“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Rusiyanın “Lukoil” şirkətini məhkəməyə verib. Buna səbəb Rusiya şirkətinin “Palmali” ilə bağladığı əməl etməməsidir. “Palmali” “Lukoil”in neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə razılığa gəlmişdi. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanmışdı. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.
Adının çəkilməsini istəməyən mənbən yenicag.az-a məsələ ilə bağlı bunları söylədi: “Ruslar “Palmali” ilə müqavilələri ola-ola gedib özlərinə yeni şirkət açıblar. “Litaska” “Lukoil”in İsveçrədəki bir şirkətidir. Amma indi məhkəməyə verildiyi üçün həmin şirkəti atıb qaçmaq istəyirlər. “Palmali” ilə 10 illik anlaşmaları vardı. Məhz bu anlaşma ilə əlaqədar onlardan təxminən 350 milyon dollarlıq gəmilər alınıb. “Palmali” də yeni gəmilər hazırlayıb. Amma 2-3 il əvvəl heç bir səbəb olmadan ruslar anlaşmanı pozdular. “Palmali” də dəyən ziyanı aradan qaldırmaq üçün məhkəməyə üz tutdu. Ruslara qarşı 1.750-2 milyard dollarlıq məhkəmə iddiası qaldırıldı”. Qeyd edək ki, “Lukoil” dünyada ikinci ən böyük özəl neft şirkəti hesab olunur və onun da rəhbəri Vahid Ələkbərov Azərbaycanlıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?