GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı Heydər Əliyev mərkəzini müəllimlərin puluna tikir

İcra başçısı Heydər Əliyev mərkəzini müəllimlərin puluna tikir

Tarix: 6-06-2017, 17:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 438
İcra başçısı Heydər Əliyev mərkəzini müəllimlərin puluna tikir


Gədəbəyin rəhbəri Ramiz Yediyarovun “kassir”ləri məktəbləri “tas”a oturdub və hər müəllimdən 100 manat yığıldığı iddia olunur - Şok təfsilat

Rayon sakinləri məmur özbaşınalığından cana doyub: başçıdan DSMF-yə qədər qanunsuzluq uzanır…

Gədəbəy rayonunda əhalinin icra başçısından narazılığı günü gündən artmaqdadır. Xüsusən büdcə təşkilatlarında çalışanların narazılığ ən yüksək həddə çatıb.

Bu barədə “Gündəm-Xəbər”ə verilən məlumata görə, bir qrup orta məktəb müəllimi ölkə prezidentinin, birinci vitse-prezidentin və təhsil nazirinin rayonda yaranmış acınacaqlı vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər.

Müraciət müəllifləri bildirir ki, rayonda Heydər Əliyev mərkəzinin tikintisini bəhanə edərək icra başçısı Ramiz Yediyarov müəllimlərin əmək haqqından adam başına 100 manatdan pul yığdırır.

Ümummilli liderin adından öz maddi mənafeyi üçün istifadə edən bu şəxsin bu rəzalətin törədilməsi üçün seçdiyi məkan da cənab H.Əliyevlə bağlıdır.

Pulların yığılması üçün qərargah YAP rayon təşkilatının binası, qara kassa isə təşkilatın sədri Rüstəm Nağıyev olduğu iddia edilir.

Müəllimlər yazırlar: “Sizə müraciət edərək bildiririk ki, cənab H.Əliyevin ruhuna böyük ehtiramımız var.

Amma maddi imkanımız çox aşağıdır. 100 manat bir çoxumuzun əmək haqqının 50- 60 faizidir. Xahiş edirik bu biabırçılığın qarşısını alasınız”.

Ümumiyyətlə, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib.

Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.

Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb. Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib.

***

Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Gədəbəy Azərbaycanda qəhrəman rayon kimi tanınır. Ancaq burda təkcə icra başçısı yox, ayrı-ayrı məmurlar da vətəndaşlara “divan tutur”.

Məsələn, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsində baş verən kütləvi “saxta staj” əməliyyatları davam edir.

Şöbənin işçilərində nazirlikdən gələn yoxlamanın “yola salınması” üçün külli miqdarda pul yığılması ilə bağlı bir qədər əvvəl məlumat yayılmışdı.

Məsələ ondadır ki, DSMF rayon şöbəsində yoxlama nə qədər başdansovdu aparılsa da, yoxlama aparanlar kifayət qədər nöqsan aşkar ediblər.

Belə ki, yoxlama aparanlar şöbə tərəfindən yüzlərlə saxta pensiya işi tərtib olunduğunu üzə çıxarıblar. Amma bu işlər ləğv olunmayıb.

İddialara görə, şöbədə yoxlama aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri bu qanunsuz işləri “pullu” iş kimi şöbənin müdiri Məsud Məmmədova hədiyyə ediblər.

M.Məmmədov da sayı yüzlərlə olan bu işlərin pulunu dayandıraraq “rivizor dayandırıb” bəhanəsi ilə həmin pensiyaçılardan 300-500 manat civarında alıb, yenidən pensiya kartlarını aktiv etdirir.

***

Məsələ ondadır ki rayonda balaca uşaq da bilir ki, rayonu maliyyə idarəsinin rəisi Namiq Məmmədov idarə edir.

Bütün kadr məsələləri, obyektlərin sökülməsi, adamların əsas olmadan işdən azad edilərək yerinə N.Məmmədovun yaxınlarının təyin edilməsi, sadalamadığımız başqa işlər N.Məmmədovun birbaşa müdaxiləsi ilə həyata keçirilir.

Namiq Məmmədov rayona təzə təyin olunan başçını öz təsiri altına salmaq üçün birinci müavin Azər Bayramovun adından istifadə edir.

N.Məmmədov oturduğu məclislərdə, icra başçısının yanında qürrələnir ki, Azər müəllimin köməyi ilə rayonunun büdcəsini 40 milyon manat təsdiq etdirmişəm, bu qədər vəsait heç böyük şəhərlərə verilmir.

Məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib.

Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır.

Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur.

***

Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla “xeyir” götürür.

İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan “Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir.

Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir.

İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb.

Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib.

Onun bu işdə əsas hamisi isə Azər Bayramov və “Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir.

***

Ramiz Yediyarov təqribən beş il bundan əvvəl icra başçısı vəzifəsinə təyin olunub. Onun həyata keçirdiyi idarəçiliyin mahiyyətinə nəzər saldıqda məlum olur ki, o, əvvəlki rəhbərlərdən fərqli bir idarəçilik həyata keçirməklə, Gədəbəyin tarixində bəlkə də “qara ləkə” buraxan yeganə icra başçısı olacaq.

Çünki o, vəzifəsinin icrasına başladıqdan az sonra, bütün gücünü yerli sahibkarlara qənim kəsilməyə yönəltdi ki, bu gün də onun atdığı addımların ağrı-acısı hiss olunmaqdadır.

Yəni, rayonun müxtəlif ərazilərində 43 nəfər sahibkara məxsus obyektlərin darmadağın edilməsinə dair ortada heç bir məhkəmə qərarı olmadığı halda, həmin obyektlərin viranedilməsi, açıq-aydın şəkildə Ramiz Yediyarovun hansı idarəçilik üsulu ilə idarəetməni həyata keçirdiyini göstərdi. Hələ bu azmış kimi onun vaxtilə gədəbəyliləri dilənçi adlandırması da, heç cür məntiqə sığmayan yanaşmasıdır.

Çünki Gədəbəy rayonu hələ sovet dönəmində də, bəlkə yeganə rayon olub ki, onun ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb.
Odur ki, Ramiz Yediyarovun bu cür məntiqə sığmayan açıqlaması, nə onun daşıdığı vəzifəsinə, nə də ki, şan-şöhrətli adi ilə sayılıb-seçilən gədəbəylilərə şamil oluna bilməz.

Yəni, yaxın tariximizdə gədəbəylilərin hansı əqidəyə, hansı iradəyə sahib olduqlarını Ramiz Yediyarov bilməsə də, yəqin ki, geniş ictimaiyyət bilir.

***

Ramiz Yediyarovun icra başçısı təyinatından sonra, rayonun hansısa ərazisində bir metr olsun belə asfalt örtüyü vurulmayıb, bir ədəd olsun belə elektrik dirəyi basdırılmayıb.

Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun kənar əraziləri qalsın bir yana, hətta mərkəzi yolları da bərbad haldadır. Şəhərin mərkəzi küçələri isə, axşam saatlarında zülmətə qərq olur.

Amma, ötən illər ərzində sadalanan problemlərin həlli məqsədilə büdcədən külli miqdarda vəsaitlər ayrılsa da, heç bir halda hansısa bir iş görülməyib.

Ayrılan vəsaitlərin taleyinə gəlincə isə, onu deyə bilərik ki, həmin vəsaitlər Ramiz Yediyarovla rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov tərəfindən “həzmi-rabedən” də keçirilib.

Ramiz Yediyarovun icra başçısı təyinatından əvvəl, əslən Gədəbəydən olan iş adamları rayonda bir ədəd avtovağzal, üç ədəd şadlıq sarayı, xəstəxana binası, məscid, üç məktəb binası və digər əhəmiyyət kəsb edən tikinti işləri apardıqları halda, bəs bu gün nələr baş verir?
Baş verən o olur ki, ötən illər ərzində heç bir sahibkar bir ədəd olsun belə tikinti işi aparmayıb.

Buna səbəb o olub ki, icra başçısının tətbiq etdiyi zülmün, rəzalətin, minbir haqsızlığın ucbatından sahibkarlar ya rayonu tərk ediblər, ya da ki, elə bir fantastik həddə “yükləniblər” ki, onlar atacaqları addımlardan çəkinməyə məcbur olublar.

***

Ötən 5 ildə talan etdiyi büdcə vəsaitləri bir yana, inşaasına 4 milyon manat vəsait ayrılan və açılışı cənab Prezident tərəfindən edilən "Halal QiDA” müəssisəsini xaraba qoyaraq avadanlıqlarını başqa rayonlarda kirayə verilib.

Həmin müəssisə onlarla adda yeyinti məhsulunun emalı və konservləşdirilməsi ilə məşğul olmalı idi.

Hazırda rayonda H. Əliyev mərkəzı və bayraq meydanı tikilir. Yediyarov gələn ilə öz vəzifəsində qalarsa 2017-ci ilin yekununda bu tikintiləri özünün uğurları kimi qeyd edəcək.

Amma deməyəcək ki, ulu öndərin adından istifadə edərək qazanc götürüb, idarə və müəssisə rəhbərlərindən tikinti adına külli miqdarda pul yığıb, həmin rəhbərlər də həmin pulları işçilərin əmək haqqından tutub.

Qeyd edək ki, Prezident Administrasiyasında struktur və kadr dəyişiklikləri icra hakimiyyətlərində də yeniliklərin olacağı zərurəti yaradır.
Növbəti rayon icra hakimiyyəti strukturlarına çatıb. Prezidencxtin islahatlar dalğası icra başçılarından bəzilərinin vəzifəsi ilə vidalaşması ilə nəticələnə bilər. Bu məlumatlar arasında deyilir ki, Gədəbəyin icra hakimi də vəzifəsindən azad oluna bilər.

Rayon icra hakimiyyətlərinə büdcələrini 30 faiz azaltmaq tapşırılıb. İri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur.
Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: I vitse-prezidentə dosye - Təfsilat

    Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: ...

    2-06-2017, 18:54

  • 
  • Lütfəli Babayevin müdhiş maxinasiyası

    Lütfəli Babayevin müdhiş maxinasiyası ...

    13-04-2014, 13:06

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Ramiz Yediyarov Gədəbəylə sağollaşıb

    Ramiz Yediyarov Gədəbəylə sağollaşıb ...

    2-07-2015, 14:37

  • 
  • İcra başçısından sahibkara qarşı plakat sabotajı

    İcra başçısından sahibkara qarşı plakat sabotajı ...

    26-01-2016, 17:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu