GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramiz Yediyarov Gədəbəylə sağollaşıb

Ramiz Yediyarov Gədəbəylə sağollaşıb

Tarix: 2-07-2015, 14:37 Bölmə :Ölkə Baxış: 0
Ramiz Yediyarov Gədəbəylə sağollaşıb

İcra başçısının ezamiyyətdən geri dönmək ehtimalının minimum olduğu bildirilir
Deyəsən, məşhur kinofilmlərdən birinin heç də az məşhur olmayan qəhrəmanı belə deyirdi: “Cənab iclasçılar, buz tərpəndi!” İndi deyəsən Gədəbəyin neçə illərdən bəri buzlaşmış problemlərinin də yavaş-yavaş ərimək şansı əmələ gəlir. Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin isə, həqiqətən də sayı-hesabı yoxdur. Bu məmurun Gədəbəyə icra başçısı təyin olunduğu ilk günlərdən onun rayonun iqtisadiyyatını çökdürməyə, yerli iş adamlarını müflis duruma gətirməyə hesablanmış dağıdıcı fəaliyyəti hər kəsin gözü önündədir. Ramiz Yediyarovun bu yarıtmaz fəaliyyəti ilə rəhbərlik etdiyi rayonun bütün sahələrini iflic vəziyyətə gətirməsi, rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara “haqq” qoyması, sahibkarlara qarşı hər zaman qərəzli mövqe nümayiş etdirməsi və onun rəyi ilə yerli iş adamlarının incidilməsi konkret faktlarla dəfələrlə qeyd olunub. Aldığımız çoxsaylı rəy və şərhlərdə məmur özbaşınalıqlarından cana doymuş gədəbəylilər Ramiz Yediyarovun əsarətindən qurtulmaq üçün ölkə rəhbərliyinə dönə-dönə müraciət etməyə hazır olduqlarını bildirmiş, yuxarı instansiyalarda bu məsələnin həllinə həssaslıqla yanaşacaqlarına, nəzarətə götürülərək tədbir görüləcəyinə inandıqlarını vurğulamışlar. Bu gün ölkənin regionlarında tikinti, abadlıq işləri aparılır. Bu da təqdirə layiq haldır. Əhali bundan narazı deyil, əksinə dəstəkləyir. Regionlarda tikinti və abadlıq işləri aparılarkən əhali xərclənən pulların hesabatını, şəffaflığını tələb etməlidir. Bu işlər əhalinin sosial maddi rifahının yaxşılaşdırılmasına xidmət edirsə, o zaman kobudcasına və təhqiranə davranaraq, məhkəmə hökmü olmadan, qanunları pozaraq əhaliyə maddi ziyan vurmağın nə mənası var? İnsanlar özlərini məmləkətdə alçaldılmış hiss edəcəklərsə, burada yaşamağa dəyərmi? Ölkə başçısı zaman-zaman yüksək çinli məmurlara etdiyi müraciətlərində “xalqla bir olun, xalqa yaxın olun” deyir. İcra başçısı rayonda işlədiyi 3 il müddətində bircə dəfə də olsun xalq arasına çıxıb onlarla səmimi söhbət aparıbmı? Bu müddət ərzində başçı xalqa yaxınlaşmaq əvəzinə, arada yaranmış inamsızlığı bir daha dərinləşdirmiş və elədiyi tərbiyəsiz çıxışları, qanun pozuntuları sayəsində özünə qarşı gədəbəylilərin nifrətini bir az da dərinləşdirmişdir. Bu münasibət Gədəbəydən aldığımız saysız-hesabsız şikayət məktublarında da öz əksini tapmaqdadır: “Bu gün Azərbaycan rayonlarına rəhbərlik edən icra başçılarının içində eləsini tapmaq mümkün deyil ki, Ramiz Yediyarov qədər pula görə insanların haqqını tapdasın. Niyə? Çünki o, bütün məsələlərin məhz pul üzərindən həlli strategiyası əsasında fəaliyyət göstərir. Yəni pulun yoxdursa və bu səbəbdən başçının razılığını almamısansa daşı daş üstə qoya bilməzsən. Onun pula bu çür münasibəti vergi orqanlarında çalışdığı illərdən formalaşıb. Ramiz Yediyarovun ən ali məqsədi pul toplamaqdır. Rayonda isə vətəndaş icra başçısının qəbuluna düşə bilmirsə, müəllimlərin, mədəniyyət işçilərinin əmək haqqlarının kəsilməsi olursa, fəhlə rayonun abadlaşdırılmasında iştirak edib əmək haqqını normal almırsa – kimdir günahkar? Təbii ki, yenə də Ramiz Yediyarov. Bir müddət əvvəl rayonda bütün obyektlər söküldü, sahibkarlar əzildi lakin səsini çixaran olmadı. Çünki bu kimi hallar kütləviləşməkdədir. Hazırda isə hardan bir manat qazanmaq mümkündürsə, ora icra başçısının əli qoyulur. Rayonda Ramiz Yediyarovun sələmçilərinin sayı bilinmir. Pul yığan, haqq qoyan, torpağı qarış-qarış satan kim, hamısının da başında duran rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdur...”Lakin bu gün artıq Gədəbəydə nəhayət ki, bütün bu problemlərə son qoyulacağına bir ümid yaranıb. Rayondan aldığımız məlumatda bildirilir ki, Ramiz Yediyarov məzuniyyətə çıxıb. Amma bu “məzuniyyətə çıxma” əməliyyatının məzi məqamları əhalidə müəyyən ümidlər doğurub. Məsələ bundadır ki, məzuniyyətə çıxan başçı öz yaxınları, “səhabələri” ilə sanki bir də geri qayıtmayacaq kimi görüşüb-halallaşıb. Əlbəttə, bu kəlməni nə Ramiz Yediyarova, nə də onun halal-haram biməyən əlaltılarına şamil etmək olmaz. Amma yenə də olsun, təki gədəbəylilər nəhayət ki, bu rayonun problemlərini həll etməkdə qərarlı olan bir icra başçısının gəlişinə şahid olsunlar. Bütün qalan işlər isə tezliklə öz qaydasına düşər!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şirvanın icra başçısı Mərdan Camalov birdəfəlik getdi?

    Şirvanın icra başçısı Mərdan Camalov birdəfəlik ...

    2-07-2015, 14:34

  • 
  • Gədəbəydə böyük korrupsiya araşdırması başladı – CİNAYƏT DOSYESİ TOPLANIR!

    Gədəbəydə böyük korrupsiya araşdırması başladı – ...

    20-09-2018, 12:35

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Prezident Gədəbəyin icra başçısını vəzifəsindən azad etdi

    Prezident Gədəbəyin icra başçısını vəzifəsindən ...

    1-06-2018, 15:40

  • 
  • İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

    İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan ...

    21-02-2015, 11:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu