GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək

“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək

Tarix: 23-09-2017, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 521
“AST Telman”ı kimin ələ verdiyi bilindi - Abbas Abbasov istintaqa cəlb ediləcək


Sabiq vitse-premyerin başı dərddə ; 15 il Telman İsmayılovun köməkçisi işləmiş Sergey Qavryuşin istintaqa nələr deyib?; “AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir və onu da...

“AST” Şirkətlər Qrupunun prezidenti(o, səhmləri oğulları arasında bölüb rəhbərlikdən formal olaraq uzaqlaşıb) Telman İsmayılovun (“AST Telman”) 8 sifarişli qətl törədən cinayətkar qrupun işinin araşdırılmasının yeni sensasion təfərrüatları məlum olub.

“Rosbalt” agentliyi hüquq mühafizə orqanlarına yaxın mənbəyə istinadən xəbər verir ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Agentlik onun “vacib şahid” kimi istintaqla əməkdaşlıq etdiyini və Telman İsmayılovun ona hansı cinayət əməli olan göstərişlər verdiyini iddia edib. gundemxeber.az musavat.com-a istinadla bildirir ki, Qavryuşin T.İsmayılovun hazırda həbsdə olan qardaşı Rafiq İsmayılovun təsisçisi olduğu “Merkuri-R” MMC-nin də baş direktoru işləyib. “Merkuri-R” “AST Telman”ın nəzarətində olan “Çerkizov” bazarı bağlandıqdan sonra təsis edilib. MMC-yə “Abramsevo” pal-paltar bazarı və daha bir neçə bu tipli obyektlər daxil imiş. MMC 2016-cı ildə- “AST Telman”ın qardaşı Rafiq İsmayılovun həbsindən sonra ləğv olunub.

“Rosbalt” yazır ki, məhz Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. “Qavryuşinin ifadəsi əsasında 2000-ciu ildə öldürülən biznesmen Andrey Lobanovun və digər cinayətlərin üstünü açmaq mümkün olub” deyə, xəbərdə bildirilir. O da bildirilir ki, Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qeyd edə ki, bundan əvvəl də İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi.

Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Rafiq İsmayılov daha bir şəriki Vladimir Savkinin aradan götürülməsində də suçlanır. Belə ki, onların şərikli ticarət kompleksinə malik olublar. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dollar verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu V.Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova V.Savkinin qətli sifariş olunub. Hadisə zamanı V.Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb. Qətldən az sonra Rafiq İsmayılov saxlanılıb və Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən yayındıra bilib və buraxdırıb. V.Savkinin oğlu Roman Savkinin davamlı şikayətlərindən sonra məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb.

Rafiq İsmayılov ifadəsində deyib ki, killer Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edib.

“AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov isə 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. İstintaqın gəldiyi nəticəyə görə killer Mehman Kərimov İsmayılovların sifarişi ilə qətl törədib və Vaqif İsmayılovun evində gizlənib.

İsmayilov qardaşlarının ağır cinayətlərdə suçlanması, iş üzrə ən yaxın adamlarının onları ələ verməsi hələ ki özünü ustalıqla gizlədə bilən Abbas Abbasovun da başının dərdə olduğu ehtimalını gücləndirir. Çünki İsmayılov qardaşlarının cinayət törətdiyi həmin illərdə AST Şirkətlər Qrupunda vitse-prezident məhz Abbas Abbasov idi. 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona Telman İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda işləməsindən məmnun olan A.Abbasov Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. Məsələn, 2010-cu ildə Moskvada xüsusi siqnalla hərəkət edən maşın saxlanılmışdı və məlum olmuşdu ki, qaydaları pozan avtomobil “AST Telman”ın ailəsinə məxsusdur. O zaman A.Abbasov Rusiya agentilklərində israrla “AST Telman”ın ailəsini müdafiə edir, onların xüsusi fərqləndirmə siqnalının olmadığını deyirdi. A.Abbasovun təkcə Telman İsmayılovla deyil, onun qardaşları ilə də çox yaxın olduğu kimsəyə sirr deyil. T.İsmayılova qarşı Rusiya hakimiyyətindən təzyiqlər başlayandan sonra da A.Abbasova onun yanında oldu.

A.Abbasovun ciddi dəstəyi ilə “AST Telman” bu dəfə Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və “Mardan Palace” ni tikdi.

A.Abbasovun guya “ictimai əsaslarla işlədiyi” AST Şirkətlər Qrupundan nə zaman ayrıldığı barədə dəqiq bilgi yoxdur, amma özünün vikipediya məlumatlarında o hələ də şirkətdə vitse-prezident kimi göstərilir.

“AST Telman”ın və qardaşlarının cinayət işlərinin xronikası A.Abbasovun məhz şirkətdə işlədiyi dövrə təsadüf edir. A.Abbasov bu kimi işlərdən “quru çıxmağı” bacaran adamdır. Amma istənilən halda, Rusiya İstintaq Komitəsi onu da açılmış cinayət işi ilə bağlı mütləq dindirəcək. Başqa bir variant mümkün deyil...

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "AST-Telman" Azərbaycanda siyasətə cəlb edilmək istənilib

    "AST-Telman" Azərbaycanda siyasətə cəlb ...

    22-07-2013, 13:20

  • 
  • “AST Telman”a Kremlin yanında otel tikməyə icazə vermədilər

    “AST Telman”a Kremlin yanında otel tikməyə icazə ...

    26-09-2013, 12:47

  • 
  • "AST Telman"ın bahalı otelini su qiymətinə alan bankdan AÇIQLAMA

    "AST Telman"ın bahalı otelini su ...

    19-11-2015, 19:19

  • 
  • VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı

    VTB Telman İsmayılovun əfsanəvi restoranını ...

    10-12-2015, 14:11

  • 
  • Xalq şairi "AST Telman"a şeir yazdı - FOTO

    Xalq şairi "AST Telman"a şeir yazdı - ...

    8-05-2017, 20:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu