GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəhid anasına 100 mini çox görən deputatın biznesindən şok – Faktlar

Şəhid anasına 100 mini çox görən deputatın biznesindən şok – Faktlar

Tarix: 26-10-2016, 23:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 084
Şəhid anasına 100 mini çox görən deputatın biznesindən şok – Faktlar

Hadı Rəcəblinin son çıxışı qəzəblə qarşılanıb və şəhid ailələri ondan prezidentə şikayət edəcək

Lənkəranlı deputatın biznes imperiyası barədə siyahı və yersiz açıqlamalarının dosyesi “Gündəm-xəbər”də...

Hadı Rəcəbli birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. O dövrün tarixini bilənlər H.Rəcəblinin vəzifəsindən necə kənarlaşdırıldığını yaxşı xatırlayır.

Şəkidə katib və 20 il deputat

“Gündəm-xəbər”in verdiyi məlumata görə, bu 20 ildə deputat olan H.Rəcəbli nə lənkəranlı sakinlərin yanan barmağına su töküb, nə də rəhbəri olduğu komitə əhalinin sosial həyatında müsbətə doğru bir addım atıb.

Əvəzində deputatın zaman-zaman insanları alçaldan, aşağılayan çıxışlarına rast gəlinib. Onun yersiz açıqlamaları, seçiciləri və vətəndaşları qıcıqlandıran aşağılayıcı təklifləri, ölkənin sosial problemlər girdabında boğulmasına baxmayaraq sosial siyasətlə bağlı bayağı fikirləri, qırmızı yalanları hakimiyyəti də narazı salıb. Daha bir açıqlamasını bir neçə gün qabaq verib.

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”. Bu sözləri deputat Hadı Rəcəbli deyib.

Onun fikrincə, müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun təklifi mümkünsüzdür: “11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır.

Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək onun heç olmasa ən azı 50 faizini verək”. Ailə biznesinin şok - siyahısı

“Gündəm-xəbər” “müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" deyən Hadi Rəcəblinin ailə biznesini təqdim edir:

- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı. - Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya

daxildir) - Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri. - Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur. Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir. Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.

Və Hadı Rəcəbli hesab edir ki, vətən uğrunda şəhid olanlar ondan az qiymətləndirilməlidir. Yəni, Hadı Rəcəbli düşünür ki, onun təkcə Lənkəranda olan mülklərinin qiyməti milyonlarla olduğu halda, övladını, bəlkə də tək oğlunu itirən anaya 100 min manat çoxdur.

Gündəmdə qalmağı özünə həyat tərzi seçən bu yoldaşa biri izah etsin ki, danışdıqca batır. Hələ bu sıraya artıq müflis elan edilmiş “Zaminbank”ı da əlavə etmək lazımdır.

Deputat oğlunun toyu “Gülüstan”da

“Varlıların toy etdiyi şadlıq evlərində bir nəfər üçün qiymət 100-150 manatdır. Orta aylıq əməkhaqqı ilə müqayisəli götürəndə bu qiymətlər dəhşətdir”.

Yas və toy mərasimlərində yol verilən israfçılığın tənqid olunması təklif ilə hələ illər əvvəl çıxış edənlər olub. Onlardan biri, bəlkə də birincisi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir.

Millət vəkili hələ bir neçə il əvvəl bu məsələni qabardaraq yas və toy mərasimlərinin tənzimlənməsinin vacibliyi fikrini önə çəkmişdi.

Ancaq deputat etiraf eləmişdi ki, böyük oğlumun toyu “Gülüstan” sarayında olub. Hansı şəhid oğlu və ya orta statistik azərbaycanlı toyunu “Gülüstan” sarayında təşkil etməyə imkanı çatır?

Spikerə müraciət

Əldə etdiyimiz bilgiyə görə, deputatın son açıqlaması hiddət doğurub. Şəhid ailələri spiker Oqtay Əsədova və prezident İlham Əliyevə müraciət etməyi planlaşdırır.

Artıq neçənci dəfədir ki, H.Rəcəbli insanların heysiyyatına toxunan çıxışlar edir. Qocaman deputat bundan əvvəl də aşağılayıcı tonda danışmışdı. Onun bu sözləri yuxarı dairələrdə də qəzəblə qarşılanır. Son xəbərə görə, şəhid ailələri prezidentə müraciətdə H.Rəcəbli barəsində ölçü götürülməsini xahiş edəcək.

Onların özlərinə görə, şəhid ailəsinə 100 min verilməsi populizmdirsə, 100 min, 300 minə obyektlər, restoranlar açılması nədir bəs?

Şəhid ailələri xatırladıblar ki, H.Rəcəblinin Lənkəranda hotelləri fəaliyyətdədir. Cənub şəhərində deputatın “Palıdlı sahil” istirahət mərkəzi, maliyyə rəisi olan qardaşı İqbal Rəcəbov tərəfindən idarə olunan “Mayak” hoteli xidmət göstərir. Tağı Əhmədov kimi 40 illik maaş?

Onlarla dükanı, hektarlarla torpaq sahələri və s. mülkləri mövcuddur. Görəsən bu vəsaitlər populizmdən uzaq, Tağı Əhmədov kimi 40 illik maaş nəticəsində toplanıb?

Şəhid ailələri qeyd edirlər ki, H.Rəcəbli çıxış edəndə burnundan uzağı görmür və yalan açıqlamalar verir. Şəhid ailələri prezidentə teleqram vuracaq.

Onlar xahiş edəcək ki, qanunla biznes fəaliyyəti qadağan olunan millət vəkilinin ticarət obyektləri hüquq-mühafizə orqanları tərəfindən təftiş olunsun.

Ayda 2 min manat maaş alan deputat izah versin ki, yüz minlərlə vəsait xərclədiyi həmin məkanları hansı populizmdən uzaq büdcədən əldə edib.

Hadı Rəcəbli növbəti parlament seçkilərində deputatlığa namizəd olmayacaq. Növbəti seçkilərə 4 il vaxt qalsa da, indidən lənkəranlı millət vəkilinin taleyi məlumdur. Ölkə rəhbərliyi artıq H.Rəcəblini deputat görmək istəmir və gələn seçkidə mandatsız qalacaq.

Bu məsələdən H.Rəcəbli özü də agahdır və qərarı ciddi reaksiya ilə qarşılamayıb. Çünki yaş senzini və kifayət qədər deputat olduğunu özü də dərk edib.

Sadəcə, 2015-ci il parlament seçkilərindən sonra nəzərinə çatdırılıb ki, bu onun sonuncu parlament fəaliyyəti olacaq. Bu qərarın erkən açıqlanmasının sirri isə ölkə rəhbərliyinin ondan narazı qalmasıdır.

Gah müəllimləri aşağılayır, gah şəhidləri...

Əslində, H.Rəcəblini 2015-ci ildə deputat seçmək planı olmayıb. Sadəcə, rəqiblərinin kimliyi bu qərarı verməyə məcbur edib. Çünki H.Rəcəblinin çıxışları hökuməti qane etmir.

Ölkə rəhbərliyi hesab etmir ki deputatlar şablon çıxışlar etməli və ucuz şəkildə ölkədəki inkişafı təbliğat etməlidir. Əksinə, rəqəmlərin və faktların dili ilə danışmağa üstünlük verilir. Gah uşaq pulu barəsində dedikləri, gah müəllimlərə təhqiramiz fikirləri hakimiyyətin yuxarI eşelonunda pis qarşılanıb. Ümumiyyətlə, bu illərdə H.Rəcəbli nə deputat kimi hakimiyyətə fayda verib, nə də lənkəranlılara.

Onun seçicilərlə seçkidən seçkiyə görüşləri olurdu ki son seçkidə bu da gözə dəymədi. Vətəndaşların şikayətləri isə H.Rəcəbliyə çatmır.

Onun əsas diqqəti Lənkərandakı istirahət mərkəzləridir. Həmçinin, rayonda maliyyə idarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun biznesini inkişaf etdirməyə dəstək verir. Amma bu faktları danan deputat boz şəkildə danışmaqdan çəkinmir.

Rəhim Qazıyev: “Şəkidən döyülərək qovulub”

Millət vəkili Hadı Rəcəbli illərdən bəri mətbuatın gündəmində olan şəxslərdəndir. Vaxtilə sabiq deputat həmkarı Gülər Əhmədovanın başına külqabı çırpması uzun müddət müzakirə olunmuşdu.

Sonra Rəcəblinin müxalif medianın arxa plandakı “dayı”larından biri olduğu yazılmağa başlandı. Haqsız da sayılmazdılar.

Sabiq müdafiə naziri, Memarlıq və İnşaaat Universitetinin keçmiş müəllimi Rəhim Qazıyev bir müddət əvvəl bildirmişdi ki, H.Rəcəblini Şəki Şəhər Partiya Komitəsində I katib işləyəndən tanıyır:

“Bu adam ancaq kabinetdə oturub rüşvət yığmaq, işə boş gəlib boş getməklə məşğul olub. Şəkidən döyülərək qovulub. Xalq buna şahiddir. Lakin görünür bu ona təsir etməyib. O, hər kəsin öz peşəsində nə qədər əmək sərf etdiyini anlamır.

H.Rəcəbli elə bilir ki, müəllim dərsi deyəndən sonra asudədir. Amma anlamır ki müəllim sinifdə və auditoriyada bir və ya iki 45 dəqiqə dərs deməkdən ötrü saatlarla hazırlaşır”.

Amma niyə H.Rəcəbli bu qədər faktların fonunda şəhid ailəsinə 100 mini çox görür. Guya ölkənin maliyyə imkanları azalıbmış.

Bəs niyə məmurların və onların biznes obyektlərinin gəlirləri azalmayıb? Niyə onlara zərər dəyməyib? Ancaq şəhid ailəsinə çatanda ölkənin pulu olmur? Bu suallara deputat nə cavab verəcək ki? Onun mövqeyini dinləməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatın Lənkərandakı biznesinin şok siyahısı

    Deputatın Lənkərandakı biznesinin şok siyahısı ...

    16-04-2015, 12:22

  • 
  • Hadi Rəcəblinin qara günləri başladı

    Hadi Rəcəblinin qara günləri başladı ...

    5-02-2013, 10:34

  • 
  • Deputat naziri dəstəklədi: “İnqilabi addımlar atılmalıdır”

    Deputat naziri dəstəklədi: “İnqilabi addımlar ...

    7-11-2013, 11:29

  • 
  • Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

    Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim ...

    13-03-2015, 21:15

  • 
  • Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək haqqısı qədər maaş alır...

    Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək ...

    1-04-2015, 16:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu