GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Siyasi hakimiyyət Taleh Qaraşovun “qələmini qırıb” - Təfsilat

Siyasi hakimiyyət Taleh Qaraşovun “qələmini qırıb” - Təfsilat

Tarix: 28-09-2017, 11:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 119
Siyasi hakimiyyət Taleh Qaraşovun “qələmini qırıb” - Təfsilat


Lənkərana son səfərində köhnə obyekti yeni kimi prezidentə təqdim edərək kələk gələn başçı “qara siyahı”da; rayon rəhbəri Məhərrəmliyi yasaq edib
Özünə 150 minlik “Rang Rover” alan icra başçısının oğlu “Nardaran işi”ndə gedir; 15 dekabr arayışı hazırdır - Detallar


Lənkəranın icra başçısı Taleh Qaraşov rayonda Məhərrəmlik mərasimlərini qadağan edib. Bu barədə “Gündəm-Xəbər”ə verilən məlumata görə, Lənkəranda Məhərrəmlik qadağalarla keçir.
Rayon rəhbərliyinin göstərişi əsasında məscidlərdən kənarda mərasimlərin qeyd olunması, ehsanlar paylanması olmaz.
Ona görə də axşam saatlarında məscidlərə toplaşan əhali kənara çıxmır, yürüşlər təşkil etmir. Hazırda Lənkərandakı məscidlərin ətrafını post patrul maşınları mühafizə edir.
Hətta kəndlərdə, rayonun ərazisində evlərdə belə ehsanlar verilməsi qadağan olunub. Camaata xəbərdarlıq edilib ki, T.Qaraşovun əmridir, bir yerə yığışmaq olmaz.
Bu qərar lənkəranlılar arasında narazılıq doğursa da, əhali səsini çıxarmır. Çünki polis tərəfindən həbs olunacağı hədəsi var.
Odur ki, sakit şəkildə məscidlərdə qeyd olunan Məhərrəmlik artıq ikinci ildir ki, məhdudiyyətlərlə keçirilir.
T.Qaraşovun başqa bir əmri isə poçt idarəsindəndir. Onun barəsindən Bakıya gedən şikayət məktubları Prezident Administrasiyasına çatmır.
T.Qaraşov bu yolla öz əməllərini ört-basdır etməkdədir. Lakin sosial şəbəkələrdə icra başçısının fəaliyyəti haqda məlumatlar səngimək bilmir.
O baxımdan rayon rəhbəri Məhərrəmliyin keçirilməsini məhdudlaşdırsa da, öz əməllərini gizlətməyi məhdudlaşdıra bilmir.
Elə sonuncu dəfə prezidentin Lənkərana səfəri zamanı açılışını etdiyi “Xəzər Palace” istirahət mərkəzi və otelinin çoxdan fəaliyət göstərdiyi üzə çıxdı.
İcra başçısının isə bu obyekti yeni istifadəyə verilmiş kimi təqdim etməsi sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olundu.
Milyonluq layihənin memarı olan bir şəxsin obyektinin lentini kəsən prezidentə məlumat verilmədi ki, bu məkan kimə aiddir.
Sadəcə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının vacibliyini qeyd edən prezident İlham Əliyevə çoxdan işləyən obyekti yenisi kimi təqdim etdilər. Faktiki olaraq, Lənkəranda müstəqil sahibkar yoxdur ki, belə bir bahalı proyekti həyata keçirsin.
Ona görə də Lənkəranın icra başçısı Taleh Qaraşov prezidentə ayrı-ayrı məmurlara aid obyektləri göstərməklə rayonda iş getdiyi təəssüratı oyatmağa çalışmışdı.

Siyasi hakimiyyət Taleh Qaraşovun “qələmini qırıb” - Təfsilat


“Gündəm-Xəbər”in media üzərindən araşdırmalarına görə, rayon rəhbərinin son aylar bahalı avtomobil və dəbdəbəli həyat həvəskarı olduğu bildirilir.
Beləki, Lənkaranın icra başşısı özünə 150 min manata son model "Range Rover" avtomobili alıb. Qaraşovun bu illər ərzindəsahib olduğu bahalı malikanələr və obyektlərini nəzərə almasaq, aldığı 5-ci bahalı avtomobildir.
2017-ci il buraxılışlı və 150 min manata aldığı maşının nömrəsi də çox bahalıdır. 10 UH 002 seriyalı bu avtomobilin nömrəsini rayon rəhbərinə yaxın dostu hədiyyə edib.
İddia olunur ki, Taleh Qaraşovun müavini Rahilə xanım da həmin avtomobilin ağ rəngindən 120 min manata alıb. 90 EG 800 seriyalı bu bahalı maşın rayonda dillər əzbərinə çevrilib.
Mediada yayılan məlumatlarda isə vurğulanır ki, Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil.
Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Ümumiyyətlə, Qaraşov qədər Lənkəranda əraziləri qarış-qarış satan ikinci icra başçısı olmamışdı. Qaraşov özünü tətbiq etdiyi qaydaları qanunlardan üstün tutur.
Bəlkə də, o, elə düşünür ki, dövlət rəhbərliyi ona etimad göstərib bir rayona rəhbər təyin edirsə, deməli, onun dedikləri qanundur. Odur ki, mərkəzi xəstəxananın qabağını iş adamlarına satması da səs-səda doğurmadı.

Siyasi hakimiyyət Taleh Qaraşovun “qələmini qırıb” - Təfsilat


Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb.
Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.
Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır.
Üstəlik, dotasiyaların kəsilməsi Lənkəran RİH-ni “kasıblaşdırıb” və icra başçısı çıxış yolunu daxili resursların xərclənməsində görür.
Yaxın vaxtlarda bir neçə icra başçısının yerinin dəyişdirilməsi, bir neçəsinin isə ümumiyyətlə, vəzifədən kənarlaşdırılması ilə bağlı mətbuatda məlumatlar yayılmaqdadır.
Bakının Xətai rayon icra başçısı postuna daha bir namizəd Lənkəranın icra başçısı Taleh Qaraşovdur. Səhhətindəki problemlər onun Bakı rayonlarından birinə təyinatını uzatsa da, əslində onun iş təcrübəsi yetərlidir.
Həmçinin bu təcrübəyə görə, Taleh Qaraşovun hələ də Bakı rayonlarının birinə təyin edilməməsində mətbuatda yazılan silsilə tənqidi yazıların da təsiri ola bilər.
Üstəlik, Qaraşovun oğlunun adı Nardaran işi üzrə məhkəmədə hallanıb. Müsəlman Birliyi hərəkatı üzvü İsa İbrahimli məhkəmədə qeyd edib ki, icra başçısının oğlu ilə dost olub:
“Lənkəranın icra hakimi Taleh Qaraşov mənim barəmdə yazıb ki, guya mən terrorçuyam. Bu ağ yalandır. Əgər mən terrorçuyamsa o da ,oğlu da terrorçudur. Çünki mən Taleh Qaraşovun oğlu ilə dost olmuşam. Həmişə bir yerdə yemək yeyirdik.
O da həmişə deyirdi atam səni çox istəyir. Səndən razılıq edir .Əgər bir kəs terrorçudursa ,demək onunla dost olan, ondan razılıq edən də terrorçudur.
İstəyirəm ki, gəlsin ifadə versin ki, hardan bilirdi mən terrorçuyam . Mənim terrorçu olduğum haqda yazdığı məktubu sübut etsin”.
Bu fakt özlüyündə icra başçısını aciz vəziyyətdə qoyub. Taleh Qaraşovun oğlunun Taleh Bağırzadənin adamları ilə dostluğu, onlarla əlaqəsinin üzə çıxması, hətta məhkəmədə verdiyi ifadədə başçı oğlu ilə birgə yemək yediklərini deməsi siyasi
hakimiyyətin Qaraşovun üzərindən xətt çəkməsi ilə nəticələnib. Belə görünür ki, karyera yüksəlişi gözlənilməyn Qaraşov tezliklə “vurulacaq”. Onun vəzifə tutacağı ehtimalı çox aşağıdır.
İddialara görə, turizm potensialı yüksək olan Lənkərana yeni islahatçı bir icra hakimi təyin olunması planlaşdırılır ki, Qəbələ, Zaqatala, Şəki kimi bu region da inkişaf etdirilsin.

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, T.Qaraşovun mövqelərinin zəifləməsi və mətbuatdakı emissarlarının azalması, Elnur adlı köməkçisinin mediadakı dostları ilə əlaqələrinin kəsilməsi icra hakiminin vəziyyətini daha da pisləşdirib.
Prezident Administrasiyasına çatan dosyelərdə və mətbuatda çıxan materiallarda Qaraşovla bağlı monitorinq aparılır.
PA-dakı məsul şəxslər dekabrın 15-dək dövlət başçısına icra başçıları haqda arayış təqdim etməlidirlər.
Son müşavirələrin birində prezident tələb etmişdi ki, 15 dekabra kimi arayışlar verilməlidir. Buna uyğun olaraq icra başçılarının fəaliyyəti qiymətləndiriləcək.
Görünür ki, 3 ay qalmış Qaraşovun arayışı heç də müsbət deyil. Lənkərana yolu düşənlər şahidi ola bilər ki, icra hakimiyyəti tərəfindən heç bir iş görülməyib.
Yalnız mərkəzdə görülən suvaq-boyaq işləri, daş-divarın bəzədilməsi icra olunub. Adi bir misal- Lənkəranın yolları hələ də bərbad vəziyyətdən xilas olmayıb.
Onu da deyək ki, prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir.
Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb.
Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.
Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.
İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir. Eləcə də NK-də veteranlar çoxdur.
Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var.
Yada salaq ki, dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində və aprelində keçirdiyi müşavirədə yerli icra başçılarına sərt xəbərdarlıq etmişdi. Prezident icra başçılarına rəhbərlik etdikləri rayonlara investisiya cəlb edilməsini şərt kimi qoymuşdu.
“Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib.
Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyə, prezident qeyd etmişdi.
Ölkənin valyuta ehtiyatlarının və mərkəzi büdcədən rayonlara ayrılan vəsaitlərin azalması fonunda dövlət başçısının bu tələbi icra başçıları üçün ciddi sınaq sayılırdı.
Məlumatlara görə, iki-üç rayon istisna olmaqla əksər icra başçısı bu tapşırığı yerinə yetirə bilməyib. Onlardan biri də Qaraşovdur ki. heç bir iş görməyib.
Fərqlənən rayon icra başçıları isə yalnız şəxsi əlaqələr hesabına Rusiyanın vilayətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, qarşılıqlı biznes mühitini canlandırmağa çalışıblar.

Zöhrab Təmrazov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı və polis rəisi olan oğlu, kimlərin “nişangah”ına gəlib?

    İcra başçısı və polis rəisi olan oğlu, kimlərin ...

    5-02-2015, 00:12

  • 
  • Başçıdan  prezidentə qarşı sayğısızlıq

    Başçıdan prezidentə qarşı sayğısızlıq ...

    15-02-2017, 00:18

  • 
  • Taleh Qaraşov Lənkəranı bərbad vəziyyətə salıb

    Taleh Qaraşov Lənkəranı bərbad vəziyyətə salıb ...

    22-11-2014, 02:43

  • 
  • İcra başçısının müavini "racon kəsir"... - İDDİA

    İcra başçısının müavini "racon ...

    21-04-2017, 15:33

  • 
  • Lənkəranın taleyində Taleh Qaraşovun “izi” haqda müdhiş - Faktlar

    Lənkəranın taleyində Taleh Qaraşovun “izi” haqda ...

    23-02-2017, 20:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (514)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu