GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yavər Camalovun qardaşının adı cinayətdə

Yavər Camalovun qardaşının adı cinayətdə

Tarix: 20-06-2017, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 948
Yavər Camalovun qardaşının adı cinayətdə


Nazirin biznesmen qardaşı dələduzluqla üzləşdiyi bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə dələduzluqda təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.
Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993
manat pul verib. Samir Nəbiyev isə vəsaiti mənimsəyərək Əlikram Camalova pulu qaytarmayıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Təqsirləndirilən Samir Nəbiyevin sözlərinə görə, 2013-cü ildən sözügedən mağazanı işlədib. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından tanıyıb: “O, mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Bir gün Əlikram Camalovun ofisinə gedərək onunla görüşdüm. Mağazanı genişləndirmək üçün pula ehtiyacım vardı. Ona dedim ki, 18 min manat lazımdır, əgər bu məbləği versə, hər ay qazandığım puldan 2 min manat ona verəcəm. Razılaşdı və öz ofisində mənə 18 min manat verdi. İşə başlayandan sonra ilk ayda qazanc olaraq ona 1500 manat verdim”.
Samir Nəbiyev bildirib ki, 2015-ci ildə manatın devalvasiyaya uğramasından sonra maddi vəziyyəti pisləşib: “İşlə bağlı çətinliklər, problem yarandı, alış-veriş zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün mənə təklif etdi ki, manat günü-gündən zəifləyir, verdiyi pulu dollarla hesablayaq. Mən də razılaşdım. Hesabladıq ki, 11613 dollar edir və bundan sonra ona hər yay qazanc olaraq 1250 dollar verəcəkdim. Sonra formal müqavilə tərtib etdik. Əlikram Camalov yaşlı adam olduğu üçün müqavilənin olunun adın bağlanmasını istədi. Bunun əhəmiyyətli bir şey olmadığnı düşünüb razılaşdım”.
Pula ehtiyacı olduğunu deyən Samir Nəbiyev Əlikram Camalovdan 2500 dollar istəyib: “Hər 10 gündən bir 700 dollar qazanc verəcəyimi dedim. O da bununla razılaşdı. 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Aldığım 18 min manata görə, Əlikram Camalova 5 min manat, 2500 dollara görə isə 1500 dollar xeyir vermişəm. 2016-ci ilin fevral ayından isə tamamilə müflis oldum. Məcbur qalıb, mağazada qalan malları hissə-hissə sataraq borclu olduğum şəxslərin borcunu bağladım. Topdansatış mağazalarına da borcum var idi”.
Samir Nəbiyev bildirib ki, Əlikram Camalovun pulunu qaytarmağa çalışıb, pulun əvəzində ona elektrik malları verməyi təklif edib: “Amma Əlikram Camalov pulunu nağd şəkildə tələb etdi. 2016-cı ilin sonlarında mağazada təxminən 50 min manatlıq mal qalmışdı. Əlikram Camalova təklif etdim ki, borcunu elektrik avadanlıqları ilə qaytarım. Amma o, nağd pul tələb etdi. Mən də malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini də dəyər-dəyməzinə satdım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim”.
Zərərçəkmiş şəxs qismində ifadə verən Əlikram Camalov bildirib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Samir Nəbiyevin mağazasından alış-veriş edərək mənim etibarımı qazanıb O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borclu qalmadığını dedi. Xeyli müştəri topladığını,
yeni mallar almaq üçün pul lazım olduğunu dedi. Qazanca da şərik olacağımızı bildirdi. 18 min lazım idi. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi”.
İfadəsinin davamında təqsirləndirilən şəriki ilə eyni məzmunlu ifadə verən nazir qardaşı verdiyi pulun sonradan dollarla hesablandığını, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlandığı danışıb.
Nazir qardaşı əlavə olaraq bildirib ki, şəriki vəd edilən gəliri vermədikdən sonar onun zənglərini də cavab verməyib: “Artıq gizlənməyə, zənglərə cavab verməməyə başladı. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq 20 gün keçsə də yenə zənglərə cavab vermədi. Oğlumla mağzasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, o məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”.
Növbəti proses iyunun 21-də davam edəcək.
Məlumat üçün bildirək ki, Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. O, Şirvan şəhəri, Salyan və Sabirabad rayonlarında məşhur iş adamı kimi tanınır.
Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirin qardaşına külli miqdarda pul “atıblar” - MƏHKƏMƏ

    Nazirin qardaşına külli miqdarda pul “atıblar” - ...

    14-06-2017, 18:29

  • 
  • Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq qalmaqal

    Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq ...

    27-08-2013, 11:37

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə təqsirləndirilən şəxslərə 48 il həbs cəzası istəyib

    Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə ...

    19-10-2016, 17:12

  • 
  • Polis rəisinin arvadına dələduzluq ittihamı

    Polis rəisinin arvadına dələduzluq ittihamı ...

    29-09-2016, 16:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu