GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

Tarix: 29-01-2014, 12:29 Bölmə :Ölkə Baxış: 929
Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır

Əhməd Əhmədzadənin sağ əli Ağcabədidə meydan sulayır-Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev kəndliləri təsərrüfat suyu ilə sınağa çəkir. Məhkumluq həyatı yaşadığı iddia edilən məmur kolxoz sədri işlədiyi vaxtlarda hansı nöqsanlara yol verib? «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerlərdə fəaliyyət göstərən idarələrində müxtəlif qanunsuz işlərin cərəyan etməsi yönündə dolaşan informasiyalar son vaxtlar daha kəskin şəkil alıb. Uzun illərdir ASC-yə rəhbərlik edən Əhməd Əhmədzadə tabeliyində olan rəis və digər vəzifəli şəxsləri törətdikləri qanundan kənar işlərə görə cəzalandırmadığından özbaşınalıq baş alıb gedir. Heç kim inkar edə bilməz ki, dövlət əhalinin suvarma sistemlərinə olan tələbatının ödənilməsi üçün tədbir görmür. Sadəcə, məmur özbaşınalığı səbəbindən bu gün bəzi rayonlarda vətəndaşların suvarma sistemləri ilə təminatı çox aşağı səviyyədədir. ASC-yə tabe olan Ağcabədi rayon Suvarma Sistemləri İdarəsində də sanki hərc-mərclik tüğyan edir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə inansaq, idarənin rəisi Əli Əliyev heç nədən və heç kimdən çəkinməyərək rayonun suvarma sistemlərinin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitləri mənimsəyir. Mənbə deyir ki, Ağcabədidə son illər kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı düşüb. Ki, bunun əsas baiskarı müəssisənin rəisidir: «Rayonda uzun illərdən bəri suvarma suyu problemi davam edir. Vətəndaşlar suvarma suyu olmadığından müxtəlif çətinliklə üzləşir. Buna görə də əkin sahələri vaxtında suvarılmır. Kəndli əziyyətinin qarşılığını görə bilmir. Subartezian quyularının qazılmasına ayrılan pullar təyinatdan kənar istifadə olunur. Kanallar lildən təmizlənmir. Bu kimi problemlər rayonda suvarma sistemləri sahəsini iflic vəziyyətə qoyub. İdarə rəhbəri deyir ki, guya ötən müddət ərzində 1300 kilometr suvarma, 431 kilometr drenaj kanalı lildən təmizlənib, 700 hektar sahənin suvarılmasını təmin edən 7,6 kilometrlik Hindarx kanalı bərpa edilərək istifadəyə verilib, rayon ərazisində 152 subartezian quyusu qazılıb. Deyilən məlumatlar həqiqəti əks etdirmir. İdarə rəisi bütün işləri kağız üzərində görür. Reallıqda isə heç bir iş aparılmır. Yəni büdcənin vəsaiti kimlərinsə cibinə axır. Əli Əliyev qanunsuz əməlləri ilə Ağcabədi Suvarma Sistemləri İdarəsini yaman günə qoyub. Nəcəfqulubəyli, Soltanbəyli, Xocavənd, Qaradolaq, Avşar, Qaravəlli kəndlərinin suvarma suyu ilə təchizatı tamam pis haldadır. Demək olar ki, yox səviyyəsindədir. Dünya Bankı tərəfindən ayrı-ayrı kəndləri əhatə edən 4569 hektar sahədə suvarma şəbəkəsinin bərpası işləri üçün ayrılan vəsaitlər bəzi məmurların əli ilə yeyilib». Mənbənin sözlərinə görə, idarəyə məxsus texnikalar rəis Əli Əliyevin göstərişi ilə şəxsi təsərrüfatlarda işlədilir, daha dəqiq desək, aylıq icarəyə verilir: «Ağcabədi Suvarma Sistemləri İdarəsi dövlət müəssisəsidir. Burda olan bütün texnika və avadanlıqlar dövlətin balansındadır. Rəis özbaşına olaraq idarəyə məxsus texnikaları ayrı-ayrı fermerlərə icarəyə verir. İdarə rəhbəri ancaq gəlirini artırmaq barədə fikirləşir. O, çoxdan idarəyə rəhbərlik edir. Müəssisədə dəhşətli maliyyə fıırıldaqları mövcuddur. Rəisin vəzifəsində yol verdiyi nöqsanlar kəndlilərə hər il ziyan vurur. Məmur sudan istifadə edən şəxslərdən külli miqdarda nəysə tələb edir. İdarə rəisinin ən böyük qazancı köhnə boruların yeniləri ilə əvəzlənməsi zamanı olur. O bu işləri görərkən xeyli gəlir götürür. Həyata keçirdiyi bir sıra qanunsuz əməllərə baxmayaraq, onun haqqında ASC rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Əli Əliyev sanki toxunulmaz şəxsdir. Əhməd Əhmədzadə nəyə görə onun hərəkətlərinə göz yumur?» Əldə etdiyimiz məlumatda adıçəkilən məmurun keçmişdəki fəaliyyəti ilə bağlı çox ilginc faktlar açıqlanır: «Bu şəxs əvvəllər rayonun Hüsülü kəndində kolxoz sədri işləyib. Həmin dövrdə işində müxtəlif nöqsanlara yol verib və ağır şəkildə cəzalanıb. Deyilənə görə, idarə rəhbəri hansısa işinə görə bir müddət həbsdə də yatıb. O, Əhməd Əhmədzadənin kadrı, hətta sağ əli kimi tanınır. ASC rəhbəri Ağcabədi Suvarma Sistemləri İdarəsinə təmir işlərinin görülməsi üçün ayırdığı vəsaitləri rəislə birgə silir. Əli Əliyevin rayondakı dayaqları çox möhkəmdir. Oğlu rayonun icra nümayəndəsidir». Qeyd edək ki, idarədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən araşdırılmalı olan yetərincə fakt var. İnanırıq ki, qurumun rəsmiləri bu yazını oxuyandan sonra Ağcabədi Suvarma Sistemləri İdarəsində yoxlamalara başlayıb rəisin fəaliyyətini araşdıracaqlar. Yəqin ki, bu zaman rəisə heç Əhməd müəllim də kömək edə bilməyəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə məşğuldur?

    Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə ...

    10-04-2014, 10:05

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Hafiz Əzimzadənin qaranlıq oyunları

    Hafiz Əzimzadənin qaranlıq oyunları ...

    22-05-2014, 10:16

  • 
  • Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

    Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə ...

    9-01-2014, 16:50

  • 
  • Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi

    Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi ...

    6-12-2012, 13:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu