GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Məcburi köçkünlər Əli Həsənovdan pulunu tələb edir

Məcburi köçkünlər Əli Həsənovdan pulunu tələb edir

Tarix: 7-02-2013, 10:33 Bölmə :İqtisadiyyat Baxış: 743
Məcburi köçkünlər Əli Həsənovdan pulunu tələb edir

Halal evlərini itirənlərin pulu «Qaçqınkom»a niyə köçürülür?

Qarabağ müharibəsi nəticəsində ev-eşiyindən məcburi köçkün düşmüş bir qrup şəxs mediaya müraciət edib. 30 nəfərin imzası olan müraciətdə deyilir: “Biz, 1995-2000-ci illərdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə torpaq sahələri alaraq ev tikdirdik. Həmin torpaq sahələrini müvafiq olaraq Binəqədi RIH, Rəsulzadə bələdiyyəsi və həyətyanı torpağının bir hissəsini satan vətəndaşlardan almışıq. Həmin ərazidə son günlərə kimi 205 ev olub, bu evlərdən 67-si məcburi köçkünlərə, 138-i isə köçkün olmayan digər şəxslərə məxsus olub.
Yaşadığımız yaşayış məntəqəsi bütün kommunikasiya şəraiti ilə (qaz, işıq, su, telefon, kanalizasiya, yol) təchiz edilib. Həmin ərazidə torpaq alaraq ev tikərkən və orada yaşayarkən bizə və məcburi köçkün olmayan digər vətəndaşlara hər hansı dövlət orqanı tərəfindən etiraz edilməyib və maneçilik törədilməyib. Əksinə, şəraitimizin yaxşılaşdırılması üçün kömək olunub. Lakin 2011-ci ildə Binəqədi RIH, Metropoliten idarəsi və “Qaçqınkom”un nümayəndələri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən əraziyə gələrək orada yerləşən 205 evin söküləcəyini bildirdilər və ərazidə depo tikiləcəyini dedilər. Bizə bildirildi ki, evləri sökülən şəxslərə evlərinin dəyəri qədər kompensasiya ödəniləcək. Biz də torpaqların dövlət ehtiyacı üçün alınacağına etiraz etmədik.
Bir müddət sonra yenə də müvafiq dövlət orqanlarından nümayəndələr gələrək söküləcək evlərin sakinlərinə Masazır qəsəbəsində hər ailə üçün 5 sot torpaq sahəsi ayrılacağını və mövcud evlərin dəyəri qədər kompensasiya veriləcəyini, tikilənə qədər heç kimin evinə dəyilməyəcəyi bildirdi. Bir neçə ay sonra nümayəndələr gələrək məcburi köçkünlərə ev veriləcəyini, qalan sakinlərə isə heç bir kompensasiya verilməyəcəyini dedilər. Bütün sakinlər bu təklifə etiraz etdi. 2012-ci ilin mart ayında nümayəndələr gələrək evlərə baxış keçirdi və onların dəyərini hesabladı. Bir neçə gün sonra isə gələrək dedilər ki, məcburi köçkünlər dövlət hesabına Mehdiabad qəsəbəsində tikiləcək evlərə köçürüləcək və bütün sakinlərə, yəni plana düşən 205 evin sahibinə evlərinin dəyəri həcmində kompensasiya veriləcək. Bu təkliflə razılaşsaq da 8 aya yaxındır ki, bir neçə məcburi köçkün ailəsi istisna olmaqla qalanlarımız Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi deyilən ərazidə tikilmiş bina evlərinə köçmüşük. Həmin evlər bizə müvəqqəti yaşamaq üçün verilib və bu barədə bir neçə məcburi köçkün ailəsi ilə müvəqqəti icarə müqaviləsi bağlanılıb. Hazırda həmin evlərin kimin balansında olması da məlum deyil. Biz dövlətin səlahiyyətli nümayəndələrinin sözlərinə inanaraq köçən kimi, neçə illər əziyyətlə qazandığımız vəsait hesabına tikdiyimiz evləri buldozerin qabağına verərək dağıtdılar. Sonra isə bildirdilər ki, dövlət sizə yaşamaq üçün ev verib, sizə heç bir kompensasiya ödənilməyəcək. Məcburi köçkün olmayan 138 evdə isə hələ ki, sahibləri yaşayır və onlara kompensasiya verilərək evlərinin alınmasına başlanıb.
Bizim ev-eşiyi, mal-mülkü bir dəfə mənfur düşmənimiz dağıdıb məhv edib. Öz ölkəmizdə didərgin həyatı yaşamışıq, indi isə dövlətimizin məmurları bizi aldadaraq əmlakımızı məhv etdi.
Biz evlərimizin dağıdılması nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə araşdırması vaxtı cavabdehlərdən biri olan Bakı Metropoliteninin nümayəndəsi həmin ərazidə olan evlərlə bağlı yaradılmış komissiyanın tərtib etdiyi və müvafiq möhürlərlə təsdiq edilmiş sənədləri məhkəməyə verdi. Bəlli oldu ki, Nazirlər Kabinetinə ərazidə olan 205 evin köçürülməsi ilə bağlı edilən müraciətə əsasən dövlət büdcəsindən pul ayrılıb. Lakin məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsi köçkünlərin evi üçün ödəniləcək kompensasiyanın Komitənin hesabına köçürülməsini istəyib ki, özləri köçkünlər üçün ev alsın. Beləliklə, 67 nəfər köçkünün evinin sökülməsinə görə pul “Qaçqınkom”a, qalan 138 nəfər məcburi köçkün olmayanların evlərinin sökülməsinə görə pul isə onların özünə ödənilib. Bizim hüququmuzu müdafiə etməli olan Komitə dövlətin kompensasiyasını mənimsəməklə bizə çatası pulun verilməsinə imkan yaratmayıb.
Dəymiş maddi ziyan səlahiyyətli orqanlar tərəfindən bizlərə ödənməlidir. Əks təqdirdə, ailə üzvlərimizlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edərək sığınacaq üçün xarici səfirliklərə müraciət edəcəyik"
Malik
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənova daha bir ittiham

    Əli Həsənova daha bir ittiham ...

    13-03-2013, 10:45

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34

  • 
  • Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək

    Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək ...

    8-01-2014, 18:29

  • 
  • Məcburi köçkün özünü asdı

    Məcburi köçkün özünü asdı ...

    23-03-2016, 11:42

  • 
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu