Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Sadiq Fətullayev barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 06:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.
O, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Fətullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Sadiq Fətullayev apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?