Mikrarayonda , diqqəti cəlb etməyən ərazilərdə ağacların sürətlə qırılması və yerlərində iki mərtəbəli ofis binalarının tikintisinə start verildi
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev istefa verəndə rayon sakinləri sevindiklərindən az qala bir-birilərinə qonaqlıq belə verirdilər. Çünki rayon bərbad günə salınmış, mikrarayonlarda beş mərtəbəli binaların əksəriyyəti yaşayış üçün yararsız duruma düşmüşdü. Amma görünür sevinmək tez imiş. Uzun illər Səbail rayonuna rəhbərlik edən Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olundu. Bəs bu təyinat nəyi dəyişdi? Kanalizasiyası zirzəmisinə axan binalar Yeni başçının təyinatından sonra gözlənilirdi ki, rayon sakinlərinin ən ağır problemi olan kanalizasiya problemi həllini tapacaq. Amma edilən müraciətlərin heç bir faydası olmadı. Bu gün mikrarayonlardakı beş mərtəbəli binaların əksəriyyətinin kanalizasiyası elə binanın zirzəmisinə dolur. Sovetlər dövründən quraşdırılmış kanalizasiya boruları dağılıb və indiyə qədər bir dəfə də olsa icra başçısı bu binalara baş çəkməyib. Amma bununla yanaşı rayonda binaların arasındakı boş ərazilər uğrunda az qala savaş gedir. Ağaclar qırılır, yeni obyektlər yaradılır “Gündəm Xəbər” bildirir ki, Asif Əsgərov icra başçısı təyin olunandan sonra sürətli “işə” başladı. Mikrarayonda , diqqəti cəlb etməyən ərazilər də ağacların sürətlə qırılması və yerlərində iki mərtəbəli ofis binalarının tikintisinə start verildi. Əsasən bu obyektlər beşmərtəbəli binaların arasında tikildiyi üçün diqqəti cəlb etmir. Gəlin konkret faktlara baxaq. Bu gün Memar Əcəmi metrosu ilə 3-cü mikrorayon dairəsi arasındakı parkın metro tərəfində diqqəti cəlb etmədən hasarlama işləri başlayıb. Hətta univermaq istiqamətində hasara alınan ərazi də tikinti işləri də həyata keçirilir. Və yaxud, bir zamanlar 54 saylı məktəbin ərazisi olan sahə də 16 mərtəbəli binanın tiikintisinə hazırlıqlar görülür. Maraqlıdır, hər qarış ərazini minlərlə, on minlərlə manata satan Asif Əsgərov bəs nədən qazanılınılan pulların min də birini rayonun abadlığına, infrastrukturun yaranmasına yönəltmir? Rayonda apardığımız araşdırmaları, konkret şəkilləri gələn sayımızda izləyib, yuxarıda verdiyimiz suala cavab tapacaqsınız.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?