GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”

Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”

Tarix: 17-04-2014, 09:55 Bölmə :Ölkə Baxış: 1 287
Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”
Xaçmaz rayonunun mini-oliqarxı Vaqif Səlimov

Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov dövlətdən mənimsədiyi yüz min manatlar hesabına özünə böyük sərvət toplayıb və artıq özünü qeyri-rəsmi milyoner kimi təqdim etməkdən belə çəkinmir.
Azərbaycanda korrupsiya və dövlət vəsaitini mənimsəmə halları artıq o səviyyəyə çatıb ki, rayonlarda idarə müdirləri belə dövlət vəsaitlərini mənimsəmələri hesabına özlərini milyoner adlandırırlar. Diqqətə alınmalıdır ki, bu gün Azərbaycan kəndlərində əhali çox ağır sosial şəraitdə yaşamaqdadırlar. Kənd əhalisinin böyük hissəsi Bakıda tikintilərdə və Qaradağda daş karxanalarında günəmuzd olaraq çalışırlar. Yəni faktiki olaraq bu insanların heç bir sosial təminatları və sabaha olan güvəncləri yoxdur. Bunun müqabilində isə rayonlarda bir ovuc məmur sürətlə varlanır…
Məlumata görə, Xaçmaz rayonunun qeyri rəsmi məmur milyonerlərinin başında Xaçmaz Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov gəlir. Bildirilir ki, o, artıq yaxın ətrafının yanında milyoner olduğunu belə gizlətmir və Xaçmazda çoxları Vaqif Səlimovu elə belə də qəbul edir.
Qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin inandığı bu mini-oliqarx hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyərək öz şəxsi biznesini, var dövlətini çiçəkləndirir. Bunun üçün isə o, hər vasitə ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin işinə yaramağa çalışır.
“Gündəm xəbər”ə daxil olan məlumata əsasən, Xaçmazın yeganə su idarəsi olan Suvarma Sistemləri İdarəsinin 300-ə yaxın işçisi, çoxlu sayda texnikası var və bu idarənin üzərinə Xaçmazda doğrudan çox iş düşür. Amma idarə müdiri Vaqif Səlimov işçilərinə qarşı kobud davranmaqla yanaşı, həmçinin böyük maliyyə maxinasiyaları həyata keçirərək hər il dövlətin yüz min manatlarla vəsaitini mənimsəyir. Xaçmazın su və meliorasiya ilə bağlı problemləri isə həll olunmamış qalır. Həll olunması isə imkansızdır. Çünki, idarə müdiri hər yerdə kosmetik və dekorativ işlər görərək ayrılan vəsaitlərin 70-80 faizini mənimsəyir.
Bu barədə məlumatda göstərilir ki, Əhməd Əhmədzadəyə və icra başçısı Şəmsəddin Xanbabayevə “yaxşı qulluq” etdiyindən idarə müdirinə gözün üstündə qaşın deyən yoxdur. İdarə müdirinin maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi yüz min manatlarla vəsaitlər isə dövlətin və Xaçmazın inkişafına deyil, məhz Vaqif Səlimovun qanunsuz biznesinin həyat şəraitinin çiçəklənməsinə sərf olunur.
Daxil olan məlumatda bildirilir ki, son 2 ildə Xaçmaz Vaqif Səlimovun idarəsinə 2 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və müxtəlif işlərin görülməsi adı altında xərclənib. Əslində, ortada nə alınan, nə də görülən dəyərli heç nə yoxdur.
Xaçmaz sakinlərinin kənd təsərrüfatında və həyətyanı sahələrində istifadə etdikləri suyun pulunu da məhz Vaqif Abdullayev yığır. İdarə müdirinin adamları heç bir sənəd, qəbz vermədən bütün Xaçmaz sakinlərindən il boyu pul yığmaqla məşğul olur. İl ərzində su pulu yığımından Suvarma Sistemləri idarəsinin büdcəsinə yarım milyon manata yaxın qazanc daxil olduğu bildirilir. Belə ki, əkin sahələrinin suvarılması üçün 1 ha sahəyə görə hər dəfə suvarılma üçün 8 manat, həyətyanı sahələr üçün isə ayda 4 manat vəsait yığılır. Xaçmaz rayonunda ümumilikdə 50 min hektara yaxın əkilən sahələr olduğu da bildirilir. Həmin vəsaitin böyük hissəsi sənədləşdirilmədən mənimsənilir, ancaq cüzi bir hissəsi isə gözdən pərdə asmaq naminə idarəninin büdcəsinə köçürülür.
Vaqif Səlimov hər il yüz min manatlarla vəsaiti kanallarda, çay yataqlarında, artezan quyularında və müxtəlif yerlərdə cari təmir işlərinin görülməsi adı altında silərək mənimsəyir. Artezian quyularının və bəzi kanalların cari təmiri istifadəçi sakinlərin pulu ilə həyata keçirilir.
Məlumatda o da qeyd olunur ki, mini-oliqarx Vaqif Səlimovun Xaçmazda bir neçə obyekti, Xudatda, qonşu Quba rayonunda dəbdəbəli imarətləri, Bakı şəhərində 4 mənzili və qiyməti 60 mindən başlayan bir neçə xarici avtomobili, Bakının gur yerlərində bir neçə biznez strukturu var. Bu hələ idarə müdirinin bilinən mal valığıdır. Yəni aysberqin görünən üzüdür. Əslində, Vaqif Səlimovun mal varlığının bilindiyindən qat-qat artıq olduğu bildirilir. Həmçinin idarə müdirinin tam bir oliqax kimi hər il xarici ölkələrə müalicə adı ilə aylarla istirahətə getdiyi də qeyd olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə məşğuldur?

    Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə ...

    10-04-2014, 10:05

  • 
  • Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən milyonlar

    Xaçmaz Suvarma Sistemləri İdarəsində mənimsənilən ...

    31-07-2014, 23:59

  • 
  • Xaçmazın balaca oliqarxları

    Xaçmazın balaca oliqarxları ...

    9-04-2014, 10:33

  • 
  • Əhməd Əhmədzadənin toxunulmazlığı olan işçisi

    Əhməd Əhmədzadənin toxunulmazlığı olan işçisi ...

    22-05-2014, 10:06

  • 
  • Oğuzda Əhməd Əhmədzadəni necə aldadıblar?

    Oğuzda Əhməd Əhmədzadəni necə aldadıblar? ...

    14-05-2014, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu