GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ermənistan siyasi defoltla üz-üzə: düşmən ölkə “tikişlər” üzrə sökülür

Ermənistan siyasi defoltla üz-üzə: düşmən ölkə “tikişlər” üzrə sökülür

Tarix: 17-09-2017, 10:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 429
Ermənistan siyasi defoltla üz-üzə: düşmən ölkə “tikişlər” üzrə sökülür


Ordusuna çağırışçı problemi yaşayan Ermənistanın xarici borcu artır və büdcəni bir neçə dəfə üstələyir; əraziləri işğal altında saxlamaq getdikcə çətinləşir; postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkündür...

Dağlıq Qarabağ probleminin, öz qonşularına qarşı əsassız ərazi iddialarının doğurduğu iqtisadi blokada Ermənistanı günbəgün daha kritik duruma soxmaqdadır. Səbəbləri qoyub nəticələrlə əlləşən təcavüzkar ölkənin indiki rəhbərliyi isə faktiki surətdə suda boğulanın saman çöpündən yapışması kimi əbəs cəhdlərdə bulunmaqda, uğursuz çıxış yolları aramaqdadır. İrəvan paralel surətdə Rusiya ilə Qərb arasında təhlükəli var-gəllər eləməkdədir.

Düşmən ölkədən gələn son xəbərlər bu qənaəti daha da möhkəmlədir. Reallıq belədir ki, Ermənistanın Avrasiya layihələrinə qoşulması da onun xilasına gətirməyib, iqtisadi duruma müsbət təsir etməyib. O sadə səbəbə ki, işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı üzvləri ilə quru sərhədi yoxdur (yol Azərbaycandan keçir) və blokadada olan Ermənistan sovetdən qalma iqtisadi “resursları” ilə onlar üçün heç bir önəm kəsb eləmir.

Bu yandan da işğalçı qonşumuzun izolyasiya vəziyyətinə düşməsi və əsas himayəçi dövlət olaraq Rusiyanın yeni sanksiyalarla üzləşməsi, habelə silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq zərurəti onun vəziyyətini daha da ağırlaşmaqdadır. Son günlər Ermənistanda Avrasiya Birliyindən çıxmaqla bağlı artan çağırışlar da şübhəsiz ki, vəziyyətin kritikliyinin və çıxılmazlığının xəbərçisidir.

*****

Baş verənlərin fonunda Ermənistanda həm də bir demoqrafik fəlakət yaşanır: ölkə əhalisi, onun artım tempi, doğum faizi ilbəil azalır, ölkədən köç isə güclənir. Bu isə o deməkdir ki, erməni ordusunu canlı qüvvə ilə komplektləşdirmək və işğal altındakı Azərbaycan torpaqlarına kifayət sayda hərbçi göndərmək getdikcə çətinləşir.

Elə məhz bunun nəticəsidir ki, Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib (Virtualaz.org). Xəbər verilir ki, qanun layihəsinə əsasən ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Bu haqda erməni KİV-ləri yazıb.
İndiki qanunvericiliyə əsasən, dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaqlar ki, onlar paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın.

Başqa sözlə desək, bu, tələbələr üçün Qarabağda xidməti bəri başdan seçmək deməkdir. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir. Qanun layihəsi nəzərdə tutur ki, hərbi xidmətdən möhlət hüququ qazanmaq istəyən tələbələr ali təhsillə paralel olaraq şənbə və bazar günləri iki il ərzində ali hərbi instituta hazırlıq kursuna getməlidir. Bu kursu bitirənlərə leytenant rütbəsi veriləcək və onlar 540 dollardan başlayan maaşla təmas xəttində xidmətə göndəriləcəklər.
Xatırladaq ki, erməni işğalçı qüvvələri yeni döyüş əməliyyatlarının başlaması riskinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır, lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları isə Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar.

*****

Ermənistanın iqtisadi-maliyyə göstəriciləri də sürətlə pisləşməkdədir. Bu xüsusda “Jamanak” qəzetinin son sayında yer alan qeydlər diqqət çəkir. Qəzet yazır: “Hökumət 2018-ci ilin büdcəsini müzakirə edib. Vitse-baş nazir Vaçe Qabrielyan məlumat verib ki, indiyədək dövlət borcuna xidmət üçün təqribən 140 milyard dram ayrılıb. 2019-cu ildə isə 250 milyard dram nəzərdə tutulub ki, bu da büdcə üçün nəhəng yük olacaq. Bizim məlumatımıza görə, bütün nazirliklərə daxili qaydada tapşırılıb ki, təqribən 7% həcmində öz xərclərini azaltsınlar. Hətta məktəb gözətçiləri də daxil, mühafizə əməkdaşlarına da eyni göstəriş gəlib ki, öhdədə olan vəsait kifayət eləsin. Bu zaman - iclas vaxtı belə bir narahatlıq da ifadə edilib ki, artıq gələn ildən mümkündür ki, bizim ölkə xarici borca qaytarmaq qabiliyyətində olmayacaq və defolt təhlükəsi ilə üzləşəcək”.

Bu yerdə yada salaq ki, Ermənistanın xarici borcu ilbəil artır. Artıq onun həcmi illik büdcədən (2.6 milyard) iki dəfədən də çoxdur və təxminən 6 milyard dollar təşkil edir. Bu ümumdaxili məhsulun 55%-i həcmindədir və iqtisadçı ekspertlər onu çox böyük rəqəm hesab edirlər.

*****

Əslində Ermənistan artıq iqtisadi yox, siyasi defoltla üz-üzədir. Məsələ ondadır ki, Qarabağın işğalına görə könüllü şəkildə Rusiyanın girovluğunu, daha doğrusu, vassallığını qəbul edən təcavüzkar ölkə getdikcə qat-qat ağır formada bu asılılığın bədələni ödəməkdədir. Qeyd olunduğu kimi, Ermənistanın durumunu qəlizləşdirən indi həm də Rusiyaya qarşı beynəlxalq sanksiyaların altını şərikli şəkildə çəkmək aqibətidir.

Təcrid vəziyyətində saxlanılan cırtdan ölkənin güclü emiqrasiya hesabına ilbəil daha sürətlə boşalmasını, ölkədə faktiki surətdə iş qabiliyyəti olmayan yaşlı əhalinin qalmasını, yekun etibarilə orduya yetərli sayda çağırışçı tapılmamasını proqnoz eləmək çətin deyildi. Ermənistan indi hətta bu olan-qalan əhalini də yedizdirmək iqtidarında deyil.

Qarabağa, Azərbaycan torpaqlarına əsassız iddialar davam elədikcə, ağır blokada rejimi daha da ağırlaşdıqca, Ermənistan iri iqtisadi və kommunikasiya layihələrindən kənarda qaldıqca, nəhayət, kriminal “Qarabağ klanı” Ermənistanda hakimiyyət əlində saxladıqca düşmən ölkənin durumu bir az da ağırlaşmaqda davam edəcək. Bunu bilmək və proqnoz eləmək üçün artıq nə politoloq, nə də iqtisadçı olmağa ehtiyac yoxdur. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ilə yanaşı, Kremldən asılılığı da sürətlə artır; düşmən ölkə Azərbaycan və Türkiyə ilə dil tapmadan süquta məhkumdur...

    [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ...

    11-07-2017, 10:12

  • 
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

    Ermənistan Gömrük İttifaqına qoşula bilmədi ...

    1-05-2014, 10:19

  • 
  • Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

    Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın ...

    4-08-2017, 11:04

  • 
  • Qarabağ məsələsində “böyük qardaş” dəyişir?

    Qarabağ məsələsində “böyük qardaş” dəyişir? ...

    24-10-2014, 10:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu