GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müavinini prezidentin qovduğu oliqarx-generalın şok biznes “imperiyası”…

Müavinini prezidentin qovduğu oliqarx-generalın şok biznes “imperiyası”…

Tarix: 25-07-2017, 21:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 058
Müavinini prezidentin qovduğu oliqarx-generalın şok biznes “imperiyası”…


Arzu Rəhimovun Novruzəli Orucovdan sonra əl-qolu açılıb: Xidmət rəisi uniforma biznesi, “niqodnıy” bilet alveri, komissarlıq binalarında maxinasiyada ittiham edilir
Oğlu avtobus şoferini döydüyü üçün işdən atılan generalla Arzu Rəhimovun arasından “pişik keçib”, onun postuna göz dikibmiş - Təfsilat


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun müavini postu hələ ki boş qalıb.
“Gündəm Xəbər” qəzetinin verdiyi məlumata görə, A.Rəhimov müavini Novruzəli Orucovun gedişinə sevincək olub. Çünki general rəisin postuna çoxdan göz dikmişdi.
Onu himayə edən Vahid Əliyev isə PA-dakı vəzifəsini itirdi. Bir tərəfdən də oğlu ilə bağlı məsələ onun ümidlərini yerə vurdu.
Bundan sonra N.Orucova vəzifə veriləcəyi inandırıcı deyil. Deyilənlərə görə SHXDÇDX-də bəzi şöbə və rayon idarə rəisləri Orucova “rəis” deyə müraciət edirdilər.
Bu müraciətləri ilə onlar Arzu Rəhimovu rəis kimi görmək istəmədiklərinə eyham vurmaqla yanaşı, N.Orucou bu postda görmək istədiklərini bildirmiş olurdular.
Düzdür, iddia olunan bu məlumatın nə dərəcədə gerçək olduğunu bilmirik. Ancaq bununla belə Arzu Rəhimovla Novruzəli Orucovun arasının soyuq olduğu strukturda hamıya aydındır.
Orucov zaman-zaman SHXDÇDX-nin rəis olmaq üçün mümkün olan bütün əlaqələrindən istifadə edib.
Məlumatlara görə, bir zamanlar qılıncının dalı da, qabağı da kəsən sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qrupunda yer alan Novruzəli Orucov rəis olmaqdan ötrü Ziya Məmmədovdan da kömək istəyib.
Ziya Məmmədov isə bu məsələdə Novruzəli Orucova lazımi dəstəyi verəcəyini deyib. Lakin indi hər iki məmur vəzifəsindən uzaqlaşdırılıb.
Novruzəli Orucov bir zamanlar xidmət rəisi olmaq üçün Ziya Məmmədovdan olduğu kimi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasınıı rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin də dəstəyini ala bilmişdi.
General Novruzəli Orucovun oğlu Rüstəmin xuliqanlığa görə həbs edilməsi və atasının işdən qovulması hakimiyyətdəki bir sıra məmurlara növbəti dərs oldu desək yanılmarıq. Çünki beləsi olmamışdı və ölkə başçısı çox ciddi bir cəza verdi.
Bundan sonra A.Rəhimovun müavini təyin olunmayıb. Xidmət rəisinin əl-qolunun açıldığını iddia edən mənbə qeyd edir ki, onun bütün sahələri əlində cəmləşdirəcəyi söylənir.
Bundan əlavə, “niqodnıy” bilet biznesi və digər korrupsiya əməliyyatlarında A.Rəhimovun inhisarçılıq yaradacağı bildirilir. Odur ki, bundan yaxşı fürsət olmazdı.
“Gündəm Xəbər” qəzetinin verdiyi məlumata görə, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A.Rəhimovun arzusu ilə pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən pul qazanır.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
A.Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır.
Amma A.Rəhimov ayrılan maliyyəni mənimsəyərək komissarları öz cibindən xərc çəkməyə məcbur edir. İddialara görə, belə bir hal bu yaxınlarda Cəlilabadda yaşanıb.
Komissar Həsrət Rüstəmov 110 min manat xərcləməli olub. Hətta yaxın çevrəsinə danışıb ki, evini satmağa məcbur olub.
Generalın uniforma və komissarlıq binaları biznesi onun var-dövlətinin artmasına, oliqarxa çevrilməsinə səbəb olub. A.Rəhimov hərbi sahədə məmur deyil, bir oliqarxa çevrilib.
Ona görə də Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən bir malikanənin A.Rəhimova aid olması təsadüfi deyil.
Çox maraqlıdır ki, ölkədə səfərbərliyə birbaşa rəhbərlik edən,və rəhbərlik etdiyi sahənin bütün xərclərini dövlətin qarşıladığını diqqətə alsaq Arzu Rəhimovun belə bir cəh-cəlala necə sahib olduğu aydınlaşmalıdır.
Azərbaycanda müxtəlif tip məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yaxın qohumlarının,sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən pərdə də asa bilirlər.
Mediada gedən məlumatda iddia edilir ki, generalın malikanəsində yaşayış yoxdur. Malikanənin qarajında 5 lüks avtomobil var ki, bu avtomobillərin ümumi dəyəri 500 yüz min manata yaxındır.
Malikanənin Arzu Rəhimovun Tahir adlı şəxsdən 2 milyon manata alıb. Daxil olan məlumatda qeyd edilir ki, hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.
Beləcə, A.Rəhimovun uniforma biznesi, maxinasiyalar, əsgərlikdən yayınma biznesi və s. kimi hallarla bağlı monopolistə çevriləcəyi qeyd edilir.
Maraqlıdır ki, bu Xidmətin yaranma tarixi çox uzaq deyil. Yəni, son bir neçə ildir ki Səfərbərlik Xidməti yaradılıb.
Ancaq çox qısa müddətdə A.Rəhimov bu sahəyə rəhbərlik etməklə milyonlara sahiblənib, böyük maliyyə əldə edib və oliqarx-general olub. N.Orucovun gedişi isə xüsusi olaraq Xidmətdə toy-bayrama gətirib çıxarıb.
A.Rəhimov müavinindən əbədi qurtuluşu sevincə səbəb olub. Onun yeni müavini isə çətin ki, mövqeləri bu qədər möhkəmləndirə bilsin.
“Gündəm-Xəbər” media üzərindən apardığı araşdırmaya əsasən yazır ki, Arzu Rəhimovun rəis olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri hərəkətlənib.
Həmçinin, həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürüldüyü iddia edilir.
Bununla bağlı artıq nazirlikdə xüsusi komissiya yaradılıb. Bildirilir ki, “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq.
Onlara həmin biletləri verən aidiyyəti qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaqlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Neçə müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən özbaşınalıqlar dövrü mətbuatın diqqət mərkəzindədir.
Buna qədər yazılanlar arasında dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-də baş verən rüşvət və korrupsiya halları, habelə digər bu kimi faktlar ictimailəşdirilirdi.
Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq milyoner “iş adamına” çevrilib.
Hərbi bileti təxminən 4500 – 5000 manat arasında satan İlqar Əlimirzəyevin həmçinin Qəbələdə villa biznesi ilə də məşğul olduğu bildirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda xidmət edirlər.
Daha əvvəl səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında mətbuatda məlumat yayımlanmışdı.
“Gündəm Xəbər”in məlumatına görə, Azərbaycanda struktur islahatları gündəmə gəlib. Hökumət açıq şəkildə bəyan edib ki, qənaət rejiminə keçid olunub
Bu da bir çox dövlət qurumlarının ləğvi ilə yanaşı təkrar strukturların birləşdirilməsini aktuallaşdırıb.
Məlumata görə, adı korrupsiyaya bulaşmış və reputasiya yerlə bir olan daha bir dövlət qurumunun ona yaxın nazirliyə birləşdirilməsi real görünür.
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğvi gözlənilir. Bu struktura müxtəlif ittihamlar var. Xidmətin adı “niqodnıy bilet” alverindən tutmuş yeyintilərə qədər hallanır.
Mətbuatda yer alan faktlara inansaq, 2016-cı il dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.
Bu cür hallar qurumun ləğv edilərək səlahiyyətlərinin Müdafiə Nazirliyinə ya da ASAN Xidmətə verilməsini şərtləndirir.
Onu da xatırladaq ki, hərbi sistemdə perespektivli və perespektivsiz zabitlər var. Arzu Rəhimov perespektivli zabitləri uzaqlaşdırıb, perespektivsiz zabitlərə vəzifə verib.
Məsələn, Arzu Rəhimovun yaxın qohumu mayor Kazımov Rəşad xidməti uyğunsuzluqla Müdafiə Nazirliyindən tərxis olunsa da sonradan Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb.
Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Abbasquliyev Mədət də Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb.
Bütün bu iddialara və ittihamlara baxmayaraq, sözügedən qurumun mətbuat xidməti də işlək vəziyyətdə deyil, açıqlamalar vermir, media ilə işləmir, press-reliz yaymır, mövqe bildirmir. Nəticədə faktlar mediada tirajlanır və cavabsız qalır. Bununla belə, qarşı tərəfi dinləməyə hazırıq.

Rafiq Qara
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfərbərlik xidmətində daxili savaş

    Səfərbərlik xidmətində daxili savaş ...

    6-11-2013, 13:48

  • 
  • Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli Orucovun çöküşü

    Generalların SHXÇDX uğrunda savaşı - Novruzəli ...

    26-05-2017, 17:03

  • 
  • Arzu Rəhimova qarşı səfərbərlik

    Arzu Rəhimova qarşı səfərbərlik ...

    8-01-2017, 21:05

  • 
  • Arzu Rəhimova qarşı səfərbərlik

    Arzu Rəhimova qarşı səfərbərlik ...

    5-01-2017, 20:43

  • 
  • Tərbiyəsiz məmur balaları atalarının başını yeməkdədir - Şok təfsilat

    Tərbiyəsiz məmur balaları atalarının başını ...

    18-07-2017, 15:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu