Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb.
Bu barədə "Şərq”ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib.
Onun sözlərinə görə, Ərturqut Əliyev dövlət idarəsində çalışacaq: "Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq”. Qeyd edək ki, bu ilin iyunun 24-də Ə.Elçibəyin anadan olmasının 76-cı ildönümündə qayını M.Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət etmişdi: "Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir, ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”
Sorğu
Yeni dizaynımız necədir?