GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?

Tarix: 26-09-2017, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 570
Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?


İddialar var ki, Rusiyada Mübariz Mənsimova ən yaxın iş adamı və “krışası” indi məhkəməyə verdiyi Vahid Ələkbərov olub; bəs nə dəyişib ki, indi təkcə “Palmali” rəhbəri deyil, “LUKoyl” prezidenti də hədəfə gəlib...

Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır. Virtualaz.org xəbər verir ki, milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan “yağlı tikədən”-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib.

Xatırladaq ki, bugünlərdə Mənsimovun Türkiyədə fəaliyyətdə olan “Palmali Denizçilik” şirkətinin Rusiyanın “LUKoyl” şirkətinin neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”nun əleyhinə London məhkəməsində təzminat iddiası qaldırdığı məlum olub. İddiaya əsasən, Mənsimov Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar təzminat tələb edir. Səbəb isə budur ki, bir neçə il əvvəl “Palmali” şirkəti “Litasco” ilə neftin daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.

Müqavilənin ona para gətirəcəyindən əmin olan Mənsimov özünün tanker donanmasını genişləndirib, 360 milyon dollara bir neçə “Armada” tipli tanker inşa etdirib. Lakin indi “LUKoyl” neft daşımaları ilə məşğul olmaq üçün öz şirkətini qurur, “Litasco”nu isə satışa çıxarıb. Bununla da “Palmali” şirkət “LUKoyl” un hasil etdiyi nefti daşımaqdan məhrum olub. Nəticədə Mənsimov “Litasco”nu “Palmali” ilə bağlanmış müqavilənin şərtlərini pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib.
“Palmali” Rusiyanın “LUKoyl” və “Rosneft” neft şirkətləri ilə uzun illərdir ki, əməkdaşlıq edirdi. Rusiyanın “LUKoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. Məlumatlara görə, Mənsimovun iş həyatındakı uğurlarında “LUKoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, “LUKoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü olmayıb. İlkin dövrdə “Palmali” “LUKoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı.

Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə “LUKoyl”un qərbli alıcılarına göndərilirdi. İlkin dövrlərdə “Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Amma tezliklə Mənsimov dəniz daşımalarını genişləndirdi. 2003-cü ildə “Palmali” donanması artıq 45 gəmidən ibarət idi. 2006-cı ilin aprelində “Palmali” “LUKoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker aldı. Bir neçə il əvvəl “LUKoyl” şirkəti Xəzərin şimalında dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının layihəsinin hazırlanması və inşası üzrə tender elan etmişdi. Tenderi “Palmali” şirkəti qazandı və bu o zaman Rusiyanın biznes elitasında “yerliçilik” kimi ciddi əks-reaksiya doğurdu. Doğrudur, Mənsimov müsahibələrinin birində deyib ki, V.Ələkbərovla yalnız “LUKoyl”la işləməyə başlayandan üç il sonra tanış olub: “Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”. Bununla belə, iddialar var ki, Rusiyada Mənsimova ən yaxın iş adamı və “krışası” bir vaxtlar məhz Vahid Ələkbərov olub.

Qeyd edək ki, V.Ələkbərovun Kremldə mövqelərinin zəiflədiyi barədə xəbərlər intensivləşib. İddialar var ki, Putinin yaxın ətrafı V.Ələkbərovun işdən uzaqlaşdırılmasını istəyir. Vahid Ələkbərovla Mənsiomovun məhkəmə çəkişməsinə isə səbəb “LUKoyl”dan çox Rusiya hakimiyyətidir.

Azərbaycanlı oliqarxın Putinlə münasibətlərinin niyə korlandığı haqda heç nə deyilmir. Mənsimovun Kremlin hədəfinə niyə gəldiyi barədə müxtəlif versiyalar irəli sürmək olar. Məsələn, “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun Rusiyadan didərgin salınmasının səbəbini hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsi ilə izah edirlər. Putin bu kimi “oşibka”ları bağışlamır. Üstəlik, Rusiyada hakimiyyət - oliqarxiya münasibətlərinin daha bir özünəməxsusluğu var. Hakimiyyət oliqarxların qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclədir, bəzi iri sosial proyektləri hətta onların büdcəsinə “yükləyir”. Putinin adamları Telman İsmayılova da “cəza kimi” bu tipli bir neçə proyekt təklif etsələr də, oliqarx razılaşmamışdı və bu səbəbdən indi həbsi belə gündəmə gəlib.

Hazırda Mənsimovun da böyük miqdarda kredit borcları olduğu iddia olunur. Bildirilir ki, o, turizm sektorundakı aktivlərini sataraq fəaliyyətini ancaq neft daşımaları ilə məhdudlaşdırmağa hazırlaşır. Az inandırıcı olsa da, bəzi mənbələr Mənsimovun SOCAR neftinin daşınmasından da kənarlaşdırılacağını iddia edir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyrad istəyir

    Milyarderlərimiz arasında dava: Mübariz Mənsimov ...

    18-09-2017, 02:30

  • 
  • Putindən onları istəyirlər: Vahid Ələkbərov və ortağı Mənsimovu...

    Putindən onları istəyirlər: Vahid Ələkbərov və ...

    7-10-2015, 12:52

  • 
  • Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına səbəb oldu – Foto

    Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına ...

    15-12-2013, 22:00

  • 
  • Rusiyada azərbaycanlı milyarderə cinayət işi açıldı

    Rusiyada azərbaycanlı milyarderə cinayət işi ...

    21-01-2016, 22:30

  • 
  • Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı

    Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı ...

    12-07-2013, 00:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu