GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yazıçı oliqarxın təzyiqləri ilə üzləşib

Yazıçı oliqarxın təzyiqləri ilə üzləşib

Tarix: 29-08-2017, 13:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 556
Yazıçı oliqarxın təzyiqləri ilə üzləşib


Məhkəmə sədri oliqarxdan niyə çəkinir?

İmişli şəhəri, Sevil Qazıyeva M6/6 ünvanında yaşayan Azərbaycan Jurnalistlər İttifaqının üzvü, 21 kitab müəllifi Yusif Cəfərli (Usubov Usub) rayon məhkəməsi tərəfindən hüquqlarının pozulmasından şikayətçidir. O, bununla əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Şikayətçi eyni zamanda müraciətinin surətini Ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova və “Gündəm Xəbər”in redaksiyasına da ünvanlayıb. Şikayətçi Prezident İlham Əliyevə ünvanladığı müraciətdə yazır: "Cənab Prezident! Mərhum prezident Heydər Əliyev haqqında yazdığım kitabın, eləcə də digər 20 kitabın müəllifi olaraq sizdən xahiş edirəm ki, mənim şikayətimə tam obyektiv və hərtərəfli baxılsın, bu şikayəti müzakirə edərkən mənim iştirakım təmin olunsun". Bəs, İmişlidə yaşayan yazıçı nədən şikayətçidir? Yusif Cəfərli (Usubov Usub) müraciətində buna belə aydınlıq gətirib: "Ünvanı Bakı şəhəri, 529-cu məhəllə, "Azərbaycan" Nəşriyyatı kimi göstərilən, fəaliyyətini yalnız İmişlidə iri ranqlı oliqarxın sifarişi ilə həyata keçirən, məni məddah, yaltaq adlandıran, haqqımda təhqiramiz, böhtannçı ifadələr işlədən, artıq dünyasını dəyişmiş qayınatam, məşhur xanəndə Eynulla Cəbrayılov haqqında böhtan dolu ifadələr işlədən “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev haqqında Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə İmişli rayon məhkəməsində iddia qaldırmışdım. Hakim Ülvi Qənbərovun icraatına verilmiş iddia və şikayətə 21.08.2017-ci il tarixində baxılaraq icraata götürülməməsi haqqında qətnamə qəbul edildi. Məsələ burasındadır ki, adını çəkə bilmədiyim o iri ranqlı oliqarx tərəfindən idarə olunan məhkəmənin sədri Qurban Hacıyev iki dəfə iclas zalına girərək, İsrafil Quliyevlə ikiəlli görüşdü və Ülvi Qənbərova və mənə başa saldı ki, “get, işinlə məşğul ol!”. Şikaytçi yazır ki, Ülvi Qənbərov bir saat yarım Qurban Hacıyevlə danışdıqdan sonra iddia və şikayəti qəbul etmədi: "Bildirirəm ki, hər iki hakim həmin o iri ranqlı oliqarxın nəzarəti altında olduqlarından öz kariyeralarını qurban verməkdən çəkinirlər. Bundan əvvəl mən həmin qəzet haqqında mülkü iddia da qaldırmışdım və iddiamı yeni təyin olunmuş 3-cü hakim Aqşin Əfəndiyev icraata götürmüşdü. Ülvi Qənbərov mənə bildirdi ki, icra başçısının bizdən zəhləsi gedir, vaxtımız bitib, ola bilsin ki, bizi İmişlidən başqa yerə dəyişsinlər, amma səni yeni hakimə tapşıracam. Bütün rayonda hamı bilir ki, bu iri ranqlı oliqarx nəinki məhkəmə sədrlərini, hakimi, hətta bütün rayonda idarəetməni öz əlində saxlayır. Amma icra başçısı artıq onunla əlaqəni kəsib, çünki rayonda hər an ağlasığmaz hadisələr baş verə bilər". Yusif Cəfərli (Usubov Usub) daha sonra müraciətində yazır: "Cənab Prezident! İndi məni məhkəmələrdə süründürə bilərlər. Rayonda at oynadan oliqarx Sizin təyin etdiyiniz nümayəndəni eşidənləri, onun tapşırıqlarını yerinə yetirənləri “Həqiqət və reallıq” qəzetində şərəfsiz adlandırır. Həmin oliqarx 3 nəfəri isə mətbuatda "şərəfsizin şərəfsizi" adlandırır və onları “Böyük dayaq” filminin mənfi qəhrəmanları Yarməmməd, Yastı Salman və Lal Hüseyn kimi qələmə verir. Bu üç nəfər ciddi vəzifəli şəxs o iri ranqlı oliqarxdan o dərəcədə çəkinir və qorxurlar ki, onlara bu ləqəblərin verildiyini bilsələr də, cınqırlarını çıxarmırlar. Çünki respublikanın ən iri çaplı oliqarxları və vəzifəli şəxsləri ondan yararlanırlar. Bu qəzetin son nömrələrinə nəzər saldıqda aydın olur ki, “Baş Redaktordan” başlıqlı yazıda redaktor İsrafil Quliyev dövlətin iqtisadi göstəricilərindən bəhs edərkən, neftin qiymətinin bahalaşmasını, gələcəkdə dizel yanacağının bahalaşacağını oxuculara çatdıraraq dövlətin siyasi və iqtisadi fəaliyyəti barədə mənfi rəy formalaşdırır, insanlarda xof yaradır. Heç radikal müxalifət qəzetləri hakimiyyətin bu və digər siyasətindəki dəyişikliyə bu şəkildə etirazlarını ifadə etmirlər". Daha sonra şikaytçi İmişli məhkəməsinin hakimlərinin ədalətsizliyindən bəhs edir: "Ülvi Qənbərov və Qurban Hacıyevin bu hərəkətləri barədə məndə artıq belə qənaət yaratmışdır ki, İmişlidəki oliqarx-məmurun yuxarıdakı dayaqları vasitəsilə onlar İmişlidə qalacaqlar, heç bir yerdəyişmə olmayacaqdır. Amma şəxsən öz təcrübəmə əsaslanaraq, gördüyüm, eşitdiyim söhbətlərə əsasən, deyə bilərəm ki, İmişlidə bütün mənfi hallar qalmaqdadır və belə davam etsə, bunun daha pis nəticələrini görəcəyik. Cənab Prezident! Mən o oliqarx-məmurun adını çəkmədim. Çünki qorxdum. Nəyə görə?. Kitablarımın birində yazmışdım ki, İmişlidə bir nəfər Vətən Müharibəsindən qayıdır. Qonşu və qohumları soruşurlar ki, bu müharibə nə olan şeydir. Deyir ki, bizim üçün xəndəklər qazılmışdı. Digər tərəf elə atır, daha bilmir ki, adamın başına dəyər, gözünə dəyər... İndi savadsız, təsadüf nəticəsində pullaşan oliqarx pullarını rayonun abadlaşmasına və problemlərinə xərcləmək əvəzinə üstümüzə hücuma keçir. Onların məqsədi rayonun rəhbərliyini ələ keçirmək, Qurban Hacıyev və Ülvi Qənbərov kimi hakimləri öz nəzarətində saxlayaraq vətəndaşlarda xof yaratmaqdır. Məhkəmənin sədri Qurban Hacıyevin mənim işimə baxan hakimlə məsləhətləşməsi, saat yarımlıq müşavirəsi təkcə mənə qarşı qisascılıq, hörmətsizlik deyil. Bu bütövlükdə məhkəmə sisteminə və aidiyyatı nazirliyə,qanunlara qarşı hörmətsizlikdir. Bu əsl mənəm-mənəmlikdir. Cənab Prezient! Xahiş edirəm ki, mənə qarşı haqsızlığın, qanun pozuntusunun tam, obyektiv təftiş edilməsini öz nəzarətinizdə saxlamaqla obyektiv araşdırmaya yardımçı olasınız. Apellyasiya şikayətim atacağım sonrakı addımdır. Amma buna qədər görüləcək çox tədbirlər var. Sizin göstərişlərinizə böyük ümidlərlə Yusif Cəfərli (Usubov Usub)".

P.S. Qeyd edək ki, son vaxtlar İmişlidən tez-tez oxşar məzmunlu şikayət məktubları alırıq. Bu məktublarda xüsusən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri Saleh Səmədovun adı hallanır. Dövlət vəzifəsi tutmaqla yanaşı bizneslə də məşğul olan Saleh Səmədovun İmişlidə hüquqmühafizə orqanları, xüsusən də məhkəmə üzərində ciddi təsirinin olduğu da bildirilir. Qeyd edək ki, onun adı "MTN işi"ndə də hallanırdı. Belə ki, onun həbsdə olan generallara 300 min dollar rüşvət verdiyi də məhkəmə sənədlərində öz əksini tapıb. Lakin hazırda da onun xeyli biznes obyektlərinin olduğu barədə mətbuatda tez-tez müxtəlif məlumatlar yayılır.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

    Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən ...

    2-12-2013, 13:02

  • 
  • Şirkət krediti ödənilmiş avtomobili girov götürüb

    Şirkət krediti ödənilmiş avtomobili girov götürüb ...

    22-05-2017, 16:13

  • 
  • Göyçayda icra məmuru 74 yaşlı qadına zülm edir

    Göyçayda icra məmuru 74 yaşlı qadına zülm edir ...

    14-09-2016, 21:15

  • 
  • Ədliyyə naziri vətəndaşları qəbul edəcək

    Ədliyyə naziri vətəndaşları qəbul edəcək ...

    31-01-2015, 16:24

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu