Gəncəbasarda yayılan bəzi xəbərlərə görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyində müəyyən dəyişikliklər həyata keçiriləcək.
Bu haqda informasiyanın hansısa xəbər portalı tərəfindən deyil, məhz Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevin yaxın qohumları tərəfindən yayıldığı söylənilir. Yayılan məlumatlarda bildirilir ki, guya Kəmaləddin Heydərov iqtidar komandasında etimadını itirdiyindən, onun daşıdığı vəzifəsi əlindən alınacaq. Yəni, yayılan informasiyanın mahiyyəti ondan ibarətdir ki, yaxın vaxtlarda Fövqəladə Hallar Naziri vəzifəsini Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini general-leytenant Niyazi Xanbaba oğlun Hacıyev daşıyacaq, Kəmaləddin Heydərov isə xarici ölkələrdən birinə səfir göndəriləcək. Bununla bağlı general-leytenantın Gəncədəki qohumlarının tam əminliklə danışdıqları da bildirilir. Amma, bizim bildiyimiz bir həqiqət var ki, fövqəlnazir bu gün iqtidar komandasında kifayət qədər çəkiyə, kifayət qədər də nüfuza malik olan bir şəxsdir. Atılacaq addımın, çıxarılacaq qərarın birbaşa ölkə rəhbəri cənab İlham Əliyevdən asılı olduğunu bildiyimiz üçün, yayılan informasiyanı dezinformasiya hesab edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?