GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ömrü qadağalarda keçən dissident Flora Kərimovaya efir qadağasının sirri - Təfsilat

Ömrü qadağalarda keçən dissident Flora Kərimovaya efir qadağasının sirri - Təfsilat

Tarix: 15-08-2017, 20:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 887
Ömrü qadağalarda keçən dissident Flora Kərimovaya efir qadağasının sirri - Təfsilat


Hakimiyyətdəki bədxahları Zeynəb Xanlarovanın tapşırığı ilə Flora Kərimovanı efirdən məhrum edib - təfərrüat “Gündəm-Xəbər”də...

ATV-dəki “Nanəli” verilişinin bağlanması və məmurların əmrinə boyun əyən telekanalların iki xalq artistinin qovğasına qarışmasının - Detalları Azərbaycan musiqisinin əvəzolunmaz və ecazkar səsi Flora Kərimovaya yenidən efir qadağası qoyulub. Milyonların sevimlisi və xalqının sənətkarı, hər zaman həqiqətləri söyləyən, ölkənin milli problemlərinə biganə qalmayan müğənniyə təzədən telekanalların qapıları örtülüb. Bunun səbəbkarı isə millət vəkili, böyük sənətkarımız Zeynəb Xanlarovanın olduğu iddia edilir.
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, Z.Xanlarovanın şəxsi tapşırığı ilə F.Kərimova efirdən məhrum edilib.

Floraya və “Nanəli”yə cəza

Bir müddət əvvəl Kərimovanın Xanlarova barəsində dedikləri vəziyyəti bu yerə gətirib çıxarıb. Onun Z.Xanlarovanın səsi olmadığı və kimlərinsə dəstəyi hesabına parladığını deməsi qalmaqala səbəb olmuşdu. Çox çəkmir ki, göründüyü kimi, F.Kərimova “cəzalandırılır” – ona efir qadağası qoyulur. Bir vaxtlar mərhumə İlhamə Quliyevanın göstərişi əsasında Flora Kərimova uzun müddət efirdən uzaq saxlanıldı. İndi də Zeynəb Xanlarovanın iqtidardakı əlaqələrindən istifadə edərək xalqın sevimlisinə televiziyaları yasaqladığı söylənir Əlbəttə ki, hər iki sənətkar xalqın sevimlisidir, onlara çox böyük hörmət var, hər birinin Azərbaycan xalqının qəlbində öz yeri, heykəli var. Ancaq əfsuslar olsun ki, çox miskin bir mənzərə yaranıb: iki böyük sənətkarın mübahisəsinə hakimiyyət kluarlarındakı bəzi iri fiqurlar qoşularaq Kərimovanı efir üzünə yenə də həsrət qoyublar. Görünür ki, həmin məmurların F.Kərimovadan əvvəldən xoşu gəlmir və onu hər dəfə
cəzalandırmağa bəhanə gəzirlər.

İki sənətkarın davasında miskin mənzərə

Bu, bəlkə də onun bir zamanlar müxalifətdə olması ilə bağlıdır və hakimiyyətdəki bəziləri onun fəaliyyətini unutmayıblar. Lakin 70-dən yuxarı yaşı olan bir sənətkara qarşı ömrünün bu çağında belə münasibət ərgilənməsi olduqca iyrənc və utanvericidir. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, son vaxtlar ATV-dəki “Nanəli” verilişində Flora Kərimovanın rəhbərliyi ilə ölkənin ən sanballı və əxlaqlı müğənniləri böyük tamaşaçı rəğbəti
qazanmışdı. Ancaq kimlərinsə qısqanclığına səbəb oldu və həmin veriliş dayandırıldı. Televiziyalar səsi olmayan, çılpaq, yüngül xarakterli manısları ekranlardan əskik etmirlər. Əvəzində “Nanəli” bağlanır, Flora xanımın ideyası olan və xalqın sevdiyi proqram efirdən çıxarılır, özünə də qadağa qoyulur. Bu dövlət siyasətidirmi?Əgər elədirsə, rüsvayçılıqdır. Bu dövlət, televiziyalara barmaq silkələyib deyə bilmir ki, əxlaqı olmayan, çılpaqlarla əxlaqlı müğənnilərin efirlərdə yerini dəyişin?!

Özgənin əli ilə susdurmaq...

Əslində, bu konflikt bu ilin qışından var idi. Zeynəb Xanlarovanın göstərişi əsasında qadağa qoyulmasını Flora Kərimovanın özü açıq şəkildə mətbuata söyləmişdi. Sitat: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi ”Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu. Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara. Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda...Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.

Məmurlar şou-biznesdə...

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, F.Kərimovaya efir qadağası ən yüksək eşelonda razılaşdırılmayıb. Sadəcə, müəyyən qüvvələrin təlimatı və diktəsi ilə reallaşdırılıb. Hakimiyyətin içində olan bəzi dairələrin belə uğursuz, yersiz hərəkəti, iki xalq sənətkarının qovğasında tərəf saxlaması, bəzi məmurların özlərini şou-biznes adamları kimi aparması heç bir əndazəyə sığışmayan hərəkətlərdir. Flora Kərimova müxalif siyasi partiyalardan birində təmsil olunurdu. Şübhəsiz ki, o zaman Flora Kərimovanın bədxahları da bu faktdan ona qarşı istifadə edir, onun efirə buraxılmamasına çalışırdılar. Flora Kərimova ilə mərhum müğənni İlhamə Quliyeva ilə arasındakı konflikt də bu məsələdə az rol oynamamışdı. Amma sonradan nə yaxşı ki, bəzi telekanal rəhbərləri Flora Kərimova kimi əvəzsiz bir sənətçini efirə buraxmamağın nə qədər yanlış bir addım olduğunu dəyərləndirə bildilər. Əlbəttə, Flora Kərimovanın efirə buraxılmamasının ən böyük zərbəsi Azərbaycan musiqisinə, eləcə də Flora xanımın pərəstişkarlarına dəydi. Nəhayət, uzun müddətlik qadağa aradan qaldırıldı, bütün telekanallar Flora Kərimovaya "yaşıl
işıq" yandırdı. Bundan isə qazanan hamı oldu: həm həmin televiziyalar, həm də xalqımız.
Zeynəb Xanlarova mütəllibovçu imiş “Gündəm-Xəbər” yada salır ki, Flora Kərimova həmkarı haqda bu ifadələri səsləndirmişdi: Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu.
Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm o səhnəyə mədəniyyət gətirə bilmədi. Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı”.
Bu ifadələrə cavab vermək olardı və məsələ bağlanardı. Amma qarşılığında Flora xanıma efir qadağası qoyulub.

Telekanallar məmurların “kəbinli arvadı”

Telekanallar isə hökumətdəki məmurların “kəbinli arvadı” rolunda çıxış edərək əmrə boyun əyiblər və nə xalqı, nə musiqini düşünüblər, dərhal xalqın sevimli sənətkarını efirdən məhrum ediblər. Əlbəttə ki, telekanal rəhbərlərinin ipi öz əllərində deyil və onları kukla kimi idarə edirlər. Unudublar ki, Azərbaycanın hər bir qiymətli sənətkarı millətin sərvətidir. İstedad Allahın bağışladığı elə bir nemətdir ki, zəhmətin sayəsində, yorulmadan çalışmağın nəticəsində millət
tərəfindən sevgi qazana bilirsən. İstər Zeynəb Xanlarova, istərsə də Flora Kərimova Azərbaycan mədəniyyəti tarixinə öz adlarını həkk etmiş insanlardır. Böyük sərvət yaradıblar. Bu cür insanların qədir-qiymətini bilməliyik. Güman edilir ki, ayrı-ayrı sənətkarlarla bağlı bəzən mətbuat səhifələrinə çıxarılan münaqişələr
mahiyyət etibarilə düzgün olmayan addımdır. Ola bilər ki, kimsə kiminsə haqqında bəzən ehtiyatsız, bəzən onun necə əks-səda doğuracağını düşünmədən nəsə deyə bilir. Sadəcə, müəyən adamlar bu cür insanların dediklərini şişirdirlər. Bundan da xeyirxah olmayan niyyətlər üçün istifadə edirlər. Bu indinin söhbəti deyil. Keçmiş zamanlarda da belə hallar olub. Təkcə bizdə deyil, müxtəlif ölkələrdə də ayrı-ayrı sənət adamlarını qarşı-qarşıya qoymaq səmtində bu cür addımlar atılıb.
Belə təşəbbüsləri, belə niyyətləri heç cür qəbul etmək olmaz.

İki sənətkarı qızışdıranlar

Flora Kərimova ona görə danışır ki, 3-5 jurnalist bəzi məsələləri qurdalayır. İnsanları rahat buraxmaq lazımdır. Flora Kərimova və digər sənətçilərə müraciət edərkən qeybət mövzularında suallar verməyin. 3-5 dəfə bu cür suallar qoyanda o da məcbur olub cavab verir. Zeynəb Xanlarovanın 10 illər boyu bu milləti tanıtmaq yolunda işlərindən danışmaq lazımdır.Flora Kərimovanın Azərbaycan estradasının səhnəsindəki böyük işlərindən bəhs etmək lazımdır. Ayrı-ayrı insanlarla həmin sənətkarların sənətinin gözəlliklərindən danışmaq lazımdır. Qızışdırıcı, dedi-qodu səviyyəsində olan mövzuları müzakirəyə çevirmək doğru deyil. Nəticəsi də göz qabağındadır: biri digərinə efir qadağası qoydurur.

Ömrü qadağalarda keçən dahi qadın - Dosye

Qeyd edək ki, həddən artıq hipertrofiya olunmuş ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəməyən xasiyyətinə görə, xalq artisti öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağada olmuşdur. Amma, hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur. İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə almışdır. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox
zildən "Qarabağ Şikəstəsi" ni ifa etmişdir. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, türk mahnısı olan "Atlı Karınca" adlı musiqini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirmişdir. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar. Sonradan, Moskvadan gələn Mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansı ki, Flora Kərimovanın ifasını tanıyırdı,) xahişi ilə xanım
Kərimova səhnəyə qaytarılmışdır. Daha sonralar, Azərbaycanın birinci katibinin istəyini həyata keçirmədiyinə görə yenidən səhnədən kənarlaşdırılmışdır. Ona dissident qadın müğənni də demək olar...

Rafiq Qara
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Flora Kərimovaya efir qadağası: itirən telekanallardır

    Flora Kərimovaya efir qadağası: itirən ...

    17-05-2017, 16:02

  • 
  • Telekanallar Flora Kərimovaya qadağa qoyub

    Telekanallar Flora Kərimovaya qadağa qoyub ...

    13-01-2017, 23:24

  • 
  • Flora Kərimova Zeynəb Xanlarovanı parodiya etdi - video

    Flora Kərimova Zeynəb Xanlarovanı parodiya etdi - ...

    22-02-2017, 00:02

  • 
  • Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə dəqiqləşdi

    Zeynəb Xanlarovanın oğluna verilən yeni vəzifə ...

    18-12-2012, 13:47

  • 
  • Zeynəb Xanlarovanın parlamentdəki çıxışı - İstəyirlər ki, xalq qalxsın ayağa? -VİDEO

    Zeynəb Xanlarovanın parlamentdəki çıxışı - ...

    25-02-2014, 22:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu