GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

Tarix: 29-03-2017, 14:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 970
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat – Təhsilimizin xərcləndiyi yer 2014-cü ildə təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevi özünə müşavir təyin edəndə media belə yazmışdı: “Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, o nazirə başucalığı gətirməyəcək”.

“Biznes sirlərinin” öyrənilməsi

Samir Vəliyev vaxtilə Odlar Yurdu Universitetində prorektor vəzifəsində çalışırdı. Bu universitet Vəliyevlər ailəsinə məxsus təhsil ocağıdır. Universitetin rektoru iki dönəm Milli Məclisin üzvü olan Əhməd Vəliyev idi. 2015-ci il parlament seçkilərində isə Vəliyev qanunverici orqana seçilmədi. Vəliyevlərin təhsil üzərində qurduqları biznes şəbəkəsi məşhurdur. Misal üçün, vaxtilə adı it dəftərində belə olmayan “San Marino”, “Diplomatiya Universiteti” kimi təhsil müəssisələri yaradaraq, TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi-red) qəbul imtahanlarından keçə bilməyən abutiriyentlərə pul qarşılığında “diplom” verirdi. Hansı ki, bu diplomlar nəinki Təhsil Nazirliyi tərəfindən, ümumiyyətlə heç bir yerdə qəbul edilmirdi. “Odlar Yurdu” Universiteti bu şəbəkənin sonuncu və ən “uğurlu” layihəsi hesab oluna bilər. Bu xatırlatmanı verməyimizdə məqsədimi məhz Samir Vəliyevin “diplom biznesi”ni necə mənimsəməsini aydınlaşdırmaqdır.

Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

Ailə universitetindən Təhsil Nazirliyinə – MÜƏMALI YÜKSƏLİŞ

Əhməd Vəliyev oğlunu “Odlar Yurdu” Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəltdi. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor oldu. Hətta bələdiyyə seçkilərində Nərimanov dairəsindən namizədliyini də irəli sürmüşdü. Ən böyük vəzifəsi atasının universitetində prorektor olan Samir Vəliyev günlərin birində Təhsil Nazirliyində məsul vəzifəyə təyin olunur. O, əvvəlcə təhsil nazirinin müşaviri vəzifəsini icra etdi, bir müddət sonra “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifəsinə təyin olundu. Lakin bir müddət də keçdi və nazir onu özünə yenidən müşavir təyin etdi. Daha sonra Samir Vəliyev Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Hazırda o, bu idarədə rəis əvəzidir. Mediada yayılmış məlumatlara görə, Əhməd Vəliyev oğlunun yüksəlişi üçün bir çox adama minnətçi düşüb. Samir Vəliyevin Təhsil Nazirliyində hazırda tutduğu vəzifəsi fonunda “diplom biznesi” avtomatik olaraq yenidən ön plana çıxır.
Miq.Az-a daxil olan məlumatlar 2014-cü ildə medianın yazdığı kimi, Samir Vəliyevin təhsil naziri Mikayıl Cabbarova başucalığı gətirmədiyini təsdiq edir.

Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

“Diplom biznesi”

Samir Vəliyev köhnə biznesini Təhsil Nazirliyində tutduğu vəzifə sayəsində daha da genişləndirib. Redaksiyamıza danışan mənbə bildirir ki, onun “diplom biznesinin” əsas mərkəzini nüfuzlu “Baku Oxford Shcool” təhsil ocağı təşkil edir. Belə ki, əsasən nazir və oliqarx nəvələrinin təhsil aldığı bu məktəbə hər il Dövlət İmtahan Mərkəzinin xətti ilə yalnız 5 faiz qəbul həyata keçirilir. Yerdə qalan 95 faiz yer isə qeyd etdiyimiz kimi nazir və varlı şəxslərin övladları, nəvələri üçündür. Məlumata görə, Samir Vəliyev bu məktəbdə təhsil alan varlı övladlarının böyük əksəriyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomlarını tanımadığı xarici universitetlərə yerləşdirir. Bu universitetlər nazirliyin rəsmi saytında adı olmayan təhsil ocaqlarıdır.

Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat

30 günə baxılan məsələ 5 gün içində həll edlir

Mənbə qeyd edir ki, diplomların tanınması ilə bağlı bir çox hallarda problemlər meydana çıxır. Etiraz edənlərə isə Samir Vəliyev “onu elə mən özüm təsdiq etdirəcəm” deyə bildirir.
Ən maraqlı məqam isə diplomların tanınması üçün müraciətlərə rəsmi qaydada 30 iş günü ərzində baxılsa da, Samir Vəliyev özünün yerləşdirdiyi universitetlərin diplomalarını cəmi 5 iş günü müddətinə təsdiq etdirir. Və bütün bunların qarşılığında külli miqdarda pul əldə edir.

Redaksiyamıza daxil olan başqa bir məlumatda isə Samir Vəliyevin Heydər Əliyev Fondunun Rusiya filialı ilə əməkdaşlıq etmiş bir xanım əməkdaşının diplomunu hansı “şərtlərlə” tanıyacağı, nə qədər pul istənilməsi barədə də xəbər yer alıb. (Bu barədə növbəti yazımızda)
Hazırda onlarla şəxs Samir Vəliyevdən mənimsədiyi pullarını tələb edir. Məlumatlara görə, onun yolu dəfələrlə Korrupsiya ilə Mübarizə İdarəsinə düşüb. Lakin öz əməllərini davam etdirməkdədir.

London zərgüzəştləri

Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Məlumatlara görə, o “Muğanbank”da böyük səhmə sahibdir. Həmçinin, tikinti biznesi yaradıb. Bütün bunlarla yanaşı, mənbə Samir Vəliyevin təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxartdığını, xüsusilə Londonda mülklər aldığını deyir.
“Azərbaycanın gələcəyi yoxdur” deyən Vəliyev

Bir müddət öncə Samir Vəliyevin oğluna Londonda iş tapmaq istiqamətində hərəkətə keçdiyi deyilir. Hətta ondan “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan” deyə soruşanlara cavabı belə olur: “Bu ölkənin gələcəyi yoxdur”.
Dəbdəbəli həyat: “Roys Royce” avtomobili və “Rolex” saatı

Samir Vəliyev gələcəyinin olmadığını hesab etdiyi Azərbaycanda əldə etdiyi pullarla intensiv şəkildə xarici səfərlər edir. Ən çox baş çəkdiyi şəhər isə Londondur. Əldə etdiyimiz məlumata görə, o, Londonda icarə haqqı 1000-1500 dollar olan “Roys Royce” avtomobilini kirayələyir. Bu avtomobil dünyanın ən lüks və bahalı minik vasitələrindən biri hesab olunur. Samir Vəliyevin qolundakı saat isə onun dəbdəbəli həyatının nişanəsidir: “Rolex”. Məşhur İsveç markası olan bu saatın ən ucuzu 50 min dollardan bahadır.

Mövzuya dair araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Vəliyev dünən millətlə necə "məzə çırtdatdı"... - Mikayıl Cabbarov susacaqmı?

    Əhməd Vəliyev dünən millətlə necə "məzə ...

    16-09-2015, 15:40

  • 
  • CABBAROVUN MÜŞAVIRI TƏŞVIŞƏ DÜŞDÜ : ELDAR MAHMUDOV "IŞI"NDƏ VƏLIYEVLƏR KLANI ÇARƏSIZ QALDI - İDDİA

    CABBAROVUN MÜŞAVIRI TƏŞVIŞƏ DÜŞDÜ : ELDAR ...

    18-11-2015, 16:04

  • 
  • Universitet məzunlarına diplom verilmir – Nazirə aksiya xəbərdarlığı

    Universitet məzunlarına diplom verilmir – Nazirə ...

    24-01-2014, 20:20

  • 
  • Əhməd Vəliyev yeni nazirin hədəfində

    Əhməd Vəliyev yeni nazirin hədəfində ...

    4-05-2013, 01:15

  • 
  • BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom müdafiəsindən azad olunublar

    BDU-da bəzi tələbələr dövlət imtahanı və diplom ...

    27-05-2013, 13:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu