“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov saxlanılıb. gundemxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb. Amma virtualaz.org hüquq-mühafizə orqanlarından dəqiqləşdirib ki, saxlanma əməliyyatını Vergilər Nazirliyinin əməkdaşları həyata keçiriblər. Hazırda nazirlik şirkətdə axtarışlar aparır. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, boşaldılan obyekt sahibləri məlumatı təsdiqləyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?