Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Dünya İnformasiya Məkanında” İctimai Birliyi “Əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik sahibkarlığın təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri açan İctimai Birliyin sədri iqtisadiyyat üzrə fəlsəfə doktoru Kamil Abdullayev ilkin olaraq layihənin məqsədi haqqında məlumat verib. O deyib ki, gələcəyini biznes sahəsində qurmağı düşünən, lakin bu istiqamətdə uğurlu addım atmağa nail ola bilməyən gənclərə köməklik göstərmək əsas hədəfləridir. K.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti inkişaf mərhələsindədir. “Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə hazırda "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı" tətbiq edilir. Bu proqramda qeyd edildiyi kimi, Azərbaycan Respublikası sahibkarlarına kömək milli fondu, kiçik və orta sahibkarlığın inkişafı agentliyi və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdır. Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyətləri haqqında", "Haqsız rəqabət haqqında", "Əmək birjası haqqında", "Lizinq kompaniyaları haqqında" və s. qanunlar və bazar iqtisadiyyatımn hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur” – K.Abdullayev deyib. O bu qanunların sahibkarlara yaratdığı şəraitlə bağlı da ətraflı məlumat verib.
[/center]
Daha sonra çıxış edən iqtisadiyyat üzrə fəlsəfə doktoru, ekspert Anar Vəliyev kiçik sahibarlığın formalaşdırılması üçün bir sıra addımların atılmasının zəruriliyini bildirib. O, deyib ki, Qərb ölkələrinin sahibkarlıq sahəsindəki təcrübələri göstərir ki, bir sıra hallarda bu sahadə əldə edilən qələbə pulun, kapitalın ilkin həcmi ilə əlaqədar olmayıb, yenilikçilik, risk, ideya ilə asılı halda yaranmışdır. “Yəni, kapital sahibkarlıq fəaliyyəti üçün zəruri olsa da, kifayət deyildir. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bir sıra cəhətlər məsələn, mürəkkəb bazar konyukturası şəraitində düzgün qərar çıxara bilmək, istehsal amillərini ən səmərəli istifadə etməyə nail olmaq, elim-texniki tərəqqidən istifadə etmək, iş görmək bacarığı və s. tələb olunur. Bunlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi təfəkkür tərzi, konkret olaraq sahibkarlıq təfəkkürü tələb olunur ki, bunun da tərkib hissəsi kimi təşəbbüskarlıq, digərləri ilə münasibətə girmək bacarığı, yüksək məsuliyyət hissi, təşkilatçılıq, qətilik, inadkarlıq, liderliyə can atmaq və s. xüsusiyyətlər sahibkarda cəmləşməlidir” – Anar Vəliyev tədbir iştirakçıları qarşısında çxışı zamanı bildirib.
Sonda müzakirələr aparılıb və iştirakçıların suallarına cavab verilib.
Sorğu
Yeni dizaynımız necədir?