GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abdin Fərzəliyevin səkkiz milyonluq “haqq-hesab”ının müəmmalı taleyi

Abdin Fərzəliyevin səkkiz milyonluq “haqq-hesab”ının müəmmalı taleyi

Tarix: 13-03-2017, 23:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 599
Abdin Fərzəliyevin səkkiz milyonluq “haqq-hesab”ının müəmmalı taleyi

Amma, adları çəkilən vəzifə sahiblərinin bu cür əməllərə qol qoymaları bir daha onu söyləməyə əsas verir ki, onlar bu gün də ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara açıq-aydın “meydan oxumaq”dadırlar
Son vaxtlar bəzi media qurumlarında gündəmi zəbt edən mövzulardan biri də, 2012-ci ildən 2016-cı ilin fevral ayına qədər olan dövr ərzində Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Az. Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Rasim Quliyevin və adı çəkilən rayonda vaxtilə vəzifə sahibi olan bir neçə şəxsin, hətta heç bir vəzifə sahibi olmayanların əlbir olaraq, təqribən 160 nəfərə yaxın şəxsə mənzil verəcəkləri adı ilə aldatmalarıdır. Yəqin ki, əlaqədar dövlət orqanları ilə bərabər bir çox vəzifə sahibi olan şəxslər, hətta ictimaiyyət nümayəndələri də yaşanan problemin mahiyyəti haqda, bu günədək lazımi məlumatları əldə ediblər. “Gündəm Xəbər” olaraq hələ ötən saylarımızda belə bir mövzuya toxunub, problemin mahiyyətini çoxsaylı oxucularımızın və rəsmi dövlət orqanlarının diqqətinə də çatdırmışdıq. Dərc olunan açıqlamalarda onu da qeyd etmişdik ki, adları hallanan vəzifə sahiblərinin 160 nəfəri müəyyən yollarla aldatmaları və bunun nəticəsi olaraq 8 (səkkiz) milyon pulu ələ keçirmələri, olduqca böyük bir cinayət hadisəsidir. Baxmayaraq ki, ölkə rəhbəri hansı şəxsi rəhbər vəzifəyə təyin edirsə “gedin əhali ilə işləməyi bacarın, sakinlərin problemləri ilə məşğul olun” deyə lazımi tapşırıqlarını da verir. Amma, adları çəkilən vəzifə sahiblərinin bu cür əməllərə qol qoymaları bir daha onu söyləməyə əsas verir ki, onlar bu gün də ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara açıq-aydın “meydan oxumaq”dadırlar.
Bütün bunlara baxmayaraq təkrar bu mövzuya qayıtmağa qərar verdik ki, problemin mahiyyəti haqda məlumatı olmayan hər kəs, baş verənlərdən daha ətraflı xəbərdar ola bilsinlər. Belə ki, 2012-ci ildən başlayaraq Az.GƏC-nin balansında olan ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi-40 ünvanında gözdən əlil olanlara 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisinə başlanılır. Həmin vaxtdan adları hallanan şəxslər “Gözdən əlillərin fiziki cəhətdən sağlam insanlardan təcrid edilməməsi və onların cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi” adı altında, ölkəmizin müxtəlif regionlarından olan 160 nəfərə yaxın sakini aldatmağa başlayırlar. Aldadılan şəxslərə bildirilir ki, “inşa olunacaq binanın 1-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələri gözdən əlillərə, yuxarı mərtəbələri isə, aztəminatlı ailələrə veriləcək”.
Onu da vurğulayaq ki, vəzifə sahibi olanlar əvvəlcə 160 nəfəri əvvəl qeydiyyatda olduqları ünvanlardan qeydiyyatdan çıxarır və rayonun F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Az.GƏC-yə məxsus yataqxanaya verilmiş arayışlar əsasında qeydiyyata alırlar. Hətta sakinlər yataqxanaya qeydiyyata alınarkən, yataqxanadakı otaqların ümumi ölçüsünün nə qədər olmasına belə məhəl qoyulmur. Atılan belə bir addımlardan sonra sakinlərin mənzil növbəliliyinə götürülməkləri barədə nəinki tələb olunan sənədlər, hətta ərizələri belə olmadan, yalnız şəxsiyyət vəsiqəsi əsasında sərəncamlar verilir və və sosial vəziyyətləri ağır olan insanlardan pulların alınması, məhz Məzahir Nəsibov adlı şəxsə həvalə olunur. Belə bir yolla da, ötən illər ərzində sakinlərdən üst-üstə 8 (səkkiz) milyon pul da ala bilirlər.
Daha bir faciə o odur ki, mənzil növbəliliyinə götürülmələri barədə verilmiş qanunsuz sərəncamlardan sonrakı tarixlərdə, məmurlar tərəfindən sərəncamların əsası olaraq kütləvi saxta dövlət sənədləri hazırlanmış, o cümlədən əlil olmayan şəxslər qanunsuz olaraq əlil kimi də göstərilmişlər. Bundan əlavə, sakinlərin mənzil növbələrinə götürülmələri haqda verilmiş sərəncamlarla, onların əsaslarını təşkil edən sənədlər arasında kütləvi uyğunsuzluq halları da olmuşdur. Belə ki, imtiyazı olmayan şəxslər Bakı şəhərində mənzil növbəsinə götürülərkən 7 (yeddi) il daimi qeydiyyat müddəti tələb olunduğu halda, böyük bir cinayətə imza atan şəxslər isə, qanunun belə bir tələbinə heç cür əməl etməmişlər. Yəni, adları hallanan vəzifə sahibləri aldadılan şəxsləri “tezbazar” bir-beş gün müddətində mənzil növbəsinə götürürlər. Belə az müddətdə mənzil növbəsinə götürülmək isə, qanunvericilikdə imtiyazlı vətəndaşlara (o cümlədən əlillərə) şamil olunur. Bu cür qanunsuzluqlara qol qoyanların əməlləri sanki “Piramida” formasında olur və ələ keçirilən “haqq-hesab”ların daha çoxu, məhz “Piramida”nın zirvəsində duran şəxslər tərəfindən ələ keçirilir. Ümumilikdə götürdükdə adları çəkilən vəzifə sahiblərinin belə bir əməllərə qol qoymalarında başlıca məqsəd, məhz külli miqdarda “haqq-hesab”ı ələ keçirmək olub. Baş verənləri təhlil etdikdə isə onu da müəyyən etmək olur ki, bu cür əməl sahibləri böyük bir “korrupsiya cinayəti”nə imza atmışlar və 160 nəfərə yaxın sakini də çıxılmaz duruma salmışlar. Xoşagəlməz hal odur ki, baş verən olaylarla bağlı “Gündəm Xəbər”in ötən saylarında bir neçə dəfə açıqlama dərc edib, aidiyyəti qurumlara müraciətlər etsək də, ötən müddət ərzində hər hansı əsaslı cavab əldə edə bilməmişik. Yalnız bir neçə instansiyadan əldə etdiyimiz cavablar o olub ki, “problemin araşdırılması üçün ünvanladığınız məktub Baş Prokurorluğa göndərilmişdir” deyə cavab verilib. Baş Prokurorluqdan isə, aparılmış və yaxud da aparılması nəzərdə tutulmuş addımlarla bağlı heç bir cavab verilmir.
Digər diqqəti cəlb edən olaylardan biri isə, olmazın duruma salınan şikayətçi sakinlərdən bəzilərinin bir neçə gün bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmaları və onlara adı çəkilən qurumda etinasız yanaşmanın varlığıdır. Belə ki, şikayətçi sakinlər “Gündəm Xəbər”in əməkdaşına bildirirlər ki, “düzdür, bizi BŞBPİ-nə dəvət etdilər, amma lazımınca dinləmədilər. Elə ki, adı çəkilən qurumun səlahiyyətlisi ayaqüstü etdiyimiz söhbət zamanı dəqiqləşdirə bildi ki, şikayətin motivini Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Az. Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsini daşıyan Rasim Quliyevin və adı çəkilən rayonda vaxtilə vəzifə sahibi olan bir neçə nəfər şəxsin, hətta heç bir vəzifə sahibi olmayanların əlbir olaraq 160 nəfərə yaxın sakini aldatmaları durur, o halda həmin şəxsin cavabı o oldu ki, “problemlə bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, indi siz gedin, lazım gələrsə dəvət edəcəyik” deməklə, problemin varlığına bu cür yanaşmasını ortaya qoydu. Biz də çoxdan xəbərdarıq ki, təqribən doqquz ay bundan əvvəl Nərimanov RPİ-də başlanan cinayət işi, sırf baş verən olayla bağlı deyil, yalnız Məzahir Nəsibov adlı şəxsin dələduzluq əməllərinə qol qoyması ilə bağlı açılıb. Hal-hazırda xaricdə yaşayan və bəzi xəbər portallarına canlı açıqlamalarını danışan Məzahir Nəsibov bildirir ki, “bəli, sadalanan olaylar həqiqətdir və mən də vaxtilə oynanılan oyunların oyunçusu olmuşam. Günahım ondadır ki, mən adları hallanan vəzifə sahiblərinin tapşırıqları əsasında hərəkət etmişəm və çoxsaylı imkansız sakinlərdən pulları alıb da, həmin şəxslərə çatdırmışam”. Bu cür açıqlamalar onu söyləməyə əsas verir ki, cinayət işi Məzahir Nəsibovla deyil, əslində onu belə bir yollara təhrik edənlərlə bağlı açılmalıdır”.
Şikayətçi sakinlərin bu cür açıqlamalarını dinlədikcə o qənaətə də gəlirik ki, 160 nəfərə yaxın sakini olmazın dərdə salan vəzifə sahiblər ilə bağlı, artıq əməli addımlar atılmasının zamanı çatıb. Düşündürücü hal odur ki, belə bir addımlar hansısa şəxs və ya şəxslər tərəfindən atılardısa, atılan addımlara müəyyən mənada don da geyindirmək olardı. Amma, Nərimanov rayonuna rəhbərlik edən bir şəxsdən və digər vəzifə sahibi olanlardan bu cür addımların atılması, sanki hər kəsi şoka salacaq addımlardır. Bu gün gəldiyimiz qənaət isə ondan ibarətdir ki, yaşanan olay ictimailəşdikcə aidiyyəti qurumların, xüsusilə də ölkə rəhbəri cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın və digər səlahiyyət sahiblərinin problemlə bağlı yanaşmalarında ümidverici anlar baş verəcək.
Çünki, bir neçə vəzifə sahibinin atdıqları bu cür iyrənc əməllər, nəinki 160 nəfərə yaxın şəxsin içgüzar nüfuzuna, hətta dövlətimizin nüfuzuna da müəyyən mənada xələl gətirən addımlardır.
Onu da vurğulayaq ki, baş verənlərlə bağlı şikayətçi sakinlərin 500-dən çox ərizə və müraciətləri Azərbaycan Respublikasının Prezidentinə, Mehriban xanım Əliyevaya, Milli Məclisinin rəhbərliyinə və onun müvafiq struktur bölmələrinə, deputat blokunun hər bir üzvünə, ali və yüksək səviyyəli müvafiq icra və hüquq-mühafizə orqanlarının rəhbərlərinə, onların müvafiq struktur bölmələrinə, Prezident Administrasiyasının, Baş Prokurorluğun, Milli Məslisin qarşısında keçirdikləri qısamüddətli mədəni piketlərə, Prezident Administrasiyasının müvafiq qurumlarının, Bakı şəhər İcra Hakimiyyəti başçısının qəbullarında olmalarına baxmayaraq, bu gün də hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx əlaqədə olmaları, bu günə qədər acınacaqlı korrupsiya faktı barəsində hər hansı tədbirin görülməsinə imkan verməmişdir. Əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən və yuxarıda adları çəkilən məmurlara yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq olunduğundan, sosial vəziyyətləri ağır olan sakinlərin pullları üzərində baş vermiş mütəşəkkül korrupsiya və dələduzluq əməllərinə göz yumulur, sanki sakinlərə qarşı şər-böhtan kompaniyası da təşkil olunur.
Problemin varlığını diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Nərimanovda vəzifə sahiblərinin fırıldaq əməlləri, ortaya yeni faktlar çıxarır

    Nərimanovda vəzifə sahiblərinin fırıldaq ...

    2-03-2017, 15:49

  • 
  • Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət axtarışındadır

    Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət ...

    16-11-2015, 13:16

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri aşkarlanır - ŞOK İDDİA

    Abdin Fərzəliyevin milyonluq fırıldaq əməlləri ...

    2-03-2017, 14:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu