Bu gün irili xırdalı bəzi məmurların vətəndaşlara qarşı etdikləri sözsüz ki, heç bir əndazəyə sığmır və prezident İlham Əliyev dəfələrlə bu cür məmurlara ən sərt şəkildə xəbərdarlıq etmiş, bəzilərini isə tutduqları vəzifədən azad etmişdi.
Buna baxmayaraq yenə də vətəndaşlara qənim kəsilənlər var və təssüf ki, qılınclarının dalıda qabağıda kəsir. Belələrindən biri də Qaradağda peyda olub.
Söhbət Qaradağ rayon su kanal idarəsinin rəisi Əhliman Mənsurovdan və Müşviqabad qəsəbəsi üzrə sahə ustası Canabbas Rüstəmovdan gedir. gundemxeber.az saytına müraciət edən Qaradağ rayonu Müşfıqabad qəsəbəisində bina 1 1 mənzil 3-də yaşayan və Cəbrayıl rayonundan olan məcburi köçkün Quliyev Üzeyir Əbil oğlu bildirir ki, adı çəkilən hər iki məmur sakinlərə olmazın zülm edirlər.
Onun sözlərinə görə Mıişviqabad qəsəbəsi üzrə sahə ustası Canabbas Rüstəmovun özbaşınalığını, sakinlərə qarşı kobud davranışını durduran tapılmır: ”Biz məcbur qalıb Canabbas Rüstəmovun əməli ilə bağlı Qaradağ rayon su kanal idarəsinin rəisi Əhliman Mənsurova şikayət etdik. Amma təssüf ki, Əhliman Mənsurovda işçisi kimi bizi təhqir etməkdən çəkinmədi və hara istəyiriksə ora da şikayət etməyimizi dedi. Bir sözlə işçisinin təhqirlərini bu dəfə də Əhliman Mənsurov davam etdirdi”.
Şikayətçi bildirdi ki, adı çəkilən məmurlar eyni zamanda heç nədən çəkinmədən istənilən qanunsuzluğu edirlər. Məsələn, məcburi köçkünlər üçün tikilmiş su nasosxanasından özbaşınalıq edəərk 1500 metr kənarda yerləşən Şamaxı ryon qeydiyyatında olan lakin tikintisı üçün heç bir sənədi olmayan şəxsə sayğacsız su xətti çəkiblər. Sözsüz ki, bunu nəyinsə qarşılığında ediblər və belə əməlləri kifayət qədər çoxdur. Redaksiyamıza müraciət edən məcburi köçkün indi ümidlərinin yalnız “Azərsu” ASC-in rəhbərliyinə qaldığını deyir.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq. Cəfər gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?