GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR

"Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR

Tarix: 18-08-2017, 17:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 943
"Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR


Bu ilin mayından Azərbaycanda bütün ictimai yerlərdə, o cümlədən, kafe və restoranlarda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadə qadağan olunub. Amma qanunun qəbulundan iki aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də əksər kafe və çay evlərində qəlyan ən vacib atributdur. Bakıda qəlyan salonlarının sayı az qala ərzaq mağazalarını da ötüb keçib. Əsasən binaların zirzəmilərində, yarıqaranlıq otaqlarda yerləşən qəlyan salonlarının daimi müştəriləri isə yaşı 15-18 aralığında olan yeniyetmələrdir. Qəlyan salonlarının məktəblərin, təhsil müəssisələrinin yaxınlığında yerləşməsi qəlyana maraq göstərən azyaşlılar üçün bu təhlükəli vərdişi əlçatan edir.

Onların çoxu isə daha çox lovğalanmaq, tüstülənən qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq üçün belə yerlərə üz tuturlar. Ən pisi də odur ki, evdən xəlvət qəlyan çəkməyə çay evlərinə üz tutan yeniyetmələr təkcə oğlanlar deyil, onlar arasında həmyaşıdlarına qoşulub məktəbdən qaçan qızlar da var. Bunu çay evlərinin administratorları da təsdiqləyirlər.

"Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR


“Şəkil çəkdirib “Facebook”a qoymaq üçün qəlyan çəkirlər”

Reportaj hazırlamaq üçün üz tutduğumuz qəlyan təklif olunan çay evlərinin əksəriyyətində qapalı yerlərdə qəlyanın qadağan olunmasından xəbərsiz idilər.

“Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən çay evinin qəlyançısı zirzəmidə yerləşən çay evinin qapalı məkan olmadığını da bizə sübut etməyə çalışdı: “Bura qapalı yer deyil ki, qəlyan çəkiləndə pəncərələri açırıq da…” – amma ətrafa boylansam da, zirzəmidə pəncərə gözə dəymirdi.

Əksər çay evləri və kafelərdə qəlyanın əsas müştəriləri azyaşlılar olsa da, rəhbərlik bunu inkar edir. Qəlyançı Tural deyir ki, çay evinə şəxsiyyət vəsiqəsini göstərmədən girmək mümkün deyil: “Düzdür gələnlərin çoxu gənclərdir, hətta azyaşlılardır. Amma biz 18 yaşdan aşağı uşaqları içəri buraxmırıq, mütləq şəxsiyyət vəsiqəsi istəyirik. Çoxu da heç qəlyanı başa düşmür, gəlir ki, qəlyanla şəkil çəkdirib “Facebook”a, “Instagram”a qoysun, lovğalansın”, - deyə qəlyançı deyir.

Qəlyançı qəlyanın zərərli olması ilə bağlı deyilənlərlə razılaşmasa da, bəzi qəlyançıların təhlükəli maddələrdən istifadə etdiklərini deyir: “Şəhərdə bəzi qəlyançılar var ki, tüstünü bol etmək üçün qəlyana qliserin geli qatırlar. Bir o qalıb ki, qəlyana benzin də qatsınlar. Bu düzgün deyil. Ümumiyyətlə, dünyanın hər yerində qəlyanı fincanda çəkirlər, bizdə badımcanda, pomidorda qəlyan düzəldirlər. Qəlyanı azyaşlılara vermək olmaz, onlara ziyandır, həddi-buluğa çatmış adama qəlyanın nə ziyanı olacaq?”, - deyə qəlyançı Tural bildirir.

"Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR


“Qəlyan çəkdiyi yerdə təzyiqi düşdü, huşunu itirdi…”

Qəlyançı deyir ki, son bir neçə il ərzində qadınlar arasında qəlyana çox maraq yaranıb: “Son 3-4 ildə qadınlar arasında qəlyana həddindən çox maraq yaranıb. Xüsusən də məktəb yaşlı qızlar dərsdən qaçaraq qəlyan salonlarına gəlirlər. Bəzi salonlar azyaşlıları buraxmasa da, onlara şərait yaradan da tapılır. Bizə tələbə qızlar dəstə ilə gəlib qəlyan çəkirlər. Hətta olub ki, bir dəfə bir qız qəlyan çəkəndə huşunu itirdi. Təcili yardım çağırdıq, məlum oldu ki, qəlyandan təzyiqi düşübmüş…”

"Məktəbli və tələbə qızlar dərsdən qaçıb qəlyan çəkməyə gəlirlər..." - Bakı çayxanalarını bürüyən duman - FOTOLAR


Bəzi çay evlərində isə qəlyanın yığışdırıldığını dedilər. “28 May” metro stansiyasının yaxınlığında yerləşən çay evinin administratoru Vüqar Davudov deyir ki, onlarda əvvəllər qəlyan olsa da, artıq yeni qanundan sonra ləğv olunub: “Bizdə əvvəl var idi, amma bir aydan çoxdur ki, yeni qanun çıxandan biz də yığışdırmışıq. Qəlyançını da işdən çıxarmışıq. İndi ən çox qəlyan verilən yerlər dindarların çayxanalarıdır. Onlar siqareti haram sayırlar, ona görə orada ancaq qəlyan olur. Onların əsas qazancı qəlyandandır”, - deyə həmsöhbətimiz bildirir.

Bakının çay evləri, kafe və qəlyan salonlarının sayının gün-gündən artması “Tütün məmulatlarının məhdudlaşdırılması haqqında” qanunun hələ də işləmədiyini göstərir. Çünki qanun qəbul olunsa da, qapalı məkanlardan qəlyanın yığışdılması üçün heç kim tələsmir. Bununla bağlı cəza tədbirlərini və cərimələri tətbiq edən orqanın adı da dəqiqləşməyib. Hələ ki, müvafiq icra hakimiyyəti orqanı belə hallarla mübarizə aparmalıdır. Görünür qiyməti orta hesabla 15-20 manat arasında dəyişən qəlyandan əldə olunan qazanc aidiyyatı orqanlar üçün gəncliyimizin itirdiyi sağlamlığından daha vacibdir.

Qəlyana bu qədər maraq meşşanlığın əlamətidir - sosioloq

Sosioloqlar da qəlyanın yeniyetmələr və gənclər arasında bu qədər populyarlaşmasını mənfi hal sayırlar. Sosioloq Əhməd Qəşəmoğlunun virtualaz.org-a bildirdiyinə görə, qəlyanın bu qədər yayılması cəmiyyətdə meşşanlıq həyat tərzinin yaranmasının əlamətidir: “Yaşlılardan soruşsanız görərsiniz ki, sovet dövründə belə əyləncələrin yayılmasına imkan verilmirdi. Çünki bu şeylər insanlarda ciddi həyat tərzindən kənarlaşmaq idi. Burada meşşan, yüngül həyat tərzi təbliğ olunur. Normal işi olan adam, elmlə məşğul olan tələbə və ya yaradıcılıqla məğul olan biri heç vaxt gedib qəlyan salonlarında vaxt keçirməz. Hazırda cəmiyyətimizin əsas problemi maddi dəyərlərlərin mənəvi dəyərlərin sıxışdırılmasıdır. Bu halda cəmiyyətdə gərginlik yaradır. Bu həyat tərzi də cəmiyyətdə maddiyyata meylliyini çoxaldır. Bu cəmiyyətdə kriminal, arzuolunmaz halları, zorakılığı artırır”, - deyə sosioloq bildirir.

Xatırladaq ki, tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. İnsanlar arasında qəlyanın siqaretdən daha ziyansız olması ilə bağlı fikir dolaşsa da, əslində həkimlər mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranmasının qaçılmaz olduğunu bildirirlər.

Qəlyan xərçəng yaradır

Mütəxəssislər bildirirlər ki, narahatedici məqam həm də 1 qəlyanın 50 siqaretə bərabər olması ilə bağlıdır. Hətta bəzi gənclər qəlyanın tərkibinə narkotik vasitələr də qatmaqla istifadə etdikləri də məlumdur. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər. Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir.

"Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu siqaretdən daha çox təhlükəlidir"./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yetkinlik yaşına çatmayan 20 nəfər qəlyan çəkdiyi üçün saxlanılıb

    Bakıda yetkinlik yaşına çatmayan 20 nəfər qəlyan ...

    15-07-2016, 01:31

  • 
  • “Bir də görürsən ki, bir neçə qız oturub, hərəsinin də ağzında...”

    “Bir də görürsən ki, bir neçə qız oturub, ...

    30-04-2017, 16:30

  • 
  • O, siqaretdən də qorxuludur

    O, siqaretdən də qorxuludur ...

    26-11-2014, 11:24

  • 
  • Polis 2 min sulu qəlyanı şəhərin ortasında məhv etdi - FOTOLAR

    Polis 2 min sulu qəlyanı şəhərin ortasında məhv ...

    16-09-2014, 08:05

  • 
  • Sulu qəlyandan istifadə də məhdudlaşdırılır

    Sulu qəlyandan istifadə də məhdudlaşdırılır ...

    27-04-2017, 13:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu