Mübariz Mənsimoğlu, Tamara Qurbanoğlu və Ülviyyə Qasımova “Palmali” Şirkətlər Qrupunun prezidenti, “Xəzər Lənkəran” futbol komandasının sahibi Mübariz Mənsimovun adı məhkəmə qalmaqalına qarışdı. Azerinfo.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, M.Mənsimovun həyat yoldaşı Tamara Qurbanoğlu iş adamının sevgilisi Ülviyyə Qasımovanı məhkəməyə verib. Qasımovadan 1 milyon TL (48033.21 ABŞ dollar) təzminat tələb edən Tamara xanım qarşı tərəfin ona qarşı hər hansı addım atmamasını da qanunla qadağan etdirdi.
İstanbul 1-ci Ailə Məhkəməsində çıxarılan hökmə görə, Ülviyyə Qasımovanın Tamara Qurbanoğlu və ailəsini narahat etməsi qadağan edilib.
Qeyd olunur ki, Ülviyyə Qasımova Mübariz Mənsimovun sevgilisidir və əslində qoruma qərarı Mənsimova qarşı verilib. Belə ki, Tamara xanımın Mübariz Mənsimovu uşaqlarını görməyə icazə vermədiyi iddia olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?