Qəlyan tüstüsü benzolun orqanizmə mənfi təsirini ikiqat artırır. Bu təhlükəli kanserogen bir neçə bədxassəli şişin ortaya çıxmasına və inkişafına şərait yaradır.
Milli.Az Rusiya KİV-ə bildirir ki, Amerikanın San-Dieqo universitetinin alimləri uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər. Araşdırmalarda 208 nəfər iştirak edib. Onları iki qrupa bölüblər. Birinci qrup insanlar qəlyanı qapalı məkanlarda çəkiblər. İkinci qrup insanlar isə onlarla eyni məkanlarda oturub, lakin çəkməyiblər.
Bir ildən sonra testlərin nəticələri göstərib ki, qəlyan çəkən adamlarda benzol metobolitinin miqdarı 4.2 dəfə, digərlərində isə 2.6 dəfə yüksəlib.
Universitetin əməkdaşı, araşdırmanın müəlliflərindən biri Nada Kassemdeyir ki, çəkməyən adamlar da çəkənlərlə eyni havanı udduqları üçün kanserogen tullantıları udurlar. Bu səbəbdən çəkən adamların yanında dayanmaq da orqanizm üçün təhlükəlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?