GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd Əhmədzadəyə xəyanət edən hansı vəzifə sahibidir?

Əhməd Əhmədzadəyə xəyanət edən hansı vəzifə sahibidir?

Tarix: 12-04-2017, 14:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 821
Əhməd Əhmədzadəyə xəyanət edən hansı vəzifə sahibidir?

“Çünki, Əhməd Əhmədzadənin müavini Zakir müəllim “mənim icazəm olmadan texnikalar tərpənə biməz” deyə tapşırığını verib”

Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri İdarəsində hər ay daha çox israfçılığa, daha çox mənimsəmə hallarına yol verildiyindən, artıq adı çəkilən qurumun yarıtmaz fəaliyyəti dillər əzbərinə də çevrilib. Rayondakı mənbəmizin iddiasına görə, bu gün SSİ-də çoxsaylı problemlər tüğyan edir, kütləvi narazılıq hissi baş qaldırır. Adicə bir faktı vurğulayaq ki, hələ bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz televiziya kanallarından birində, məhz Vaqif Səlimovun rəhbərlik etdiyi qurumun yarıtmaz fəaliyyəti ciddi tənqid atəşinə tutuldu və geniş ictimaiyyət yaşanan olaylarla bağlı müəyyən mənada xəbərdar da oldu. Baş verənlər bir daha onu söyləməyə əsas verir ki, şəxsi maraqlarını daim öndə tutan Vaqif Səlimov, bu gün də atdığı addımları ilə yeni-yeni problemlər yaratmaqdadır.
Qurmudakı xoşagəlməz durumun varlığı haqda məlumatları xəbər portalımıza çatdıran mənbə iddia edir ki, Xaçmaz rayon SSİ-nin rəisi vəzifəsini daşıyan Vaqif müəllimin xarakterik xüsusiyyəti, əksər hallarda büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinə geniş imkanlar da açır. Belə bir səbəb üzündəndir ki, idarədə hər ay mənimsəmələrə, israfçılığa və digər çoxsaylı qanunsuzluqlara qol qoyulur.
Adı çəkilən quruma rəhbərlik edən Vaqif Səlimov isə, məhz problemlərin varlığını Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyindəki şəxslərlə bağlayır və müəyyən mənada ittihamlarını da səsləndirir. Məsələn, səhhətində ciddi problemləri olan və çox zaman iş başında tapılmayan idarə rəisi bəzi problemlərin varlığına münasibət bildirərkən onu da vurğulayır ki, “biz nə etməliyik, dörd aydan çoxdur ki, maaş almırıq. Əhməd Əhmədzadə heç bir halda bizi düşünmür. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev “sahibkarlara köməklik göstərin, problemlərinin həllinə çalışın, narazılıq hissinin əmələ gəlməsinə şərait yaratmayın” deyə, lazımi tapşırıqlarını verir. Digər tərəfdən problemlərimiz aşıb-daşır. Belə olan halda idarəmizin dərdi də, problemləri də olacaq” deyir.
Bəli, səslənən ittihamlar Vaqif Səlimova məxsus olduğundan, hələlik səslənən ittihamlarla bağlı nəsə deyə bilmərik. Amma, deyəcəyimiz o olacaq ki, bu gün o, idarəyə verilən yanacağa, sürtkü yağlarına, texnikalara aid detallara, avadanlıqlara, hətta bəzi işçilərin əmək haqlarına və s. “əl də qoyur”. Yeli mənbənin iddiasına görə, hal-hazırda idarənin balansında olan texnikaların əksəriyyəti yararsız haldadır. Buna da səbəb, məhz həmin texnikalara verilən ehtiyat hissələrinin, müxtəlif detalların müəyyən müddət ərzində “itbata” salınması olur. Çünki, köhnə ehtiyat hissələri yarasız olur, təzə ehtiyat hissələri isə köhnələrlə əvəzlənmir. Belə bir halın varlığı da, durmadan çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnir. Məlumatlı mənbə onu da iddia edir ki, suvarma suyuna ehtiyac olan vaxtlarda kanallar təmizlənmir, alaq otları, lil və s. kanalları ağuşuna alır. Yerli sahibkarlar kanalların təmizlənməsini tələb etdikdə, dərhal Vaqif müəllim bildirir ki, “bizim texnikaları tərpətməyə ixtiyarımız yoxdur. Çünki, Əhməd Əhmədzadənin müavini Zakir müəllim “mənim icazəm olmadan texnikalar tərpənə biməz” deyə tapşırığını verib” deyir.
Vaqf Səlimovun daha çox SSİ-nə ayrılan yanacağı mütəmadi satdırması, bu gün onu əməlli-başlıca sayılıb-seçilən vəzifə sahiblərindən birinə də çevirib. Belə bir səbəb üzündəndir ki, adı çəkilən şəxs hal-hazırda Xaçmazın ən imkanlı şəxslərindən biri hesab olunur. Atılan addımlar rayon ərazisində sahibkarlığın inkişafına əngəl olmaqla bərabər, eyni zamanda ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqlarla ziddiyyət də təşkil etməkdədir. Bütün bunları nəzərə alsaq o halda sual da oluna bilər ki, tabe olduğu qurum rəhbərlər şəxslərini daim ittiham edən və büdcə vəsaitlərini şəxsi maraqlarının həlli naminə “həzmi-rabedən” keçirən Vaqif Səlimova niyə “dur” deyilmir? Deməli, torbada “qara pişik” var! Yoxsa...
Bütün bunlardan əlavə, əməkdaşlarımızın əldə etdikləri digər məlumatlara görə şəxsi təsərrüfatların sahibləri də iddia edirlər ki, SSİ-nin əməkdaşları yerlərdə suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında bir çox qanunsuzluqlara yol verirlər ki, bu da, ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olur. Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, görüləcək işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə də qol qoyulur. İdarənin balansında olan texnika və bir çox avadanlıqların köhnəlməsi adı ilə, onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul vəsaitılərinin əldə olunduğu da iddia olunur. Həmin texnika və avadanlıqların yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə külli miqdarda xərc bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində həmin avadanlıqlara texniki xidmətin göstəricisi də çox aşağı səviyyədədir. Texnikaların nasaz vəziyyətdə saxlanması səbəbindən, daşqın və selə qarşı mübarizə məqsədilə çay macəralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində, məhz onların köməyinə heç cür bel bağlamaq olmur. Açıqlamada sadalanan bu və digər faktların həqiqətə nə dərəcədə uyğun olub-olmamasını bir daha dəqiqləşdirmək üçün, çalışacağıq ki, yaxın günlərdə əməkdaşımızı Xaçmaz rayon SSİ-nə ezam edək və belə bir yolla da əsl həqiqətləri əldə edə bilək.
Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən milyonlar

    Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən ...

    31-07-2014, 23:59

  • 
  • Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”

    Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə ...

    17-04-2014, 09:55

  • 
  • Füzulidə Əhməd Əhmədzadənin həm "adam"ı həm "adaş"ı milyonları necə talayır?

    Füzulidə Əhməd Əhmədzadənin həm "adam"ı ...

    20-11-2014, 11:25

  • 
  • Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

    Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan ...

    29-01-2014, 12:29

  • 
  • Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

    Quba Suvarma Sistemləri İdarəsində korrupsiya ...

    6-08-2013, 16:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (283)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu