqəsi əsasında sərəncamlar verilmişdir.

• Hər birimiz ümumi növbəlilik siyahısına daxil edilməklə, mənzil növbəsinə götürülməyimiz barədə verilmış sərəncamlarla, onun əsaslarını təşkil edən sənədlər arasında ziddiyyətlər mövcud olmuşdur.

• Sərəncamlarda ümumi növbəlilik siyahısı əsasında mənzil növbəsinə götürülməyimizə baxmayaraq, sonradan sərəncamların əsası kimi sənədlər imtiyazlı mənzil növbəsi üçün hazırlanmışdır.

• Mənzil növbəsi üçün sərəncamlardan sonra məmurların özləri tərəfindən kütləvi olaraq, qeyd olunan sərəncamların əsasını təşkil edən saxta sənədlər hazırlanmışdır.

• Ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülən vətəndaşlardan 7 il daimi qeydiyyat müddəti tələb olunduğu halda, sərəncamlarda həmin müddət nəzərə alınmamışdır. Bu baxımdan qanunvericilikdə müddət nəzərə alınmamaqla mənzil növbəsinə götürülməsi imtiyazlı vətəndaşlara (o cümlədən əlillərə) şamil olunur (faktiki müddət 1-5 gün olmuşdur);

• Əlil olmayan 160-a yaxın hər bir şəxs, məmurlar tərəfindən mənzil növbəsi üçün hazırlanan sənədlərdə qanunsuz olaraq müxtəlif formalarda əlil kimi gösərilmişdir.



• Korrupsiya əməlləri aşkarlandıqdan sonra, Abdin Fərzəliyev özünün və korrupsiyanın gücünü nümayiş etdirmək üçün, bizə heç bir məlumat verilmədən və əvvəlki qeydiyyatlarımız bərpa olunmadan, Az.GƏC-in yataqxanasından vətəndaşlıq qeydiyyatlarımızı ləğv etdirmişdir və s. Bununla da bizlərə təqdim olunmuş şəxsiyyət vəsiqələri və sərəncamlar, yalnız və yalnız bizim kimi imkansız şəxslərin pullarına sahib olmaq məqsədi daşımışdır. Dövlət məmurlarının bizlərə qarşı korrupsiya və dələduzluq halları tərəfimizdən aşkarlanarkən, onlar öz əməllərini ört-basdır etmək, bizlərdən alınmış pullara sahib olmaq məqsədilə, hazırlanmış bütün sənədləri, o cümlədən vətəndaşlıq qeydiyyatlarımızı ləğv etmiş, ev vermək üçün bizlərlə birbaşa pul əlaqəsində olan Nəsibov Məzahir Dursun oğlunu təzyiq edərək, onu Azərbaycan Respublikasını tərk etməyə məcbur etmişlər (məqsəd: şahidi yox etmək).. Hal-hazırda Nərimanov RİH-in başçısı Abidin Fərzəliyevin və Az.GƏC-in sədri Səmyar Abdullayevin ideoloqu, təşkilatçısı və birbaşa icraçısı olduqları mütəşəkkil korrupsiya və dələduzluq əməllərini, onların "işbaz"ı Məzahir Nəsibovun üzərinə yönəltməklə və külli miqdarda pullarımıza tam sahib olmaq məqsədilə, Məzahir Nəsibovun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda CM-nin dələduzluq maddəsi ilə cinayət işi açdırmışlar. Baş vermiş cinayətə müvafiq cinayət işinin açılmadığı barədə çoxlu sayda yazılı və şifahi müraciətlərimizə baxılmır, hətta dələduzluq maddəsi ilə açılmış cinayət işi üzrə də heç bir iş aparılmır. Baş Prokurorluq isə, bizim müraciətlərimizlə bağlı səlahiyyətli dövlət orqanlarının müraciətlərinə nəinki göz yumur, hətta Nərimanov rayon prokurorluğunun və RPİ-in qeyri obyektivliyini, fəaliyyətsizliyini müdafiə etməklə, adı çəkilən korrupsiya əməlinə və korrupsionerlərin fəaliyyətlərinə rəvac verir. Bununla da Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-in sədri Səmyar Abdullayevin təşkilatçılığı ilə həyata keçirilən mütəşəkkil korrupsiya və dələduzluq nəticəsində əlimizdən alınan 8 (səkkiz) milyon manat pulumuzun qaytarılmasından “həyasızcasına” imtina edilir. Baş verənlərlə bağlı ortaya çoxsaylı suallar da çıxır



• Dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə, Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi, sonradan sənədlərin ləğv edilməsi, dövlət məmurlarının qanunsuz və saxtakarlığını təsdiq etmirmi?

• Dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla, qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil, məhz korrupsiya amili deyilmi?



• Yuxarıda qeyd olunan bu və ya digər faktlar 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat pula tam sahib olmaq məqsədi daşımırmı? Bu baxımdan hesab edirik ki, QANUNUN ALİLİYİNİN və ƏDALƏTİN bərpa olunması naminə, yuxarıda göstərilənlərə hər hansı məmur səviyyəsində yox, səlahiyyətli hüquq-mühafizə orqanı tərəfindən qanuni, obyektiv qiymət verilməlidir. Evlərini, torpaqlarını satıb, banklardan kredit götürüb, qohum-əqrabadan borc pul alıb ev sahibi olmaq istəyənlər, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və Az.GƏC-nin sədri Səmyar Abdullayevin mütəşəkkül korrupsiya və dələduzluq əməllərinin qurbanına çevrilmişlər. Aldadılan ailələr acınacaqlı və ağır şəraitlərdə, qohum-əqraba yanında, kirayələrdə yaşayır və XXI əsrdə hüquqsuz, müdafiəsiz insanlara da çevrilmişik. Göstərilənlər barədə 500-dən çox Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin rəhbərliyinə və müvafiq strukturlara, deputatlardan tam əksəriyyətinə, ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarının rəhbərlərinə, onların müvafiq struktur bölmələrinə olan müraciətlərimizə (hətta 02.11.2016-cı il tarixdə Baş prokurorluğun və 15.11.2016-cı il tarixdə Milli Məslisin qarşısında keçirdiyimiz qısamüddətli mədəni piketlərə) baxmayaraq, hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx əlaqələri olduğu üçün, bu günə qədər heç bir tədbir görülməmişdir. Əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən məmurlara, yüksək səviyyəli məmurlar tərəfindən himayədarlıq olunmuş, sosial vəziyyətləri çətin olan insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulmuşdur. Bütün bunlar haqda onu bildiririk ki,

Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

• hakimiyyətdə təmsil olunan məmurlar, korrupsiya və məmur dələduzluğunu inkar edirlər;

• prokurorluq belə bir faktlar üzrə araşdırma aparmır;

• polis korrupsiya qurbanlarını təhdid edir, korrupsioner və dələduz məmurları qoruyur;

• korrupsioner və dələduz məmurlar, korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırır;

• korrupsiya «qanun», korrupsioner «ədalətli» hökmdardır;

• korrupsiya qurbanları acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulur, intihar vəziyyətinə çatdırılır və s. korrupsionerlərin naminə həyatla vidalaşır. Əlavə olaraq, onu da nəzərinizə çatdırırıq ki, korrupsionerlərin hegemonluqlarının, qanunsuzluqlarının, ədalətsizliklərinin və digər halların nəticəsi olaraq, biz digər ölkələrin prezidentlərinə, səfirliklərinə və beynəlxalq qurumlara müraciət etməyə məcbur olduq. Bu belə davam edərsə, biz ən azından hüquqlarımızın bərpası, o cümlədən korrupsiyanın bizi saldığı səfil həyatından qurtarmaq üçün, Azərbaycanda peşəkar və mütəşəkkil formada korrupsiyalaşmış dövlət məmurlarına qarşı, daha geniş məfhumda və miqyasda xarici ölkələrdə etirazımızı davam etdirmək məcburiyyətindəyik. Hal-hazırda ortalıqda qalan ailələrin Sizlərə böyük inamı və ehtiyacı var. Odur ki, yazıb sizdən xahiş edirik ki, dövlət məmurlarının qanunsuz hərəkətlərini, belə bir qanunsuz hərəkətlərin ört-basdır edilməsində, məhz onların bir-birlərinə yardım etmələrini içtimailəşdirəsiniz”. İşıq üzü görən açıqlama təqribən 2012-2013-cü illərdən getgələ salınan, verdikləri pulları hələ də geri qaytarılmayan və bu gün də haqlı mübarizə yolundan dönməyən çoxsaylı sakinlərin müraciətləri əsasında dərc olunub. İnanırıq ki, açıqlamanın dərci aidiyyəti qurumların nəzər-diqqətini problemin varlığına yönəldəcək və həlli istiqamətində müəyyən addımlar da atılacaq. Mövzu olduqca aktuallıq kəsb etdiyindən, növbəti saylarımızda çoxsaylı oxucularımızı, yaşananlarla bağlı daha ətraflı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. “Gündəm Xəbər” olaraq məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən pul yığır

    Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən ...

    3-10-2014, 15:31

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyevin rayonunda qış zülmü

    Abdin Fərzəliyevin rayonunda qış zülmü ...

    20-12-2012, 14:02

  • 
  • Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət axtarışındadır

    Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət ...

    16-11-2015, 13:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu