Bu gün Azərbaycanda təhsilin səviyyəsini yüksəltmək üçün dövlət tərəfindən kifayət qədər işlər görülür, yeni məktəb binaları inşa edilir və ən yüksək səviyyəli avadanlıqlarla təhciz edilir. Amma deyəsən bunlar o qədərdə kifayət etmir. Çünki muasir avadanlıqlarla təhciz edilmiş məktəbləri idarə edəcək peşəkar müəllimlərə də ehtiyac var. Bu məsələdə isə Şəmkir rayonu Yaşar Əsgərov adına tam orta məktəbin bəxti gətirməyib. Səbəb isə məktəbin direktorundadır. “Gündəm Xəbər”ə Şəmkir rayonu Mahmudlu kəndinin sakini Murad Quliyevin göndərdiyi məktubda bunun səbəbləri açıqlanır. Məktub müəllifi məktəb direktoru Ramiz Cəfərovla bağlı ilginc faktlar söyləyir. Gəlin öncəliklə məişət pozğunu kimi təqdim olunan Ramiz Cəfərovla bağlı yazılanlara diqqət ayıraq. Şikayətçi yazır:”Məktəb direktorunun özü ilə yanaşı ailə üzvləri də rayonda normal qəbul olunmurlar. Çünki məktəb direktorunun bacısı Gülbəniz Mikayılqızı öz ərini və üç uşağını ataraq başqa kişiyə qoşularaq qaçıb. Qardaşı Tofiq Cəfərov isə Rusiyanın Rostov şəhərində dələduzluq üstündə qətlə yetirilib”. Düzdür deyə bilərsiniz ki, heç kəs qardaş və bacısına görə məsuliyyət daşımır. Amma məktəb direktorunun özü haqqında da şikayətçi ciddi faktlar sadalayır. Və bu faktları eşidəndə Ramiz Cəfərovun nəinki direktor olmasını, hətta müəllim kimi də fəaliyyət göstərməsini qəbul etmək mümkün deyil. Gəlin şikayət məktubundakı növbəti məqama baxaq. Müəllif yazır:”Ramiz Cəfərov sözün həqiqi mənasında məişət pozğunudur. Belə ki, o, 1982-ci il təvəllüdlü Cəmilə Yusifova ilə olmazın əməllərdən çıxır. Cəmilə Yusifova kənddə fəhləliklə məşğul olurdu. Günlərin biri Ramiz Cəfərov onu görür və məktəbə xidmətçi götürərək qeyri-rəsmi onunla münasibət qurur. Günlərin biri isə qadının əri Ramin Məmmədov bundan xəbər tutur və qadının üzünə bıçaqla xəsarət yetirir. Bundan sonra onun ərinə 8 il həbs kəsilir. Bununlada məktəb direktoru ilə xidmətçi daha rahat görüşməyə başlayırlar. Amma eşitdiyi qınaqlardan sonra məcbur olur ki, onu işdən azad etsin. Amma qeyri rəsmi olaraq yaşadığı xidmətçini bu dəfə Posanlı kənd məktəbində işə düzəltdirir. Bir müddətdən sonra isə kənd məktəbinin direktoru bilir ki, xidmətçi qadın normal insan deyil və buna görə onu işdən azad edir. Amma Ramiz Cəfərov Cəmilə Yusifovanın yenə də qayğısına qalır və hətta ona Şəmkir bazarının yuxarı hissəsində qanunsuz və qeydiyyatsız olaraq bir otaqlı mənzil tikdirib. Buda aydın oldu ki, məktəbin büdcəsindən 24 min manat əskik çıxıb və bu pullar Cəmilə Yusifovanın mənzili üçün xərclənib”. Şikayətçi həmçinin məktəb direktorunu başqa qanunsuzluqlarda da ittiham edir. Redaksiyamıza göndərilən məktubda yazılır: ”Mənim qızım Leyla Quliyeva 2012-ci ildən 2015-ci ilə qədər Ramiz Cəfərovun direktoru olduğu məktəbdə laborant kimi işləyib və sonradan heç bir əsas olmadan saxta yollarla işdən azad olunub. Maraqlıdır ki, qızımda başda olmaqla bəzi laborantların maaşları direktor tərəfindən mənimsənilirdi. Amma uzun mübarizədən sonra qızımın 3 illik əmək haqqını ala bildim. Məktəb direktorunun bu özbaşınalığını isə heç kəs görmək istəmir”. Yəqin ki, bütün bunlkardan sonra Ramiz Cəfərovun direktor olub olmamasını oxucular müəyyənləşdirə bilər. İttiham olunan tərəfində cavab vermək haqqını isə tanıyırıq və mövzu diqqətimizdə olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?