MTN-in ləğvindən və yüksək rütbəli zabitlərin həbsindən sonra maraqlı məqamlar ortaya çıxdı.
Düzdür hazırda daha çox diqqət MTN rəsmilərinin milyonlara sahib olmasına, sahibkarları müflis etmələrinə daha çox yönəlib. Amma apardığımız araşdırmalar sübut edir ki, bu proseslərin siyasi tərəfləri daha mürəkkəbdir və bu proseslər baş tutsaydı daha ciddi gərginliklər yarana bilərdi. Bu proseslərdə diqqəti daha çox cəlb edən ilk məqam Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı qurulan oyun olub. Söhbət Elşad Abdullayev hadisələrindən gedir.
“Gündəm Xəbər” bildirir ki, 10may.az saytının araşdırmaları sübut edir ki, bu prosesin kökündə Ramiz Mehdiyevi görəvindən kənarlaşdırma cəhdləri dayanıb. Çünki Eldar Mahmudovun daha ciddi post sahibi olması üçün ona ilk növbədə əngəl yaradan Ramiz Mehdiyev olub. Belə ki, o şantaj və hansısa vədlər hesabına həlledici nazirlikləri ələ keçirə bilmişdi. Amma Ramiz Mehdiyev faktoru, eyni zamanda Ramil Usubovun mövcudluğu Eldar Mahmudov üçün problem idi. Buna görə Elşad Abdullayevdən istifadə etməklə Ramiz Mehdiyevi və yaxın çevrəsini sıradan çıxartmağa cəhdlər oldu. Xatırlayırsınızsa bu proses baş verəndən dərhal sonra Fətullah Gülənçilər mövzusuda gündəmə gətirildi və yenə də cəhdlər edildi ki, əsasən Ramiz Mehdiyevin yaxın çevrəsini hədəfə alsınlar. Halbu ki, Azərbaycanda Fətullah Gülənə daha yaxın simalar varıydı və onlar nədənsə kənarda qaldılar. Beləliklə Eldar Mahmudov əlindəki bütün resursları işə salaraq Ramiz Mehdiyev faktorundan yaxa qurtarmaq istədi. Bunu da qeyd edək ki, bu oyunda bir zamanlar Ramiz Mehdiyevlə yaxın olan millət vəkillərindən də istifadə olundu. Çünki cəmiyyətdə belə rəy var idi ki, bu şəxslər Ramiz Mehdiyevin adamlardır. Halbu ki, onlar Ramiz Mehdiyevlə əlaqələrini kəsmişdilər. Beləliklə Ramiz Mehdiyevin ətrafında həlqənin daralması prosesinə start verildi. Sadəcə olaraq şantaj məsələlərində peşəkar olan Eldar mahmudovun siyasi zəifliyi səbəbindən o başladığı prosesi başa çatdıra bilmədi. Digər tərəfdən isə Eldar mahmudov hakimiyyət düşərgəsində özünə kifayət qədər çox düşmən qazanmışdı və heç kəs əslində istəmirdi ki, Eldar mahmudov daha çox səlahiyyətə sahiblənsin . Başqa ciddi bir məqam isə Eldar mahmudovun başladığı prosesin ortasında daha çox imkanlara sahiblənmək istəyi qurduğu sistemi çökdürtdü.
Sorğu
Yeni dizaynımız necədir?