GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bardakı sərxoş rus qızı, yer davası və 25 yaşlı gəncin qətlinin TƏFƏRRÜATLARI

Bardakı sərxoş rus qızı, yer davası və 25 yaşlı gəncin qətlinin TƏFƏRRÜATLARI

Tarix: 4-09-2017, 16:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 633
Bardakı sərxoş rus qızı, yer davası və 25 yaşlı gəncin qətlinin TƏFƏRRÜATLARI


Qətl törətdiyi üçün 18 il müddətinə azadlıqdan məhrum edilən 33 yaşlı Xəyyam Paşayevin ifadəsi məlum olub. O, ifadəsində qətl hadisəsi törətməsinin səbəbini açıqlayıb.

Bakıdakı barlardan birində mübahisə etdiyi şəxsi öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Xəyyam Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barda baş verib. X.Paşayev mübahisə etdiyi 25 yaşlı Ceyhun Qurbanovun ürəyindən bir bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Qətlin təfərrüatları X.Paşayevin ifadəsi ilə məlum olub. O, deyib ki, 2011-ci ildə Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Sonradan cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib və cəzasının sonunda isə həbsdən azad olunub.

X.Paşayev 2001-ci ildə Ali Hərbi Məktəbdə oxusa da intizamlı olmadığı üçün oradan qovulub. Ailəli və iki azyaşlı uşağı olan X.Paşayev bildirib ki, 2 ilə yaxındır ki, Bakıda ailəsi ilə kirayədə yaşayıb. Taxtabəndçi işləyən Xəyyam çalışdığı yerdə ixtisara düşdüyü üçün son günlərdə işsiz qalıb. Həyat yoldaşı isə xadimə işləyirmiş. Uşaqlarına baxmaq imkanı olmadığı üçün onları kəndə atasının yanına göndərib.

Hadisə günü baş verənlərdən danışan X.Paşayev deyib ki, həmin gecə Bayıl qəsəbəsində kirayə yaşadıqları evin yaxınlığındakı “Qala” adlı bara gedib. Orada bir neçə bakal pivə içdikdən sonra gəzməyə başlayıb.

“İşsiz idim, həm də uşaqlarım yanımda olmadığı üçün darıxırdım. Bir neçə bakal pivə içmək istədim. Saat 4-də həmin bardan çıxdım. Bir az gəzişdikdən sonra yenə pivə içmək istədim. Takisyə minib məni açıq olan və pivə verilən məkana aparmasını istədim”- deyə Paşayev qeyd edib.

Elə Xəyyamın bu istəyi başına bəla olub. “Məkan” adlı bara gələn Xəyyam burada tək əyləşərək pivə içməyə başlayıb. Yan masada bar sahibinin oğlu Qalib əyləşib.

Başqa bir masada isə bir neçə oğlan və bir rus qız oturub. Elə mübahisə və söz-söhbət də həmin qızın üstündə baş verib.

X.Paşayev ifadəsində bildirib ki, rus qız çox sərxoş olub və səs-küy salaraq rəqs edirmiş: “Çox sərxoş idi. Öz-özünə qışqırırdı. Həmin masada oturanları tanımırdım. Onlar tərəfə baxandasa “20-ci sahə” tərəfdən Qara kimi tanıdığım Rövnəqi gördüm. Fikirləşdim ki, Qaraya deyim ki, qızı başa salsın. Yaxşı deyildi. Qıza kofe, çay aslınlar, bir az özünə gəlsin. Həmin masaya yaxınlaşanda Qaranı orda görmədim”.

Ona heç bir aidiyyatı olmayan bu məsələ Xəyyamı işə salıb. O, içkili olduğu halda tanımadığı şəxslərə yaxınlaşaraq qıza sahib çıxmalarını məsləhət görüb: “Masaya yaxınlaşanda adının sonradan Eldəniz olduğunu öyrəndiyim şəxsə düşündüklərimi dedim. Eldəniz də mənə dedi ki, “sən kimsən bizim işimizə qarışırsan? Bu qızı haradan tanıyırsan?” Mənim qolumdan tutub kobud şəkildə dedi ki, “bilirsən mən kiməm?” İçəri səs-küy idi. Eldəniz qolumdan tutub məni çölə çıxardı. Mən çöldə olanda Eldənizə dedim ki, mənim fikirlərimi düzgün başa düşməmisən. Ancaq o, məni dinləmirdi. Bir az sonra içəridə əyləşən idman geyimində olan şəxs gəldi. Sonradan onun adının Ramin olduğunu öyrəndim. O, gəlib nə olduğunu soruşdu. Eldəniz də onların işinə qarışdığımı deyəndə Ramin də mənə söylədi ki, “sən kimsən bizim işimizə qarışırsan?” Onları birtəhər başa salıb üzürxahlıq elədim. Eldəniz üstümə qışqıraraq mənə dedi ki, “get otur, pivəni iç”. Mən də Allah köməyiniz olsun dedim və içəri girdim. Bir az oturandan sonra bir nəfər mənə yaxınlaşdı, kim olduğunu bilmirdim. Sonradan öyrəndim ki, adı Ceyhundur. Mənə dedi ki, əvvəl danışdığım şəxs onun böyük qardaşı imiş. Dedi ki, nəsə sözüm olsa ona deyim. Onunla işim olmadığını, Eldənizlə sözüm olduğunu və ona dediyimi bildirdim. Dedi ki, “sən ona heç nə deyə bilməzsən”. Mən də onu yola verməyə çalışdım. Qışqıraraq dedi ki, “yaxşı oğlan yola verməz. Sən məni yola vermək istəyirsən”. Ardınca da söyüş söydü. Mən də onun dediklərini təsdiq edib, getməsini istədim. O gedəndən sonra Qaliblə oturub olanlardan danışdıq. Bu vaxt yenə Ceyhun yaxınlaşdı və söhbəti niyə açdığımı soruşdu. Yenə də Ceyhunu sakitləşdirməyə çalışdım. O yan masada əyləşsə də mənə baxaraq gülürdü”.

Özünə aid olmayan məsələyə qarışan Xəyyamın qətlə yetirdiyi şəxs elə söhbətə sonradan qoşulan Ceyhun olub. Xəyyam Ceyhunun ona gülməsindən əsəbiləşərək qisas almaq qərarına gəlib: “Dedim ki, heyfimi alacam. Saat 5 olardı ki, bardan çıxdım. Ev 10 dəqiqəlik məsafədə idi. Evə gedib limon doğranan bıçağı götürüb gəldim. Gələndə gördüm ki, Ceyhun mənim yerimdə oturub”.

Söhbətdən belə aydın olur ki, bu dəfə Xəyyam özü Ceyhuna sataşıb və məsələni həll etmək qərarına gəlib. Bu səbəbdən də boş olan barda Ceyhuna yaxınlaşaraq “sən mənim yerimdə oturmusan” deyib.

Ceyhunun cavabı isə “sənin yerin var? Yaxşı oğlan yer söhbəti etməz” olub. Elə bu sözlər mərhumun son dedikləri olub. Xəyyam cibindən çıxardığı bıçaqla Ceyhunun ürək nahiyyəsindən bir dəfə vurub. Bıçağı çıxaranda qırıldığını görüb və yerə ataraq bardan qaçıb.

“Evə gəldim. Yerimdə uzanaraq etdiyim əməldən peşman olduğumu düşündüm. Səhər polis əməkdaşları məni saxladı” - deyən X.Paşayev əməlindən peşman olduğunu söyləyib.

Amma bu peşmançılıq fayda verməyib. Xəyyam18 il müddətinə dəmir barmaqlıqlar arxasına göndərilib...

Bildirək ki, X.Paşayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin edilmədi

    Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin ...

    15-01-2016, 12:02

  • 
  • Keçmiş ərini öldürən qadın hökmdən narazıdır

    Keçmiş ərini öldürən qadın hökmdən narazıdır ...

    25-08-2016, 01:05

  • 
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22

  • 
  • “Kofein-klub”da törədilən qətl

    “Kofein-klub”da törədilən qətl ...

    21-12-2016, 15:18

  • 
  • Qisas məqsədilə qətl törədənin məhkəməsi başlayır

    Qisas məqsədilə qətl törədənin məhkəməsi başlayır ...

    12-04-2015, 23:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu