GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Taleh Qaraşovla Hadı Rəcəbli Lənkəranı necə bölüşdürüb? - Araşdırma

Taleh Qaraşovla Hadı Rəcəbli Lənkəranı necə bölüşdürüb? - Araşdırma

Tarix: 28-03-2017, 21:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 122
Taleh Qaraşovla Hadı Rəcəbli Lənkəranı necə bölüşdürüb? - Araşdırma

Şəhərin icra başçısı ilə deputatın biznes və ərazilərin bölgüsündə mövqeləri üst-üstə düşüb

Millət vəkilinin maliyyə rəisi olan qardaşı İqbal Rəcəbov isə maxinasiyaları rəsmiləşdirir

Bir cənub şəhərində “Mayak”dan boylanan işıq “Palıdlı sahil”ə, ordan Xanbulan villasına və “Xəzər Palace”a necə uzanır? - Faktlar

Lənkəran deputatla icra başçısı arasında bölüşdürülüb. Bir cənub şəhərinin ən görməli yerləri, ən mərkəzi əraziləri, ən bahalı və işlək obyektləri iki məmur arasında peşkəş edilib.

Onların mövqeləri də bir-birinə qarşı getmir. Görünür ki, hər ikisi dil tapıb Lənkəranda işləməyin varinatını bilirlər. Söhbət Lənkəranın icra başçısı Taleh Qaraşovla deputatı Hadı Rəcəblidən gedir.

“Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, şəhərin əsas biznes obyektləri icra başçısı ilə deputatın nəzarətindədir. Hərçənd ki, H.Rəcəbli biznesinin olmasını inkar edir. Amma faktiki olaraq Lənkəranda ona və qardaşına aid biznes var.

Araşdırma nəticəsində aydın olub ki, uşaq xəstəxanası ləğv edilərək Mərkəzi Xəstəxanaya birləşdirilib. Onun binası isə H.Rəcəblinin qardaşı, Maliyyə İdarəsinin rəisi olan İqbal Rəcəbov tərəfindən özəlləşdirilib.

Binanın aşağı mərtəbəsində “Zaminbank” (lisenziyası ləğv olunub), yuxarı mərtəbədə isə restoran, hotel və kafe fəaliyyətdədir. Xəstəxananın həyətində isə təmir işləri davam edir.

Daha bir restoranın tikintisinə hazırlıq gedir. Sadəcə, iqtisadi böhran maliyyə rəisi və deputatın büdcəsinə təsir edib. Bu hotelin adı “Mayak”dır və maliyyə rəisinin oğlu tərəfindən idarə olunur.

H.Rəcəbli o baxımdan “Mayak”ın ona aid olmadığını söyləyir. Halbuki, bu tarixi binanın özəlləşdirilməsində, hotel və restoranın qurulmasında hərtərəfli iştirakı olduğu bildirilir.

Ondan başqa, İ.Rəcəbov köhnə aptekin binasını özəlləşdirib və Maliyyə İdarəsinin inzibati binasına çevirib. İ.Rəcəbov uzun illərdir ki, maliyyə idarəsinin rəisidir.

Bu da onun rayon icra başçıları ilə əlbir olmasına imkan yaradıb. O, bir çox icra başçıları ilə işləyib. H.Rəcəblinin qardaşı olduğu üçün vəzifəsində saxlanıb və büdcə vəsaitlərinin talanmasında xüsusi iştirakı olduğu iddia edilir. İcra başçıları da maliyyə rəisindən çox razıdır.

Eləcə də hazırkı icra başçısı Taleh Qaraşovun da maliyyə rəisindən işi keçir. Bütün bunlar H.Rəcəbli ilə T.Qaraşovun yollarının toqquşmamasına gətirib çıxarır. Çünki tərəflərin merkantil və iqtisadi maraqları üst-üstə düşür. Məlumata görə, H.Rəcəblinin öz obyekti isə “Palıdlı sahil” istirahət mərkəzidir ki, bunu da rayonda hamı bilir.

“Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, deputatın obyekti Südəmurdov qəsəbəsinə gedən yolda yerləşir və dənizə yaxındır. Burada otaqda bir gecəlik qiymət 50 manatdır.

“Mayak”da isə 40 manatdan başlayır və 30 manata da razılaşmaq olar. Beləliklə, Rəcəbovlar Lənkəranı uzun zamandır ki, zəbt etməkdədir. Onların kəndlərdə hektarlarla torpaqları, dükanları, sexləri var.

Lənkəranda əsas biznes məkanlarıdan biri də “Xəzər Palace”dır ki, sahibi BDYP-nin şöbə rəisi- ölkədə bütün avtomobil nömrələrinin satışı əlində cəmlənən Müşviq Rəhimovdur.

Müşviq Rəhimovla Hadı Rəcəbli biznes şərikliyindən əlavə həm də xalaoğludurlar. Hər halda elektron mediada gedən xəbərlərdə belə deyilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadi Rəcəblinin bu var-dövlətə necə sahiblənməsi sual doğurmur. Hər halda həmişə deputat maaşından şikayətlənən və dolanışıqdan gileylənən millət vəkili parlamentdə aldığı əmək haqqı ilə bu biznesi qurmayıb?!

Pensiya yaşının artırılmasına haqq qazandıran, müavinətlərin artırılmasına etiraz edən, fikirləri hər zaman qalmaqal yaradan, şəhid ailələri və Qarabağ əlillərini qıcıqlandıran çıxışlar edən H.Rəcəblinin bu obyektləri necə tikdirdiyi məlum məsələdir.

"Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün", "Şəhid ailələrinə 100 min manat verə bilmərik”, “Qarabağ əlilinə nəqliyyat, dərman niyə pulsuz olmalıdır” " - deyən Hadi Rəcəblinin ailə biznesinə Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri, o cümlədən Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası da daxildir.

Oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri, Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Bir müddət əvvəl xəbər yayılmışdı ki, Lənkəranlı deputatlar arasında turizm biznesi uğrunda qovğa dərinləşib. Hadı Rəcəbli Rüfət Quliyevə rayonda turizm obyektlərini tikməyə imkan vermir.

Mənbə qeyd edib ki, H.Rəcəbli ilə R.Quliyevin münasibətləri hər zaman soyuq və məsafəli olub. Turizm maraqları isə həmkarları toqquşdurub.

R.Quliyevin Lənkəranda hotel tikdirmək istəyi olduğu deyilir. H.Rəcəbli isə həmkarı ilə münasibətlərinin normal olduğunu açıqlayıb və deyilənləri təkzib edib.

“Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, H.Rəcəbli ilə toqquşmayan T.Qaraşov isə Lənkəranda bir qarış yer saxlamayıb.

Əraziləri satmaqda Süleyman Mikayılovu da geridə qoyan indiki icra başçısından əhali ciddi şəkildə narazıdır. T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Hətta S.Mikayılovun da Ləmkəranda kosmetik də olsa abadlıq işləri həyata keçirdiyi bildirilir.

T.Qaraşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə tikinti işləri bircə gün də ara verməyib. Məlumata görə, xəstəxana qarşısında tikilən obyektlər artıq hazırdır.

Yaxın vaxtlarda təmir işlərinin başlanacağı və fəaliyyətinə start veriləcəyi bildirilir. Lənkəran RMX qarşısında bir neçə böyük obyekt inşa olunub və hansı məqsədlə istifadə olunacağı hələ ki, bilinmir.

Ehtimal olunur ki, iaşə obyektləri kimi fəaliyyət göstərəcək. Bu ərazini Lənkəranın icra başçısı Taleh Qaraşov satıb. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazi onlara aid deyil və satılmasına Lənkəran RİH icazə verib.

Lənkəranlılar şikayət edirlər ki, belə bir qanunsuzluğa yuxarılar necə göz yumur. Tarixdə ilk dəfədir ki, xəstəxananın qabağı satılır və icra hakimiyyəti də heç bir açıqlama vermir.

Düzdür, T.Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmamışdı. Ancaq xəstəxananın da önünü satacağı yerli sakinlərin ağlına gəlməzdi.

Bu dəfə onların ağlına gəlməyən, başına gəlib və icra başçısı aldığı yüz min manatlara görə xəstəxananın qabağını da satıb. Yol isə darısqallaşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb.

Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.

Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.

Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır.

T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb.

Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır.

Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib.

Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi.

Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib.

Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür.

Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Həmçinin, Lənkəranın yolları bərbad gündədir. Rayonda ara məhəllələr cəhənnəmi xatırladır. Mikorayon, Şəhidlər Xiyabanı yolu, Kiçik bazar yolu keçilməzdir.

Rayonda heç bir abadlıq işi görüləməyib, yaşıllıqlar salınmayıb, parklar, məktəblər, bağçalarda yenidənqurma işləri aparılmayıb.

T.Qaraşovun dövründə Lənkəranda sosial problemlərin həlli də, abadlıq-quruculuq işləri də dondurulub. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə, müsahibə almağa hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın Lənkərandakı biznesinin şok siyahısı

    Deputatın Lənkərandakı biznesinin şok siyahısı ...

    16-04-2015, 12:22

  • 
  • Hadı Rəcəbliyə zərbə

    Hadı Rəcəbliyə zərbə ...

    2-02-2017, 21:04

  • 
  • Şəhid anasına 100 mini çox görən deputatın biznesindən şok – Faktlar

    Şəhid anasına 100 mini çox görən deputatın ...

    26-10-2016, 23:06

  • 
  • Deputatın qardaşı oğlu icra başçısına güllə atdı -  ŞOK

    Deputatın qardaşı oğlu icra başçısına güllə atdı ...

    12-07-2016, 22:36

  • 
  • YAP-çı deputatın qardaşı fironluq edir

    YAP-çı deputatın qardaşı fironluq edir ...

    8-01-2014, 11:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (514)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu