GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?

“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?

Tarix: 20-09-2017, 17:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 529
“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?


“Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, bu Qanun qüvvəyə mindiyi andan tez olmamaqla ömürlük təyin edilir

Bu gün ictimai həyatımızda media qurumlarının təsir imkanları artdıqca, bir çox sosial-iqtisadi, hüquqi və s. problemlərlə üz-üzə qalan sakinlərin ayrı-ayrı mətbu orqanların redaksiyalarına ünvanladıqları şikayətlərin də sayı çoxalmaqda davam edir. Sözsüz ki, əmələ gələn problemlərin və ünvanlanan şikayətlərin həm obyektiv, həm də subyektiv səbəbləri olur. Bu səbəblər içərisində daha çox məmur özbaşınalığı ilə bərabər, ayrı-ayrı vəzifə sahiblərinin üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirməmələri, qanunların icrası zamanı əmələ gələn boşluqlar və s. məhz problemlərin əmələ gəlməsinə səbəb olan əsas amillərdir. Toxunacağımız bu problemin varlığı isə, tamam başa bir motivlə bağlıdır.

“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?


Belə ki, bir-iki gün bundan öncə redaksiyamıza üz tutan və iş stajında, aldığı əmək pensiyasında əmələ gələn problemin araşdırılmasını və ictimailəşdirilməsini xahiş edən, Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi ev-28 ünvanda yaşayan Mədətov Şirbala Əbdülhəsən oğlu “Gündəm Xəbər”ə yazdığı ərizəsində qeyd edir ki, “mən 18 dekabr 1940-cı ildə Bakı şəhərində anadan olmuşam və 18 yaşımda, yəni 1958-ci ildə “Azneft” İB-nin “Suraxanıneft” Neft və Qazçıxarma idarəsində ilk dəfə əmək fəaliyyətinə başlamışam.1996-cı ildə adı çəkilən idarədən yaşa görə pensiyaya çıxıb, 2014-cü ilin yanvar ayınadək ayda 185 manat məbləğində əmək pensiyası almışam. 01 yanvar 2014-cü il tarixdən isə, əmək pensiyam artırılaraq 246.85 manat olub. Onu da vurğulayım ki, üstüstə 51 il iş stajım olsa və ağır sahədə çalışsam da, əslində mənə imtiyazlı işçilərə şamil olunan artımla pensiya təyin edilməli idi. Amma, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsində buna əməl olunmamışdır.

“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?


Belə bir səbəb üzündən də, ötən ilin oktyabr ayında adı çəkilən qurumun rəhbərliyinə ərizə ilə müraciət etdim və 1996-ci ildən pensiyaya çıxdığımı, əvvəl pensiyamın 185 manat, 01 yanvar 2014-cü il tarixdən isə 246.85 manat olduğunu bildirdim. Həmin vaxt dəqiqləşdirə bildim ki, aldığım 246.85 manat pensiya pulu 01 yanvar 2014-cü il tarixdən deyil, əslində 01 yanvar 2006-cı il tarixdən hesablanmalıdır. Ona görə də adı çəkilən quruma ərizə ilə müraciət etdim ki, hesablanma yenidən aparılsın və 01 yanvar 2006-cı ildən 01 yanvar 2014-cü ilə kimi aldığım pensiyada əmələ gələn məbləğ fərqi yenidən hesablansın və mənə ödənilsin. Haqlı tələbimə baxmayaraq, ünvanladığım məktubuma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsindən 20 oktyabr 2016-cı il tarixdə 18/04-4133 saylı rəsmi məktubla cavab verildi və haqlı tələbimin təmin olunmasından imtina edildiyi də açıqlnadı. Həmin məktubda mənim pensiyamın baza hissəsi 100 manat, qazanılmış sığorta hissəsi 101.84 manat, sığorta hissəsi isə 45.01 manat olduğu qeyd olunmuşdur. Bu gün də hesab edirəm ki, mənim əmək pensiyam düzgün hesablanmayıb. Çünki, 51 il il iş stajım var və ötən illər ərzində olduqca ağır sahədə işləmişəm. Belə bir səbəblər üzündən də, mən imtiyazlı şəxslər siyahısına aid olmalıyam və həmin şəxslərə şamil olunan imtiyazlar, əslində mənə də şamil olunmalıdır.

“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?


Azərbaycan Respublikası, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qeyd olunur ki, axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilər 57 yaşa çatdıqda, 25 il sığorta stajına malik olduqda və həmin müddətin azı 12 il 6 ayını həmin işlərdə işlədikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, yəni buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası yarandığı gündən, amma bu Qanun qüvvəyə mindiyi andan tez olmamaqla ömürlük təyin edilir. Bu maddənin tələbinə görə mənim istənilən vaxt pensiya təyinatı ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüququm var və əslində mənə təyin ediləcək pensiya 1996-cı ildən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə və əlilliyə düçar olduqda, ailə başçısını itirdikdə və digər hallarda sosial təminat almaq hüququna malikdir.

“Suraxanıneft” Neft və Qazçıxarma idarəsinin sabiq əməkdaşı, haqqına niyə sahib ola bilmir?


Bütün bunları əsas tutaraq onu bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi, 20 oktyabr 2016-cı il tarixdə cavab verdiyi 18/04-4133 saylı rəsmi məktubu ilə, mənim qanunla müəyyən olunmuş qaydada əmək pensiyası almaq hüququmu pozmuşdur. Buna görə də həmin məktubu hüquqi əsası olmayan cavab məktubu hesab edirəm və hesablanmanın yenidən aparılmasını istəyirəm. Yəni indi istəyim ondan ibarətdir ki, 51 il iş stajımın olması nəzərə alınsın və 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2014-cü il tarixə kimi aldığım əmək pensiyasında əmələ gələn məbləğ fərqi təkrar hesablansın və mənə ödənilsin”.
Əlavə olaraq onu da qeyd edək ki, adı çəkilən şəxs sonuncu iş yerindən 22 iyul 2009-cu ildə çıxmış və hər il əmək haqqının aylar üzrə məbləği cədvəlində, təqribən 400-800 manat arası əmək haqqı da almışdır. Şirbala Mədətovun 51 il ağır sahədə çalışıb əmək fəaliyyəti ilə məşğul olması, ona məxsus əmək kitabçasında da qeyd olunub. Bütün bunlar onun haqlı olmasına tam əsas verir. Onu da vurğulayaq ki, Bakı şəhər sakini Mədətov Şirbala Əbülhəsən oğlunun redaksiyamıza ünvanladığı və ictimailəşdirilməsini xahiş etdiyi belə bir problem həllini tapmadıqca, inanırıq ki, yaşanan olay medianın gündəmini zəbt edən mövzulardan birinə də çevriləcək. Amma o hala da inanırıq ki, məqalənin dərcindən sonra ƏƏSMN-nin tabeli qurumları sabiq neftçinin problemini diqqətdə saxlayıb, həllini də həyata keçirəcəklər.
Mövzunu diqqətdə saxlayacağıq.

Kamal Mirzə
Gundem Xeber





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir

    Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 ...

    13-11-2013, 12:39

  • 
  • Pensiyaçılara sevindirici xəbər

    Pensiyaçılara sevindirici xəbər ...

    30-05-2013, 11:21

  • 
  • Sabunçu rayon Qİİ-nin əməkdaşları abonentlərini necə “fırladırlar?”

    Sabunçu rayon Qİİ-nin əməkdaşları abonentlərini ...

    23-02-2017, 20:41

  • 
  • Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər yaradır?

    Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər ...

    20-02-2015, 00:59

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu