Bu da onu söyləməyə əsas verir ki, bu cür əməl sahibi olan “xanım”ların zəhməti, çox zaman polis əməkdaşlarına əməlli-başlıca imkanlar da yaradır
Bu günlərdə sosial şəbəkələrdə iki gəncin ayrı-ayrı xanımlarla intim münasibətdə olmalarını əks etdirən video-çəkiliş yayılıb. Qeyd olunan çəkilişə diqqət yetirdikdə o da bəlli olur ki, ilk öncə gənclərin kirayələdikləri evə polis əməkdaşları basqın edir və onların çılpaq çəkilişlərini də həyata keçirirlər. Polis əməkdaşlarının atdıqları addımları analiz etdikdə isə, ortaya hər kəsi düşündürəcək məqamlar da çıxır. Ola bilər ki, polis əməkdaşları gənclərin kirayələdikləri mənzilə qonşuların etdikləri müraciətlər əsasında, yaxud da digər səbəblər üzündən daxil olublar. Bəli, polis əməkdaşlarına Qanun ixtiyar verir ki, bu cür addımlara qarşı mübarizə tədbirlərini davam etdirsin və Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq addımlarını da atsınlar. Belə olan halda gənclərin Qanunla müəyyən edilmiş məsusiyyət yükü olur ki, bu da mövcud qanunvericiliklə tənzimlənib. Yəni, atılan addımların qarşılığında gənclər müəyyən cərimə həddi və yaxud da, qanunvericilikdə nəzərdə tutulmuş cəza növləri ilə də cəzalandırıla bilərlər. Onu da unutmaq olmaz ki, polis əməkdaşlarına Qanun heç bir halda ixtiyar vermir ki, intim əlaqədə olan gənclərin çəkilişini həyata keçirdikdən sonra, çəkilişin sosial şəbəkələrdə yayımlanmasını da təmin etsinlər. Əslində atılan addımlar birbaşa gənclərin şəxsi həyatına təcavüz kimi dəyərləndirilməli və polis əməkdaşlarının məsuliyyət yükü də müəyyən olunmalıdır. Necə ola bilər ki, hansısa şəxslər gizli çəkilişlər həyata keçirdiklərinə görə həbsə atılırlar və CM-nin müvafiq maddələri ilə ittiham da olunurlar. Amma, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərdə atılan addımlar qanunla qadağan olunsa da, gənclərin canlı çılpaq çəkilişlərini həyata keçirən, onların şəxsi həyatına birbaşa təcavüz edən polis əməkdaşları, hələ ki, belə bir məsuliyyətdən kənarda qalırlar. (Bu mövzunu “Gündəm Xəbər”ə istinad etmədən yerləşdirmək həm abırsızlıqdır, həm də savadsızlığın göstəricisidir) Belə olan halda şəxsi həyatlarına təcavüz edilmiş gənclər qanunla məhkəməyə müraciət etmək, hətta üz-üzə qaldıqları maddi və mənəvi ziyana görə polis əməkdaşlarını qanunla cəzalandırmaq hüququna da malikdirlər. Bəli, belə bir addımların atılması gənclərin Konstitusiya ilə qorunan hüquqlarıdır. İnanırıq ki, gənclərin şəxsi həyatlarına birbaşa təcavüz edən, rüsvay olmalarına şərait yaradan polis əməkdaşları, Qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalarını da alacaqlar. Əlavə olaraq onu da bildirək ki, sosial şəbəkələrdə yayılmış çəkilişə diqqətlə baxdıqda o da aydın olur ki, intim münasibətdə olmağa razılıq vermiş “xanım”lardan biri polis əməkdaşları ilə işbirliyində olur. Yəni, kirayələnmiş evin giriş qapısının açıq saxlanmasında və polis əməkdaşlarının mənzilə daxil olmalarına şəraitin yaradılmasında, həmin xanımın müəyyən rol oynadığı da açıq-aydın sezilir. Bu da onu söyləməyə əsas verir ki, bu cür əməl sahibi olan “xanım”ların zəhməti, çox zaman polis əməkdaşlarına əməlli-başlıca imkanlar da yaradır.
P.S. “Gündəm Xəbər”in çap versiyasının satışda olan bugünkü sayında gənclərin intim əlaqədə olmalarını əks etdirən və sosial şəbəkələrdə yayımlanmış video-çəkilişlə bağlı işıq üzü görmüş açıqlamada qeyd etmişdik ki, polis əməkdaşlarının atdıqları addımlar birbaşa özbaşınalıq və qanundan kənar addımlardır. Çünki, polis əməkdaşlarına Qanun ixtiyar vermir ki, ilk növbədə gənclərin çəkilişini həyata keçirsinlər, sonra da sosial şəbəkədə yayımlanmasına nail olsunlar. Xüsusilə onu vurğulamaq istəyirik ki, polis əməkdaşlarının həyata keçirdikləri çəkiliş dünən gecə saatlarına qədər sosial şəbəkələrdə yayımlanırdısa, artıq bu gün video-çəkiliş yerli-dibli yox edilib. Belə bir halın varlığı da, atılan addımların səhv olduğunu isbata yetirmiş oldu. Düşünürük ki, atılan addımların adiyyəti orqalnlar tərəfindən araşdırılması və lazımi tədbirlərin görülməsi, bir çox mətləblərə aydınlıq gətirə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?