GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ''Bombardier''in azərbaycanlı partnyoru toyuq və inək saxlayır: milyonları kim qazanıb?

''Bombardier''in azərbaycanlı partnyoru toyuq və inək saxlayır: milyonları kim qazanıb?

Tarix: 27-03-2017, 01:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 601
''Bombardier''in azərbaycanlı partnyoru toyuq və inək saxlayır: milyonları kim qazanıb?

Hardan gəldiyi məlum olmayan “Trans-Siqnal-Rabitə” adlanan Azərbaycan şirkəti böyük bir sövdələşməni udur

İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti ”Bombardier Transportation” Azərbaycanda dövlətin balansında olan dəmir yolu şirkətində siqnal sisteminin quraşdırılması layihəsində 56.8 mln dollar paya sahib olur.
“OCCRP”nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları bu şirkətin sahibinin izinə düşəndə İranla həmsərhəd uzaq kənddə yaşayan kasıb bir elektriklə qarşılaşırlar.
44 yaşlı elektrik Elxan Əliyev Bakıdan 250 kilometr uzaqlıqda, İranla sərhədd kənddə sadə fermer həyatı yaşayır. Bu şəxs kağız üzərində Kanada, İsveç, Rusiyanın tanınmış şirkətləri, eləcə də Azərbaycan məmurları ilə güclü siyasi əlaqələri olan “Trans-Siqnal-Rabitə” MMC-nin sahibidir.
2013-cü ilin əvvəllərində heç bir yerdə adı olmayan “Trans-Siqnal-Rabitə” MMC “Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastrukturu nəhəngi “Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb. Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu.
Bu sövdələşməyə əsasən, “Trans-Siqnal-Rabitə”-nin payı 44 mln AZN (o zamankı məzənnə ilə 56.8 mln dollar) idi. Görüləcək işlərə qatarların yolboyu monitorinqinin aparılmasına şərait yaradan və nəqliyyat nəzarət mərkəzi ilə əlaqəni təmin edəcək fiber-optik kabellərin, siqnal ləvazimatlarının quraşdırılması daxil idi.
Elxan Əliyevin yaşadığı – suyu giriş qapısının çölündəki qaz sobasının üzərində qaynadılan, toyuqların qaqqıldadığı və həyətinin arxasında inəklərin ot yediyi – sadə kəndli evinə baxanda bu rəqəmlərə inanmaq çox çətindir.
Reportyorlar Əliyevin evinə baş çəkəndə anası qapını açır və üzr istəyərək deyir ki, oğlu kənddəki tibb məntəqəsində işdədir.
Əliyev bu şirkətin çoxmilyonluq dollar sövdələşmələri həyata keçirməyindən xəbərsizdir.
“Mənə yaxın olan bir adam məsləhət gördü ki, belə bir şirkəti açım”, o, “OCCRP” ilə qısa telefon danışığında dedi.
“Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm”.
Sövdələşmənin mənbəyi
“Trans-Siqnal-Rabitə” MMC-nin arxasında duran və gəlir əldə edərək varlanan real güc isə gizli saxlanılır. Amma “OCCRP” şirkət haqqında məlumatları nəzərdən keçirəndə məlum olub ki, şirkət “Azərbaycan Dəmir Yolları” QSC-dəki şəxslərlə sıx bağlıdır. Faktiki olaraq, şirkətin “Bombardier”in tenderinə daxil olması Azərbaycan rəsmilərinin təklifi əsasında təşkil olunmuşdu. Mümkündür ki, 340 mln dollarlıq tenderdə 56.8 mln dollarlıq pay “otkat” kimi həmin güclü şəxslərə ötürülüb.
2012-ci ilin dekabrında, nəhəng təklif açıqlanandan bir neçə ay öncə “Bombardier”in Moskva ofisinin baş direktorunun müavini və biznesin inkişaf etdirilməsi şöbəsinin rəhbəri Yevgeni Pavlov “Azərbaycan Dəmir Yolları” QSC-nin menecerləri ilə və qanunun tələblərinə qarşı olsa da, siqnal layihəsi üçün təklif olunacaq qiymətləri dəyərləndirəcək tender komissiyasının nümayəndələri ilə görüşmək üçün Bakıya səfər etmişdi.
Görünən o idi ki, danışıqlar yaxşı keçib. Pavlovun həmkarlarına göndərdiyi elektron məktubda da deyildiyi kimi, onlar “Bombardier Transportation” şirkətinin şərtlərinə əsaslanan tender sənədlərini hazırlamaq üçün razılıq alıblar. Başqa sözlə desək, tender elə təşkil olunacaqdı ki, “Bombardier”in qalibiyyəti təmin olunsun. O yazıb ki, “Bombardier”in Rusiyadakı komandası Azərbaycanın texniki sənədlərini öz qərarlarına uyğunlaşdıracaq. İzah edərək yazıb ki, Azərbaycanın tender tələbləri “Bombardier” tərəfindən yenidən yazılacaq. Bu isə açıq-aşkar qeyri-etik və qeyri-qanuni bir hərəkət idi.
“Bombardier”in daxili sənədlərində də qeyd olunur ki, “son 10 ildə keçmiş sovet ərazisində ən vacib sövdələşmələrdən birini udmağın” qiyməti olub.
Eyniməzmunlu görüşlərdə adı müəyyənləşdirilməyən azərbaycanlı rəsmilər təklif ediblər ki, “Bombardier”in bu layihənin sənədlərini yerli partnyor şirkətlə birlikdə təqdim etməyi mümkündür. Onların seçimi “Trans-Siqnal-Rabitə” MMC-dir, dediklərinə görə, bu məlumatın gizli saxlanılması şərt olub.
Bütün bunlara baxmayaraq, Pavlov qeydlər edib. ““Azərbaycan Dəmir Yolları” kimi tərəfdaşlar bütün bu fəaliyyətlərin gizli saxlanılmasını istəyirlər. Beləliklə də, biz bunu “Bombardier”in daxilində son dərəcə gizli saxlamalıyıq”,- deyə o yazıb.
Pavlov Azərbaycan hakimiyyəti ilə işbirliyinə girib və siqnal layihəsi üçün rüşvət verdiyinə görə iki həftə öncə Stokholmda saxlanılaraq həbs olunub. “Bombardier”in daha iki rəsmisi də polis tərəfindən sorğuya çəkilib.
“Onlar Azərbaycan şirkətlərini müştərək müəssisənin bir hissəsi kimi cəlb etməyə razılıq veriblər. Onlar müqaviləni udmaq üçün (mümkün etmək üçün) xarici işlər üzrə rəsmi şəxslə bir araya gəliblər ”, – İsveçin anti-korrupsiya işləri üzrə prokuroru deyib.
Faktiki olaraq “Azərbaycan Dəmir Yolları” “Bombardier Rusiya” tərəfindən redaktə olunmuş və “Bombardier”in texnologiyalarına uyğunlaşdırılmış tender sənədləri tədim edib. Bu, “Bombardier”in konfidensial saxlanılan daxili yazışmalarında da bildirilib. Bu, İsveç televiziyasının “Araşdırma missiyası” və İsveçin “TT” xəbər agentliyinin əldə etdiyi və OCCRP və Kanada Radiosu ilə paylaşdığı sənədlərdə də qeyd olunub.
Çatışmayan sənədlər
“Trans-Siqnal-Rabitə” MMC Azərbaycan rəsmilərinin ölkənin dəmiryol sistemində köklü təmir işlərinin planlaşdırıldığına dair rəsmi açıqlama verdiyi günlərdə, 2008-ci ilin aprelində dövrəyə daxil edilib. Qazanılacaq pul çox olub.
O vaxtdan bəri “Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankından irimiqyaslı dəmiryol infrastruktur layihələri üçün 2 mlrd dollar – 670 mln dollar həcmində iki dəfə kredit də daxil olmaqla – kredit götürüb. Azərbaycan hökuməti və dövlət neft şirkətin olan SOCAR-dan bu yöndə yüz milyonlarla dollar ayrılıb. Azərbaycan Türkiyəyədək uzanan Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstana düşən hissəsini maliyyələşdirdiyindən investisiyalar Gürcüstana da yönləndirilib.
“Bombardier”in təqdim etdiyi tender düzəlişlərində “Trans-Siqnal-Rabitə”güclü biznes şirkəti kimi təsvir olunur. Həmin sənədlərdə şirkətin Bakıda ofisinin, yüksək ixtisaslı işçi heyətinin, Azərbaycan və qonşu Gürcüstanda siqnal quraşdırmaq sahəsində təcrübəsinin olduğu deyilir.
Buna baxmayaraq, “Bombardier”lə sövdələşmədən əvvəl “Trans-Siqnal-Rabitə” MMC-nin adı hər hansı bir media orqanında çəkilməyib. “OCCRP”-nin reportyorları tenderlərlə bağlı məlumat bazasında “Trans-Siqnal-Rabitə” MMC-nin adına rast gəlməyib, nə şirkətin tarixi haqqında, nə də şirkətin rəsmi internet səhifəsi daxil olmaqla biznes fəaliyyəti haqqında məlumat tapılıb. Üstəlik şirkətin rəhbərliyi və nə zamansa onlayn iş elanı verdiyinə dair dəlil də yoxdur.
Jurnalistlərin şirkətin göstəricilərinə dair əldə etdiyi sənədlərə görə, “Trans-Siqnal-Rabitə” MMC biri Gürcüstanda olmaqla Azərbaycanda 15 müqaviləni icra edib.
Bu işlərin tarixi ilə bağlı suallar meydana çıxır. Bu müqavilələrin səkkizi yalnızca Bakıda 14 km məsafədə – Əzizbəyov dairəsindən beynəlxalq hava limanına qədər olan məsafədə görülən işlərlə bağlı olub. Layihənin beşi isə 2008-ci ilin apreli ilə 2009-cu ilin dekabrı arasında tamamlanıb. Birində iş 2002-ci ildə, digərində isə 2007-ci ildə, hələ şirkət mövcud olmazdan əvvəl başlayıb.
“Trans-Siqnal-Rabitə”nin məlumatlarına görə, şirkətin gördüyü işlərin əksəriyyətini bir sifarişçi üçün – “AZVİRT” MMC üçün görüb, siyahıya “Azərbaycan Dəmir Yolları” və başqa beş sifarişçi də daxil olub.
“OCCRP” həmin şirkətlərin hamısını nəzərdən keçirib. Adətən şirkətlər mütəmadi olaraq rəsmi internet səhifələrində podratçı şirkətlərin adlarını və loqolarını yerləşdirirlər, amma həmin şirkətlərin “Trans Siqnal-Rabitə” MMC ilə işbirliyinə dair hər hansı məlumat tapılmayıb.
“Trans-Siqnal -Rabitə”dən bildirilib ki, şirkət Gürcüstanda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Marabda-Tsalka-Axalkalaki dəmiryolunun iki hissəsində siqnal sisteminin təmiri və bərpası işləri üzərində işləyib. “Trans-Siqnal-Rabitə” iki müxtəlif işəgötürən şirkətin adını verib – “Marabda-Qarsaxi Dəmir Yolu” MMC və
“Azəryolservis”in Gürcüstan şöbəsi. Amma onların heç biri “Trans-Siqnal-Rabitə”ni podratçı kimi göstərməyib.
Əlavə müqavilələrdə 180 mln dollar
2013-cü ildə “Bombardier” “Trans-Siqnal-Rabitə”dən beş illik auditor bəyannaməsini tələb edib. Maliyyə hesabatları “Trans-Siqnal-Rabitə”nin uyğun yerli tərəfdaş olduğunun sübut edəcəkdi.
“Trans-Siqnal-Rabitə”nin “Bombardier”ə göndərdiyi sənəd əmlak, xərclər və gəlirlərə dair bir neçə sətirin qeyd olunduğu bir vərəq olur. “Trans-Siqnal-Rabitə” iddia edib ki, şirkət 2008-2012-ci illərdə 180 mln dollar gəlir əldə edib.
Bu sənədlər çox gec göndərilib. Şirkətin apardığı daxili yazışmalardan da görünür ki, “Bombardier” tərəf sənədləri vaxtında əldə etmədiyinə görə hiddətlənib. Sənədlərdən “Trans-Siqnal-Rabitə” ilə partnyorluğun işə yaramayacağına dair narahatlıq görmək mümkündür. “Bombardier” başqa bir şərik axtarmaq haqqında fikirləşib. Amma bunu heç vaxt etməyib.
“Trans-Siqnal-Rabitə”nin həqiqi maliyyə durumu aşkara çıxmaya bilərdi. 2016-cı il noyabrın 11-də Prezident Administrasiyasının rəsmi orqanı olan “Xalq” qəzeti elan dərc edir: “Trans-Siqnal -Rabitə” MMC-nin 2007-ci ildən 2013-cü il daxil olmaqla bütün mühasibat sənədləri itdiyi üçün etibarsız sayılır. Sənədləri tapan şəxsi mükafat gözləyir”.
Mövcud olmayan şirkət
“Trans-Siqnal-Rabitə” şirkəti Gürcüstanda tanınmış “BLC” hüquq firmasının keçmiş ünvanında qeydiyyatdan keçirilib. Şirkəti qeydiyyatdan keçirən hüquqşünas Rusa Tckhuseli deyib ki, “BLC” qeydiyyatdan keçirdiyi bir çox müştərisinə məktub yazaraq hüquqi ünvanlarını hazırda fəaliyyət göstərdikləri ünvanlara keçirməyi xahiş edib, amma müştərilərin çoxu hüquq firmasının bu çağırışına məhəl qoymayıb.
“OCCRP”-nin reportyorları ofisi tapmaq və icraçı şəxslərlə görüşmək ümidilə Azərbaycanda “Trans-Siqnal -Rabitə”nin rəsmi qeydiyyatda olduğu Qaradağ rayonunda – Bakının Lökbatan qəsəbəsinin 28 May küçəsində olublar.
Onların həmin ünvanda köhnə, yamaqlı, peyk antenlərinin quraşdırıldığı və paltar qurutmaq üçün çoxlu iplərin bağlandığı binaya rast gəliblər. Orda 56.8 mln manatlıq bir sövdələşməni udan şirkətin ofisindən əsər-əlamət olmayıb.
“Trans-Siqnal-Rabitə”nin qeydiyyatda olduğu 15 nömrəli mənzilə gedən yeddi ədəd beton pilləkən təmirə ehtiyacı olan dar çoxlu sayda mənzillərin arasından keçirdi.
Doldurulmuş oyuqlar boyanmamış divarlarda izlər buraxmışdı və sakinlər koridorlarda kohnə kartonlar, hətta avtomobil şinləri yığmışdılar.
15 saylı qapının arxasında isə ofis yox, 14 il orda yaşayan bir qadın var idi. O bildirib ki, bəzən poçt işçisi ona “Trans-Siqnal-Rabitə” MMC-yə ünvanlanmış məktublar gətirirmiş, amma o, həmin məktubları almaqdan imtina edib. Onun şirkəti kimin idarə etdiyinə, hansı işlə məşğul olduğuna, ailəsinə necə bağlandığına dair hər hansı bir fikri yoxdur.
Mənzilin fotosunu İsveçin korrupsiya eksperti Luis Brauna göstərib “Trans-Siqnal -Rabitə” haqqında hansı qənaətə gəldiyini soruşanda o dedi:
“Mövcud olmayan bir şirkət. Şirkət mövcud deyil”.
Məqalənin hazırlanmasına dəstək veriblər: “iFact”dən Nino Bakradze, Deyv Bloss və Laşa Kveseladze; “OCCRP”-dən Olesiya Şmaqun və Bermet Talant; “SVT”-dən Joaçim Dyfvermark və Sven Berqman; “TT”-dən Ola Vesterberq; “RadioKanada”-dan Luc Trembley və Gino Harel
Tərcümə etdi: Leyla Mustafayeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

    ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 ...

    16-03-2017, 21:15

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • Bakı-Sumqayıt yolu arasında sürət qatarından istifadə ediləcək

    Bakı-Sumqayıt yolu arasında sürət qatarından ...

    14-01-2015, 17:08

  • 
  • Fazil Məmmədovun qorxduğu oliqarxlar

    Fazil Məmmədovun qorxduğu oliqarxlar ...

    11-06-2013, 13:04

  • 
  • Azərbaycan şirkəti  108 min manat uduzdu

    Azərbaycan şirkəti 108 min manat uduzdu ...

    9-12-2013, 12:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu