GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vəzifə sahiblərinin səkkiz milyonluq oyun qaydası kimləri zülmə salıb?

Vəzifə sahiblərinin səkkiz milyonluq oyun qaydası kimləri zülmə salıb?

Tarix: 29-08-2017, 14:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 855
Vəzifə sahiblərinin səkkiz milyonluq oyun qaydası kimləri zülmə salıb?


Atılan addımlar zərər vurulmuş insanların və belə bir problemlərdən məlumatı olan şəxslərin dövlət orqanlarına olan inamını heçə endirir

Bakı şəhəri Nərimanov rayonunda ÇOVDAROVÇULARDAN daha dəhşətli və mütəşəkkil olan FƏRZƏLİYEVÇİLƏR formalaşmışdır. ÇOVDAROVÇULAR yalnız dövlətin onlara verdiyi statusdan, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə insanların pullarını zorla mənimsəmişlərsə, FƏRZƏLİYEVÇİLƏR ÇOVDAROVÇULARDAN əlavə olaraq həm də vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə mütəşəkkül korrupsiya və dələduzluq yolu ilə insanların pullarını mənimsəmişlər.
ÇOVDAROVÇULAR müxtəlif kateqoriyalardan olan imkanlı şəxslərin pullarının bir hissəsinə qənim kəsilmişdirlərsə, FƏRZƏLİYEVÇİLƏR sosial vəziyyətləri çətin olan insanları aldadaraq kiçik evlərini və torpaq sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırmaqla pullarını mənimsəmişlər. Bunların da nəticəsində FƏRZƏLİYEVÇİLƏRİN qurbanlarına çevrilmiş həmin ailələr acınacaqlı və ağır şəraitdə, qohum-əqraba yanında, kirayələrdə yaşayır, intihar vəziyyətlərinə çatdırılır, acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulur və həyatla vidalaşırlar.
ÇOVDAROVÇULAR yalnız bir dövlət qurumunun məmurlarından ibarət idilərsə, FƏRZƏLİYEVÇİLƏR bir neçə dövlət qurumlarının mütəşəkkil formada birləşmiş məmurlarından və qeyri-sağlam düşüncəyə sadə vətəndaşlardan ibarətdir. FƏRZƏLİYEVÇİLƏRİN fəaliyyəti əsasən “PİRAMİDA” formasında təşkil olunmuşdur. “PİRAMİDA”nın üzvləri Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları, Məzahir Nəsibov və onun kimi ayrı-ayrı şəxslər olmuşlar. Bakı şəhəri Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az. GƏC-in sədri Səmyar Abdullayev bu mütəşəkkil cinayətkar qrupun ideyaçıları, təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar. Belə bir səbəb üzündən də, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Aparatının adı “korrupsiya və dələduzluq universiteti” kimi məşhurlaşmışdır.
Sadalananlarla bağlı saysız-hesabsız faktlar bu və ya digər formalarda dəfələrlə KİV-lərdə işıqlandırılmasına baxmayaraq, bu günə kimi FƏRZƏLİYEVÇİLƏRİN dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi zərərlərə göz yumulur və onların fəaliyyətlərinə heç bir hüquqi qiymət verilmir.
“Gündəm Xəbər” olaraq hələ ötən saylarımızda belə bir mövzuya toxunub, adları hallanan vəzifə sahiblərinin 160 kasıb ailəni müəyyən üsullarla aldatmaları və bunun nəticəsi olaraq 8 (səkkiz) milyon manat pulu ələ keçirmələri barədə olduqca böyük və bağışlanılmaz cinayət hadisəsinin mahiyyətini çoxsaylı oxucularımızın və rəsmi dövlət orqanlarının diqqətinə də çatdırmışdıq.
FƏRZƏLİYEVÇİLƏRİN cinayətkar fəaliyyətinə əlaqədar dövlət qurumlarının münasibətini və FƏRZƏLİYEVÇİLƏR tərəfindən aldadılaraq 8 (səkkiz) milyon manat pulları mənimsənilmiş 160 kasıb ailənin aqibətini işıqlandırmaq üçün, təkrarən bu mövzuya qayıtmağa qərar verdik.
Əvvəlcə, FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiya və dələduzluq əməlləri barədə qısa məlumatı xatırladaq.
Belə ki, Bakı şəhəri Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az. GƏC-in sədri Səmyar Abdullayev öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan, vətəndaşların dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə, mütəşəkkül korrupsiya və dələduzluq yolu ilə sosial vəziyyətləri ağır olan 160 ailənin mənzillə təmin etmək adı ilə 8 (səkkiz) milyon manat pullarını mənimsəmişlər. Sosial vəziyyətləri çətin olan insanlardan pulların alınması üçün, “işbaz” kimi Məzahir Nəsibov adlı şəxs “işbaz” kimi müəyyənləşdirilmişdir. Məzahir Nəsibovun da bu məsələ üzrə maklerləri olmuşdur.
Adı çəkilən şəxslər çirkin əməllərini həyata keçirmək üçün Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini satış kimi alət etmişlər. Bu məqsədlə, yuxarıda adları çəkilən dövlət məmurları tərəfindən başqa dövlət məmurları da cəlb edilməklə 160 nəfərin adlarına Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələbləri pozulmaqla, saxta və qanunsuz dövlət sənədləri hazırlanmaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən əlil olmayan 160 nəfər civarında ailə qanunsuz olaraq Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Az. GƏC-ə məxsus yataqxanaya əlil kimi qeydiyyata alınmış və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevlə razılaşdırılaraq, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürülmüşdür. O cümlədən:

aşkarlanan qanunsuzluqlar:

• respublikanın müxtəlif regionlarından olan 160-a yaxın gözdən əlil olmayan ailə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, hətta Az.GƏC-in yataqxanasının yaşayış sahəsi imkan vermədiyi halda yataqxanaya qeydiyyata alınmışdır;
• 160-a yaxın əlil olmayan hər bir şəxsin mənzil növbəliliyinə götürülməsi üçün Az.GƏC tərəfindən arayışlar (forma №2) tərtib təqdim olunmuşdur;
• kütləvi olaraq onların mənzil növbəliliyinə götürülməkləri barədə nəinki tələb olunan sənədlər, hətta ərizələri belə olmadan, yalnız yaşayış yeri Az.GƏC-in yataqxanası (ünvan: F.X.Xoyski prospekti, 123A) göstərilən şəxsiyyət vəsiqəsi və Az.GƏC-in tərəfindən tərtib və ev növbəliliyi üçün təqdim olunan arayışların (forma №2) əsasında sərəncamlar verilmişdir;
• onların ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməkləri barədə verilmış sərəncamlarla onun əsaslarını təşkil edən sənədlər arasında ziddiyyətlər mövcud olmuşdur. O cümlədən;
 ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülən vətəndaşlardan 7 il daimi qeydiyyat müddəti tələb olunduğu halda, sərəncamlarda bu müddət nəzərə alınmamışdır (faktiki müddət 1-10 gün olmuşdur);
 ümumi növbəlilik siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməsi barədə verilmiş sərəncamlardan sonrakı tarixlərdə verilmiş sərəncamların əsası kimi, məmurların özləri tərəfindən kütləvi olaraq sərəncamların mətni ilə ziddiyyət təşkil edən, yəni imtiyazlı mənzil növbəliliyi xarakterli saxta sənədlər hazırlanmışdır;
• onların mənzil növbəliliyinə götürülməkləri barədə verilmiş qanunsuz sərəncamlardan sonrakı tarixlərdə sərəncamlardan sonrakı tarixlərdə məmurların özləri tərəfindən sərəncamların əsası kimi imtiyazlı mənzil növbəliliyi xarakterli hazırlanan saxta sənədlərdə əlil olmayan 160-a yaxın hər bir şəxs qanunsuz olaraq müxtəlif formalarda əlil kimi göstərilmişdir;
• sərəncamlar 2012-ci ildən etibarən verilməsinə baxmayaraq, mənzil növbəsinə götürülən şəxslərin adına mənzil və yaxud mənzil tikintisi üçün torpaq sahəsinin olmaması barədə arayışlar 2015-ci ilin payızında təqdim olunmuşdur, bəzi hallarda isə təqdim olunmamışdır və s..
Bu saxta və qanunsuz dövlət sənədləri yalnız və yalnız kasıb və imkansız ailələrin pullarına sahib olmaq məqsədi daşımışdır.
FƏRZƏLİYEVÇİLƏRİN korrupsiya və dələduzluq əməlləri aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi, mənimsədikləri 8 (səkkiz) milyon manata tam sahib olmaq, özlərinin və korrupsiyanın gücünün nümayiş etdirmək məqsədilə pulu alınan korrupsiya qurbanlarına məlumat verilmədən bu barədə hazırlanmış bütün sənədləri, o cümlədən mənzil növbəliliyi barədə özlərinin verdikləri sərəncamları, əvvəlki qeydiyyatları bərpa olunmadan vətəndaşlıq qeydiyyatlarını ləğv etmişlər, 160 nəfərdən birbaşa pulların alınmasında iştirak edən Məzahir Nəsibovu təzyiq nəticəsində Almaniyada yaşamağa məcbur etmişlər (məqsəd: şahidi yox etmək).
Bu qeyd olunanlarla əlaqədar sual olunur:
 dövlət məmurları tərəfindən 160-a yaxın əlil (o cümlədən gözdən əlil) olmayan insanlara ev verilməsi adı ilə yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılaraq Az.GƏC-in yataqxanasına qeydiyyata alınması və ev növbəliliyinə götürülməsi və sonradan bu sənədlərin özləri tərəfindən ləğv edilməsi dövlət məmurlarının qanunsuz və saxtakarlığını bir daha təsdiq etmirmi?
 dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz qərarların qəbul edilməsinə təsir edən amil 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi korrupsiya amili deyilmi?
 yuxarıda göstərilən bu və ya bu kimi faktlar 160-a yaxın kasıb ailədən alınan 8 (səkkiz) milyon manat məbləğində pula tam sahib olmaq məqsədi daşımırmı?
Yuxarıda qeyd olunanlara baxmayaraq FƏRZƏLİYEVÇİLƏR özlərinin mütəşəkkil korrupsiya və dələduzluq əməllərini Məzahir Nəsibovun üzərinə yönəltməklə onun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci – “Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açdırılmış, barəsində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçdirilmiş və Azərbaycana gələ bilməməsi üçün mülkiyyəti talan etdirilmişdir.
Bununla da FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiyasına Nərimanov RPİ-də, yalnız dələduzluq adı verilərək və dələduz Məzahir Nəsibovun isə Respublikada olmadığı (qəsdən gətirilmir) nəzərə alınaraq, cinayət işi Nərimanov RPİ-də dayandırılmışdır.
Nəhayət, 1 il 6 aydan sonra – 2016-cı ilin may ayında həmin məsələ yenidən baxılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir.
Hal-hazırda Korrupsiya qarşı Mübarizə Baş idarəsində də FƏRZƏLİYEVÇİLƏR tərəfindən planlı və məqsədli şəkildə törədilmiş qanunsuzluqlara qiymət verilmir və dövlət məmurlarının mütəşəkkil korrupsiya faktlarına göz yumulur, aparılan istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etmir. Belə ki, korrupsioner dövlət məmurlarının və bu işin sayca 10 nəfərdən çox olan maklerlərinin əməllərinə hüquqi qiymət verilmir, Nərimanov RPİ-indəki kimi mütəşəkkil korrupsiyanı Azərbaycan Respublikası CM-nin 178.3.2 ci – “Külli miqdarda dələduzluq” maddəsi ilə təqsirli bilinən və Azərbaycanda olmayan Məzahir Nəsibovla və onun bu işdə makleri olan Seycamal Niftəliyevlə bağlamaq istəyirlər. Bu isə korrupsionerlərin korrupsiya qurbanlarından mənimsədikləri külli miqdarda pullara tam sahib olmasına köməklik məqsədi daşıyır.
Almaniya dövlətinə göndərilən cinayətkarların Azərbaycana gətirilməsi üçün onların 2016-cı ilin aprel ayından etibarən AFR-in Baden – Württemberq zonasında məskunlaşdıqları və onların istifadə etdikləri aşağıdakı telefon nömrələri barəsində Baş Prokurora, Daxili İşlər Nazirinə və Nazirliyin müvafiq qurumlarına məlumat verilməsinə baxmayaraq, bu qurumların fəaliyyətsizliyi (və ya qeyri-sağlam məqsədli fəaliyyəti) nəticəsində bu günədək adları çəkilən cinayətkarlar qəsdən tutularaq Azərbaycan Respublikasında istintaqa təhvil verilməmişdir (hətta İNTERPOLA verilməmişdir).
• Nəsibov Məzahir Dursun oğlunun telefon nömrəsi: +491782481700;
• Niftəliyev Seycamal Pirzada oğlunun telefon nömrəsi: +4915214690733.
Bu çirkin məqsədli və qeyri-obyektiv cinayət işinin açılmasında və işin araşdırılmamasında məqsəd həm də, dövlət məmurlarının və qeyri-sağlam əqidəli insanların mütəşəkkil korrupsiya və dələduzluq fəaliyyətlərini əlaqədar dövlət orqanlarından və geniş ictimaiyyətdən gizlətmək olmuşdur. Hal-hazırda da bu məqsədlə sadəcə olaraq vaxtın uzadılmasına çalışırlar. Bu isə milyonlarla manat məbləğində birbaşa zərər vurulmuş insanların və bu məsələdən məlumatı olan şəxslərin dövlət orqanlarına olan inamını heçə endirir.
Bu göstərilənlər barədə 600-dən çox ¬– Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarına, Milli Məclisinə (hətta 125 deputatın hər birinə), Ombudsmanına, Konstitutsiya Məhkəməsinə olan müraciətlərə, keçirilmiş qısamüddətli mədəni piketlərə, kütləvi olaraq internet TV-lərdə, saytlarda və qəzetlərdə işıqlandırmalara baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər FƏRZƏLİYEVÇİLƏR barədə heç bir tədbir görülməmiş, əksinə qanunsuz əməlləri ilə fəaliyyət göstərən yuxarıda adları çəkilən dövlət məmurlarına yüksək səviyyəli dövlət məmurları tərəfindən şəbəkə halında himayədarlıq edilir, sosial vəziyyətləri çətin olan insanların pulu üzərində baş vermiş dövlət məmurlarının mütəşəkkül korrupsiya və dələduzluq faktlarına göz yumulur.
Bununla da bu günə qədər:
• FƏRZƏLİYEVÇİLƏRİN mütəşəkkil korrupsiya və dələduzluq fəaliyyəti nəticəsində 160 ailənin əllərindən alınan 8 (səkkiz) milyon manat pulllarının qaytarılmasından “həyasızcasına” imtina edilir;
• hakimiyyətdə təmsil olunan məmurlar şəbəkə halında birləşərək korrupsiya və məmur dələduzluğunu inkar edirlər;
• prokurorluq bu faktlar üzrə araşdırma aparmır;
• polis korrupsiya qurbanlarını təhdid edir, korrupsioner və dələduz məmurları qoruyur;
• korrupsioner və dələduz məmurlar korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırır;
• korrupsiya «qanun», korrupsioner «ədalətli» hökmdardır;
• korrupsiya qurbanları acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutulur, intihar vəziyyətinə çatdırılır və s. korrupsionerlərin atdıqları addımlar səbəbindən həyatla vidalaşırlar. Dünyasını dəyişənlərin ruhları naminə onların adlarını açıqlamırıq. Allah-Təala dünyasını dəyişən hər kəsə rəhmət eləsin!

AKİF
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başladı

    “Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət ...

    28-09-2015, 19:25

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    20-02-2015, 12:14

  • 
  • Vətəndaşların pullarını ələ keçirməsində təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur

    Vətəndaşların pullarını ələ keçirməsində ...

    17-04-2015, 12:04

  • 
  • Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları aldadaraq, böyük məbləğdə pullarını mənimsəyib - fırıldaq

    Bakıda polkovnikin vəzifəli xanımı vətəndaşları ...

    10-10-2014, 10:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu