GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müstəqil medianın son qalası - “Turan”ı Kremlin “5-ci kolon”u çökdürür...

Müstəqil medianın son qalası - “Turan”ı Kremlin “5-ci kolon”u çökdürür...

Tarix: 24-08-2017, 18:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 109
Müstəqil medianın son qalası  - “Turan”ı Kremlin “5-ci kolon”u çökdürür...


Prezidentin ölkədə olmamasından istifadə edən ruspərəst məmurlar Qərbyönümlü daha bir peşəkar və azad mətbu orqanı sıradan çıxarır
Azərbaycan müstəqil mətbuatının son qalalarından olan “Turan” İnformasiya Agentliyini yıxmaq üçün bəzi dairələr səfərbər olunublar.


Prezident İlham Əliyevin ölkədə olmamasından sui-istifadə edərək iqtidardakı bəzi ruspərəst məmurlar Azərbaycanın müstəqil “Turan” İA-nin sıradan çıxarılmasını istəyirlər.

Kremlin həmləsi

“Gündəm Xəbər”in məlumatına görə, bu təzyiqlərin ilk həmləsi media agentliyinə vergi böhtanı atılaraq cinayət işinin açılmasıdır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.
Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Adıçəkilən qurumların əməlləri qanuna zidd və açıq-aşkar qərəzlidir», - agentlikdən bildiriblər.

Ötən həftənin ən mühüm hadisələrindən biri olan “Turan”a cinayət işinin açılmasına hansı qüvvələr nail olubsa, onlar ölkə prezidentinin media siyasətinə qarşı müharibə açmış olublar.

Ölkə başçısı səfərə çıxar-çıxmaz müstəqil mətbuata çamur atmağa başladılar. Bu məmurlar heç də özfəaliyyət yerinə yetirməyiblər. Onlar Azərbaycanda Kremlin seçiqabağı maraqlarını təmin etmək üçün çırmanıblar.

Müstəqil medianın son qalası  - “Turan”ı Kremlin “5-ci kolon”u çökdürür...


Niyə?

Sual ritorikdir. Çünki “Turan” və onun baş direktoru Mehman Əliyev həmişə şəffaf fəaliyyəti ilə yanaşı Qərbyönümlü mövqeyi ilə də seçilib.

Moskva isə Bakıda Qərbin siyasi və media təsisatlarının sıradan çıxarılmasına diktə etməkdədir. Həmin məmurlar da məhz arxasını rus bayrağına söykəyərək informasiya müharibəsində anti-Qərb mövqeyində dayanıblar.

Məqsəd Azərbaycanda peşəkar, müstəqil və Qərbyönümlü medianı tamamilə mətbu səhnədən silməkdir. Çünki Qərb ölkələrinin Bakıdakı səfirlikləri “Turan” İA-nin bülletenlərinə abunədirlər. Eyni zamanda M.Əliyevin Qərb ölkələrinin media qurumları ilə tərəfdaşlığı var.

Aydın görünür ki, seçkilərə az vaxt qalır və həmin ərəfədə Qərbyönümlü ciddi bir medianı susdurmaq xəttini seçiblər. Bu da öz növbəsində yalnız qonşu Rusiyanın maraqlarına xidmət edən məmurların sifarişidir.

M.Əliyevə qədər ölkənin ən məşhur, müstəqil, ağıllı jurnalistləri - Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev və digərləri neytrallaşdırılaraq susdurulub. Bu təzyiqlərin davamında növbəti ciddi jurnalistika mərkəzi M.Əliyev idi.

Ən qəribəsi ondan ibarətdir ki, “Turan” İA kimi mötəbər media mərkəzinə cinayət işi açılması bu günə qədər Prezident Administrasiyasında KİV-ə nəzarət edən ictimai-siyasi şöbədən bir cümləlik reaksiya da olmayıb.

Üstəlik, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla ”Turan” İA-nin direktoru Mehman Əliyev Moskva Dövlət Universitetində oxuyublar.

M.Əliyev Jurnalistika, Ə.Həsənov Tarix fakültələrində təhsil alıblar. Onların tələbəlik dövründə münasibətləri olub, bir-birini tanıyıblar.

Amma indi niyə prezident yanında KİV-ə nəzarət edən ictimai-siyasi şöbə saxta cinayət işinə, vergi böhtanına reaksiya vermir.

Yeri gəlmişkən, M.Əliyev sıradan bir fiqur olmayıb. O, mərhum prezident Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Hələ 90-cı illərin ortalarında, yəni H.Əliyev artıq hakimiyyətdə olduğu dövrdə M.Əliyevə Prezident Aparatında yüksək vəzifə təklif edibmiş. Məlumata görə, mərhum prezidentin ona böyük hörməti olub və komandasında görmək istəyib.

Bu, ayrı məsələdir ki, onlar bir yerdə işləyiblər ya yox, əsas fakt M.Əliyev kimi fəaliyyəti hər zaman şəffaf olan vergi ödəyicisinə qarşı qondarma ittihamların irəli sürülməsi, Əli Həsənovun və PA-dakı şöbənin hadisəyə münasibət bildirməməsidir.

Görünən mənzərə Azərbaycanda prezident seçkilərinə bir il qalmış mətbuatın ayaqlar altına atılmasında, müstəqil medianın məhv edilməsində birbaşa Kremlə bağlı dairələrin fəaliyyətidir.

Ölkənin media və siyasi həyatında çox ciddi böhran, qarşıdurmaya aparan addımlar atan bəzi məmurların yaratmaq istədiyi çaxnaşma heç yaxşı perspektivlər vəd etmir.

KİVDF-nin “separatçı” siyasəti...

“Gündəm Xəbər” bildirir ki, bu qarşıdurma KİVDF tərəfindən jurnalistlərə mənzil paylanmasından başlanmışdı.

O ərəfədə evlərin açarlarının bəzilərinin katibələrə, şoferlərə, məmurlara, stajı az olanlara, qeyri-peşəkarlara, amma hakimiyyətdəki bəzi məmurlara yaxınlığı olan jurnalistlərə paylanmasından yazan mətbuat nümayəndələrini az qala vətən xaini, dövlət düşməni çıxarsınlar.

KİVDF azad medianın ələbaxımlı olması və jurnalist ordusu içərisində nifaq düşməsi yolunda əsas “separatçı” missiyasını yerinə yetirirdi.

Hətta həmin vaxt ev alan jurnalistlərə çağırış edildi ki, sizi ittiham edən, katibələrə ev verildiyini yazan həmkarlarınıza cavab verin, susmayın. Bu, birbaşa toqquşmaya, media cameəsində ikitirəlik yaratmağa hesablanmış addım idi.

Həqiqətən evsiz jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasının qayğısına qalırdılarsa, çap mediasının satış, reklam bazarında fəaliyyətinə yol açılmalıydı, eynilə onlayn mediada da reklam bazarı formalaşmalıydı. O zaman baş redaktorların verdiyi məvaciblə jurnalistlər ev, maşın sahibi olacaqdılar.

Siyasi mətbuatın çökdürülməsi, qəzet satışının sıfıra endirilməsi ilə KİVDF Azərbaycanda müstəqil mətbuatın başdaşını qoydu. İndi isə “Turan” İA kimi müstəqil qalan tək-tük media orqanları da sıradan çıxarılır.

Hakimiyyətdəki “5-ci kolon” üzvlərinin, ruspərəstlərin yürütdüyü siyasət rəsmi Bakı ilə Qərb arasında əlaqələri pisləşdirməyə körüklənmiş fəaliyyətdir.

Hələ bunu seçkiqabağı həyata keçirmək ikiqat Qərbyönümlü medianı baltalamaq və Kremlin xoşuna gəlməkdir.

Azərbaycanda “KİVDF jurnalistikası” yaratmaq istəyənlərin planları da məhz müstəqil medianı bu şəkildə sıradan çıxarmaqla reallaşır. O jurnalistikada isə “Turan”a yer yoxdur.

Adı çəkilən Agentlik Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıddır. Ölkənin ən qocaman, stajlı və təcrübəli media qurumlarından biridir. Daxildə və xaricdə etibarlı tərəfdaşları və nüfuzu var.

Məlumatlarını 3 dildə- Azərbaycan türkcəsi, ingilis və rus dilində yayır. Mətbuatın “Qızıl qaydası”- na, qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə əməl etməyə çalışır.

Ən mühüm keyfiyyətlərindən biri odur ki, güclü təzyiqlərin və böyük vədlərin qarşılığında indiyə qədər öz dəsti- xəttini və müstəqilliyini qoruyub saxlayıb.

Reklam, abunə, rəqabət mühitinin olmadığı ölkədə öz daxili imkanları hesabaına bir media qurumunun ayaqda durması fədakarlıqdır. Bu fədakarlığı alqışlamaq əvəzinə onu susdurmaq cəhdi isə həqiqətin ağzına daş basmaq, azad sözü boğmaq və qisasçılıqdır.

Digər tərəfdən ölkəni talayanların, onun malını, mülkinü, mənimsəyənlərin azad media nümunəsini vergidən yayınmaqda ittiham etməsi tarixin acı ironiyasıdır.

Kirayədə yaşayan Əliyev Mehman...

Sual yaranır - rüşvətxor məmurlar bu ölkənin vergi orqanların ömürlərində bir dəfə də olsun vergi ödəyiblərmi?

Görəsən böyük və dəbdəbəli otelləri, şadlıq sarayları, istirahət mərkəzləri, ticarət obyektləri, istixanaları, biznes strukturları, ölkədə və xaricdə villaları olan məmurlar dövlət büdcəsinə nə qədər vergi ödəyiblər?

Ödəyiblərsə həcmi nə qədərdir, ödənişin həcmi və gəlir bəyannamələrini indiyə qədər niyə təqdim etmirlər?

“Turan” İnformasiya Agentliyinə cinayət işinin açılması da başda Agentliyin rəhbəri Mehman Əliyev olmaqla bu mətbuat qurumunun fədakar əməkdaşlarının indiyə qədər azad mətbuat prinsiplərinə sadiq qalmalarıdır. Çirkaba, cinayətə bulaşmamalarıdır.
Təbii ki, dəyərlərini və prinsiplərini qoruyan insanların hər şeyə alqı- satqı gözü ilə baxan hakimiyyətdəki ruspərəstlərlə bazarlığa getməməsi onları hövsələdən çıxarıb bu cür avantürüst addımlar atmağa sövq edir.

Bəlkə də çoxları bilmir ki, Prezident Administrasiyasının jurnalistlərə ev paylanması kampaniyası başlayanda pulsuz mənzil verilməsi ilə bağlı ilk təkliflərdən biri Mehman Əliyevə və “Turan”- a edilib.

Bəlkə də çoxları bilmir ki, bu təklifdən imtina edən, 60 yaşı tamam olan Mehman Əliyev uzun müddətdir ki, kirayədə yaşayır.

Beləliklə, ölkədə Qərb mediasının standartlarına uyğun fəaliyyət göstərən növbəti sanballı mətbu orqan Kremlpərəstlərin təzyiqləri nəticəsində qapadılmaq təhlükəsi ilə üzləşib.

Beləcə, "dövlət qayğısı” mətbuatın müstəqilliyini məhv etdi. Müstəqilliyi olmayan mətbuat isə artıq mətbuat deyil. Bu gün Azərbaycanda mətbuatın mövcudluğunun qorunması bir neçə xəbər saytının fədakar zəhməti bahasına mümkün olur.

Onların əməkdaşları da mütəmadi olaraq müxtəlif təzyiqlərlə, "dəyənək”lə üz-üzədirlər. Kimisi mühacirət edib, kimisi həbsdədir, kimisinin ölkədən çıxışına qadağa qoyulub, kimisi də tez-tez hüquq-mühafizə orqanlarına çağrılaraq hələlik xəbərdarlıq alır.

Müstəqilliyini itirmiş mətbuatda obyektiv siyasi və iqtisadi analizlərdən söhbət gedə bilməz. Çünki bu halda göstərilən rəqəmlər, çıxarılan nəticələr iqtidarın ürəyincə olmayacaq.

Belə olduqda mətbuatın önündə iki yol qalır – ya açıq-aşkar yalana sarılaraq hakimiyyətdəki ruspərəstlərin özünün və kursunun alternativsizliyini təbliğ etmək, ya da sarı mətbuata çevrilərək şou-biznes, kriminal, məişət mövzuları ilə kifayətlənmək.


Rahib Bəxtiyarov
"gundemxeber.az"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Turan agentliyinə cinayət işi açılıb

    Turan agentliyinə cinayət işi açılıb ...

    10-08-2017, 15:27

  • 
  • Vergi nümayəndələri Turan-ın sənədlərini götürür - Foto

    Vergi nümayəndələri Turan-ın sənədlərini götürür ...

    16-08-2017, 13:12

  • 
  • “Turan”da axtarış bitdi -SƏNƏDLƏR MÜSADİRƏ OLUNDU

    “Turan”da axtarış bitdi -SƏNƏDLƏR MÜSADİRƏ OLUNDU ...

    16-08-2017, 15:12

  • 
  • Turan agentliyinə qarşı vergidən yayınma araşdırmasının müddəti artırılıb

    Turan agentliyinə qarşı vergidən yayınma ...

    19-08-2017, 14:36

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu