GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

Tarix: 18-09-2017, 15:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 567
Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya


Bir neçə il öncə adı xaricdə biznes şəbəkəsi yaratmaqda hallanan Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı yeni iddialar ortaya çıxıb. Belə ki, Əmlak Komitəsinin sədrinin son vaxtlar yenidən qızışan oliqarx savaşında tərəf seçməsi onun özünü də hədəfə çevirib və “vurulması” üçün ciddi əsaslar yaradıb. Həsənovun bir neçə media orqanını himayəsinə götürərək, rəqiblərə meydan oxuması da diqqətdən yayınmır.


Bir müddət əvvəl mediada Kərəm Həsənovun Azərbaycanda yığdığı milyonlar hesabına Çexiya və Dubayda böyük biznes şəbəkəsi qurduğu barədə ciddi məlumatlar yayılmışdı. Çexiya yeyinti sənayesində Həsənovun böyük pay sahiblərindən biri olduğu qeyd olunur. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda əldə edilən məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:

Çexiya yeyinti sənayesi Kərəm Həsənovun sərəncamında

Komitə sədrinin artıq bir neçə ildir ki, Çexiyada biznes strukturu formalaşdırmaq istiqamətində ciddi iş apardığını vurğulayan mənbə K.Həsənovun yüngül və yeyinti sənayesinə daha böyük önəm verdiyini bildirib. gundemxeber.az-ın cumhuriyyet.net-e istinadən əldə etdiyi məlumata görə, komitə sədrinin mineral su və pivə istehsalına marağı daha böyükdür: “Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur. Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır. Komitə sədri yalnız mineral su zavodlarından yüz min dollarla vəsait əldə edir ki, bu da onun Çexiyadakı sərvətinin cüzi bir hissəsini təşkil edir”.
Mənbənin söylədiyinə görə, K.Həsənovun Çexiyadakı mineral su zavodlarında istehsal edilən məhsulun böyük bir qismi də məhz Azərbaycana ixrac edilir: “Komitə sədrinin Benetiçe və Karlovı Vari şəhərlərindəki mineral su zavodlarında istehsal edilən məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur”.

Kərəm Həsənovun spirtli içki biznesi

Mənbənin bildirdiyinə görə, Kərəm Həsənov Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir. Hazırda komitə sədrinin Çexiyanın Pilzen şəhərində bu istiqamətdə ciddi iş apardığını vurğulayan mənbə onun pivə istehsalına daha çox diqqət ayırdığını qeyd edib: “Bu gün Pilzen şəhərində Kərəm Həsənova məxsus nəhəng pivə zavodu fəaliyyət göstərir. Bu zavodun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. İstər əhatə etdiyi sahə, istərsə də istehsal intensivliyinə görə kifayət qədər böyük olan və komitə sədrinə milyonlarla dollar qazandıran zavodun vəziyyəti hazırda son dərəcə qənaətbəxş olsa da, mövcud durum Kərəm Həsənovu o qədər də qane etmir. Çexiyanın spirtli içki bazarında söz sahibi olmağa qərar verən Kərəm Həsənov spirtli içki istehsalının növ və çeşidini artırmaq fikrindədir. Hazırda bu yöndə lazımi şəxslərlə məsləhətləşmələr aparan Kərəm Həsənovun gələn ildən etibarən daha bir neçə spirtli içki zavoduna sahib olacağı gözlənilir”.

Komitə sədri istirahət mərkəzlərini də ələ keçirir

Mənbənin sözlərinə görə, K.Həsənovun xarici ölkədəki biznes fəaliyyəti bununla məhdudlaşmır. Komitə sədrinin həm Çexiya, həm də Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğunu bildirən mənbə K.Həsənovun biznesin bu sahəsində də böyük səriştəyə malik olduğunu qeyd edib: “Kərəm Həsənovun Çexiya və Birləşmiş Ərəb Əmirliyində bir neçə istirahət və əyləncə mərkəzi var ki, onların da bəzisi həmin ölkələrdə ciddi populyarlığa malikdir. Azərbaycandan daşıdığı milyonlar hesabına oradakı obyektlərinin işini yüksək səviyyədə quran və sözügedən əyləncə məkanlarını insanların sevimli məkanlarından birinə çevirən komitə sədri bu baxımdan əcnəbi ölkədəki rəqiblərini xeyli dərəcədə üstələməkdədir. İstirahət və əyləncə məkanlarının fəaliyyətini şəxsən nəzarətdə saxlayan Kərəm Həsənov hər il bir neçə dəfə bu obyektləri ziyarət edir və aparılan yeniliklərlə tanış olur. Komitə sədri Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində əzəmətli istirahət mərkəzləri ilə yanaşı, böyük bir şirkətə də sahibdir”.

Komitə sədrinin İsveçrə bankındakı milyonları

Mənbənin sözlərinə görə, komitə sədri əldə etdiyi sərvətin böyük bir qismini İsveçrə banklarında hifz edir: “Komitə sədrinin korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsait əsasən iki istiqamətdə sərf olunur. Bunlardan biri əldə olunan vəsaitin Azərbaycan və xüsusilə də ölkə xaricində yeni-yeni obyekt və şirkətlərin yaradılmasına sərf edilməsidir. Komitə sədri Azərbaycandakı biznesinin təhlükəsizliyinə təminat ala bilmədiyi üçün bu biznesi xarici ölkələrdə inkişaf etdirməyi daha məqsədəuyğun hesab edir. Bu məqsədlə də Avropa ölkələrində ciddi layihələr həyata keçirən komitə sədri yeni şirkətlərin ölkə xaricində qurulmasına daha çox can atır. Onun əldə etdiyi vəsaitin önəmli bir qismi isə müxtəlif valyuta növləri şəklində İsveçrə banklarında, fərqli hesablarda saxlanılır. Komitə sədri hesab edir ki, İsveçrə banklarındakı pul ehtiyatı ona istənilən gözlənilməzlikdə faydalı ola bilər”.
Mənbənin sözlərinə görə, komitə sədrinin İsveçrə bankları ilə əlaqəsi qardaşı vasitəsilə təmin olunur. K.Həsənovun qardaşının ən azı 2-3 aydan bir İsveçrəyə səfər etdiyini bildirən mənbə onun pasportunda bu səfərlərin qeydiyyatını göstərən möhürlərin olduğunu deyir: “Kərəm Həsənovun mütəmadi olaraq bu ölkəyə səfər edən qardaşı müxtəlif üsullarla onun Azərbaycandan çıxartdığı pulları bank hesablarına yatırdır. Bu səfərlərin mövcudluğunu sübut etmək üçün onun pasportundakı giriş və çıxış qeydlərinə baxmaq kifayətdir”.

Çexiyadan Ərəbistanadək

Onun bu ölkədə yüngül və yeyinti sənayesinə daha önəm verdiyi bildirilir, mineral su və pivə istehsalına böyük kapital yatırımı etdiyi iddia olunur. Həsənovun Çexiyanın müxtəlif bölgələrində, xüsusən də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları olduğu deyilir. Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır, lakin həmin suların Azərbaycana idxal olunduğu da vaxtında təsdiqini tapıb. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni”nin də komitə sədri və ona yaxın olan adamlara məxsus olduğu deyilir. Həmçinin komitə sədrinin Çexiya və Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğu bildirilir.
Həsənovun İranda və Türkiyədə də biznes şəbəkələri olduğu vurğulanır. Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu son 7-8 ildə Azərbaycanda ciddi kapital sahibinə çevirib.
Kərəm Həsənovun qardaşı, millət vəkili, “AZINKO-holdinq” in prezidenti Malik Həsənov tərəfindən idarə olunan bu biznes imperiyasının iri ranqlı oliqarxlardan biri ilə ortaq “proje” olduğu da deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, son günlər iki böyük oliqarx – Kəmaləddin Heydərov və Ziya Məmmədov arasında gedən savaşda Kərəm Həsənovun da tərəf kimi çıxış etməsi məhz bu ortaqlığın nəticəsidir. Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir.

Həsənovların media qisası və sonun başlanğıcı

Bir neçə ildir ki, Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında gedən soyuq savaşın da üstündən sükutla keçmək olmur. Bu savaşın təməli 2 il öncə qoyuldu. Dövlət Reyster Xidməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra Kərəm Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də nəzəratə götürməyə cəhd etdi. Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun məlumatları ilə Qərib Məmmədovun sədri olduğu komitənin məlumatları arasında ziddiyyətlər də əslində bu savaşın təzahürüdür. Belə ki, Kərəm Həsənov ciddi-cəhdlə Qərib Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini sübut etməyə çalışır. İmkanlarını daha da genişlənirmək arzusunda olan və nazir olmaq iddiasını gizlətməyən Həsənov hələ ki, bu savaşda qələbə qazana bilməyib. Çünki Qərib Məmmədovu Həsənovun rəqib olduğu oliqarxlardan biri himayə edir.
Görünür, elə buna görə də Həsənov indi də medianın imkanlarından yararlanmaq eşqinə düşüb. Kərəm Həsənovun media kurasiyası üçün “icazə vərəqi” alan azsaylı məmurlar arasına düşə bilməsi işin tədricən siyasi rəng almasına səbəb olur. Belə ki, Əmlak Komitəsinin sədri bir vaxtlar onun biznesinə əl qoymağa çalışan rəqiblərlə media vasitəsi ilə haqq-hesab çəkmək iddiasına düşüb. Bu məsələ isə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad edilməsindən sonra sürətlənib. Ötən bir neçə gün ərizində Müdafiə Nazirliyi ilə Əmlak komitəsinin sədri arsında baş verən məhkəmə skandalı, Həsənovun “qol gücü” nümayişi onun böyüyən iddialarından xəbər verir.
Bir vaxtlar adı həbsə atılan Əliyev qardaşları ilə birgə çəkilən və vəzifəsini itirmək qorxusu ilə üzləşən Həsənovun rəqiblərindən qisas almaq üçün böyük fürsət qazandığı görünür. Maraqlıdır, hakimiyyətin 3-cü ranqlı məmurlarından hesab olunan Kərəm Həsənova bu savaşın ssenarisini kim cızıb? Ona bu qədər səlahiyyətin verilməsinin hansısa pərdərxası məqamları var.Xatırladaq ki, bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də oliqarxlar arasında gedən savaşa məhz bu “yol”la gəlmişdi. Sonu isə bəllidir. Görünən odur ki, Kərəm Həsənov da yaxın qohumunun yolunu gedir. Nəticənin necə olacağı zamanın işidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun qara günləri başlayıb

    Kərəm Həsənovun qara günləri başlayıb ...

    9-05-2014, 12:26

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi başlayır

    Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi ...

    19-07-2014, 14:03

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56

  • 
  • Kərəm Həsənovun “vurulur”

    Kərəm Həsənovun “vurulur” ...

    11-12-2012, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu