GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

Tarix: 16-03-2017, 21:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 612
ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

İsveç Azərbaycanla bağlı mənimsəmə işində bir neçə şirkəti araşdırır- Ziya Məmmədov daməsuliyyətə cəlb oluna bilər
Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı İsveç prokurorluğu bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır. Bu haqda işi aparan İsveç prokuroru BBC Azərbaycancaya bildirib. “Araşdırdığımız siqnalizasiya layihəsinə hazırda və keçmişdə aidiyyəti olan bir yox, bir neçə fərqli şirkət var”, – deyən Thomas Forsberg konkret şirkətin adını çəkə bilməyəcəyini bildirib.
Ötən cümə günü İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın “Bombardier” şirkətinin əməkdaşını həbs edib. Thomas Forsbergin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier”in bir neçə əməkdaşı Azərbaycan rəsmiləri ilə gizli sövdələşmədə şübhəli bilinirlər. 2013-cü ildə “Bombardier Trasportation” şirkəti Avropa ilə Asiyanı bağlayan Bak nəqliyyat layihəsinin siqnalizasiya avadanlığı ilə təchiz edilməsi barədə tenderi qazandıqdan sonra ilk sifarişi qəbul etdiyini elan edib. Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə “Bombardier” şirkəti ilə imzalanıb.

ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

“”Bombardier” başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi qazandı”, o deyib. İsveç prokuroru antikorrupsiya işi ilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir. Thomas Forsberg Azərbaycan tərəfi ilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir. İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən “Bombardier Transportation” AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib. Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnallaşdırma avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir. İddia olunur ki, üçüncü tərəf vasitəsilə alınmış dəmir yolu avadanlığı sonradan daha yüksək qiymətə satılıb. İsveç prokurorluğuna əsasən dəlillər ötən ilin oktyabr ayında “Bombardier”in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir. “Bombardier” şirkətinin sözçüsü əməkdaşının həbs edildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. “Biz hakimiyyətlə tam əməkdaşlıq edəcəyik”, – Barbara Grimm “Reuters” agentliyinə bildirib. Kanadanın baş naziri Justin Trudeau cümə günü deyib ki, Kanada şirkətindən “ən yüksək etik davranış” standartlarına riayət edilməsini gözləyir.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanda tenderlərin keçirilmə qaydası bu sahə ilə az-çox tanışlığı olan hər kəsə bəllidir. Hüquqşünasın sözlərinə görə, tenderlərdə adətən elə keçirənlərin özləri qalib olurlar: “Tenderdə əsas məqam təklifin tələbə uyğun olmasıdır. Tutaq ki, mən tələbkar olaraq 3 gün ərzində 10 kiloqram Quba alması almaq istəyirəmsə və ümumi qiymətin 10 manatı aşmamasını arzu edirəmsə, təklif buna uyğun olmalıdır. Quba alması əvəzinə Afrika bananı təklif edənin ərizəsi dərhal çıxdaş olunur. Tələbə uyğun təklif verənlərin təklifləri nəzərdən keçirilir və ən optimalı və əsas məsələ qiyməti daha uyğun olanı qəbul edilir. Amma məsələ bundadır ki, tenderlər keçirənlərin özləri adətən şirkətlər yaradırlar. Həmin şirkətlər də elan olunan tenderə qatılır. Tenderdə real iş görmək istəyən şirkətin təklifləri sırasından ən uyğunu seçilir, amma həmin təkliflər paketi tenderi keçirənlər öz şirkətlərinə ötürürlər. Vəssalam. Həmin şirkəti də tender komissiyası qalib elan edir, pulları da götürüb istədiklərini edirlər. Və yaxud da belə də olur ki, hansısa şirkətlə tenderə qədər razılaşma əldə olunur. Bundan sonra tender elan edilir. Tenderə tenderi keçirənlərin özlərinə yaxın şirkətləri və əvvəlcədən qalib elan ediləcəyi bilinən şirkəti buraxırlar. Həmin şirkət və digərləri tenderdə iştirak edirlər və nəticə də əvvəlcədən razılıq əldə olunan şəkildə olur. Yəni qalib tenderdən əvvəl “görüm-baxım”, “hörmət” etmiş şirkət olur. Tenderin adı var, faktiki isə qabaqcadan kimin qalib olacağı bilinir”.

ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

Hüquqşünas deyir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da belə tender oyunlarına qarışırlar: “Xarici şirkətlər də Azərbaycandakı oyun qaydalarına uyğun olaraq tenderlərdə iştiraka tenderi keçirənlərlə ”dil tapandan” sonra qərar verirlər. Yəni xarici şirkət Azərbaycanda tenderdə qalib gəlmək istəyirsə, ona deyirlər ki, oyun qaydaları budur – ya ümumiyyətlə iştirak etmə, edirsənsə, qaydalar bunlardır. Azərbaycandakı beynəlxalq təşkilatlar – istər Dünya Bankı olsun, istərsə də QHT-lər, fərq etməz, tenderlərdə yazılmayan qanunlara uyğun iştirak edirlər. Fikir verin, Azərbaycanda beynəlxalq təşkilatlar yüzlərlə qanunvericiliyin hazırlanmasında tenderlərin qalibləri olublar. Amma onların hazırladığı qanunlar hansı səviyyədədir. Niyə belə olub? Ona görə ki, oyun qaydalarına uyğun fəaliyyətə razılıq verənlər tenderlərə qatılıblar, qazanıblar, qazandırıblar. Çünki həmin o beynəlxalq təşkilatlarda da korrupsionerlər var. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti artıq azərbaycanlılaşıblar”.
Ə.Həsənov bildirib ki, bu gün nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin adları belə tender oyunlarında hallanır: “Ədalət naminə demək lazımdır ki, Hollandiya, İsveç, Avstriya, Almaniya, İngiltərə kimi dövlətlərdə belə hallar haqda məlumatlar olanda dərhal araşdırmalara başlanır. Bu işlə bağlı İsveçdə olan kimsə varsa tutulub istintaqa cəlb olunacaq, Azərbaycandan olanlar isə axtarışa veriləcək. İsveçdə qanunun aliliyi hər şeydən üstün tutulur”.

ƏSGƏROV BEYNƏLXALQ AXTARIŞA VERİLƏ BİLƏR - 56 milyonluq korrupsiya işi böyüdü

Qeyd edək ki, böyük yeyinti faktlarını üzə çıxaran İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasən həyata keçirilir.
Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb(musavat.com).
Qeyd edək ki, müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə bu yaxınlarda vəzifəsini struktur islahatları nəticəsində itirən Ziya Məmmədov tuturdu. Tenderlərin qaliblərini böyük ehtimalla onlar müəyyənləşdirdirib. Bu baxımdan məsələ böyüyərsə Arif Əsgərov,hətta Ziya Məmmədov da beynəlxalq axtarışa verilə bilər.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azercell-in sahibi ilə bağlı korrupsiya şübhəsi

    Azercell-in sahibi ilə bağlı korrupsiya şübhəsi ...

    9-01-2013, 10:04

  • 
  • Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş rəhbəri həbs olundu

    Kərimovanın işi: “Vimpelkom” şirkətinin keçmiş ...

    5-11-2015, 20:56

  • 
  • Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək

    Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək ...

    12-10-2013, 12:58

  • 
  • Prezidentin qızının erməni ortağı tutuldu

    Prezidentin qızının erməni ortağı tutuldu ...

    18-02-2014, 12:44

  • 
  • İsveç telekanalı Azərbaycandakı rejimi biabır elədi

    İsveç telekanalı Azərbaycandakı rejimi biabır ...

    14-05-2013, 00:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu